Qazaxıstan ICAO-nun ekoloji aviayanacaq üzrə proqramına qoşulub
Bakı, 14 may, AZƏRTAC
Qazaxıstan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə saziş imzalayıb. Bununla da o, Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələri arasında ekoloji aviasiya yanacağı sahəsində proqrama (CT-SAF) qoşulan ilk ölkə olub.
AZƏRTAC Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ICAO qarşısına 2050-ci ilədək beynəlxalq uçuşlardan xalis sıfır emissiyaya nail olmaq məqsədi qoyub.
“Bu məqsədə nail olmaqdan ötrü ICAO-nun Avropa-Şimali Atlantika bürosunun regional direktoru Nikolya Rallonun Qazaxıstana səfəri zamanı bu ölkənin ekoloji aviasiya yanacağı sahəsində potensialının yaradılması və maarifləndirməyə dəstək üzrə proqrama (ACT-SAF) qoşulması haqqında Qazaxıstan və ICAO arasında saziş imzalanıb”, - deyə nazirlikdə bildiriblər.
Sənədi Qazaxıstan Respublikası nəqliyyat nazirinin müavini Talqat Lastayev və ICAO-nun Avropa-Şimali Atlantika bürosunun regional direktoru Nikolya Rallo imzalayıblar. ICAO Qazaxıstana ACT-SAF proqramının tədbirlərinin hazırlanmasında və iştirakında, o cümlədən qabaqcıl təcrübə və aktual informasiya mübadiləsində, maarifləndirici seminar və təlimlərdə, milli fəaliyyət planlarında SAF ilə bağlı məsələlərdə texniki dəstəkdə, habelə SAF üzrə konkret layihələrin icrasında kömək edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]