QAZAXISTAN HÖKUMƏTİ TORPAQ MƏCƏLLƏSİNİN LAYİHƏSİNİ BƏYƏNMİŞDİR
İTAR-TASS-ın verdiyi xəbərə görə, Qazaxıstan hökuməti Torpaq Məcəlləsinin layihəsini bəyənmişdir. Torpaq ehtiyatlarının idarə edilməsi agentliyinin sədri Bakıt Ospanov bildirmişdir ki, sənədin “yeniliyi kənd təsərrüfatı təyinatlı torpağın şəxsi mülkiyyətə verilməsinin tətbiqindən, torpaq sahibinin və kənd təsərrüfatı məhsulları istehsalçısının bir şəxsin simasında birləşdirilməsindən ibarətdir”. Onun sözlərinə görə, yeni Torpaq Məcəlləsinin qəbul edilməsi torpaq üzərində şəxsi mülkiyyət şəraitində aqrar sektorda torpaq münasibətlərini tənzimləməyə imkan verəcəkdir.
Prezident Nursultan Nazarbayev Almatı vilayətindəki kənd təsərrüfatı müəssisələrindən birində olarkən artıq cari ildə ölkədə torpağın şəxsi mülkiyyətə verilməsinin zəruriliyini bəyan etmişdi. O, bildirmişdi ki, hazırda hökumət kənd təsərrüfatı təyinatlı torpaqların şəxsi mülkiyyətə verilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlayır.
Baş nazir İmanqali Tasmaqambetov bildirmişdir ki, “torpağın şəxsi mülkiyyətə verilməsi Qazaxıstanda açıq bazar iqtisadiyyatı yaradılması yolunda keyfiyyətcə yeni mərhələ olacaqdır. Bu, hökumətimiz üçün çox prinsipial və çox vacib məsələdir”.
Qazaxıstanın 2,7 milyon kvadratkilometrdən artıq olan ərazisinin 90 milyon hektarından çoxu kənd təsərrüfatına yararlı torpaqlardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]