DÜNYA
QAZAXISTAN XƏZƏRDƏKİ YATAQLARIN İŞLƏNİLMƏSİNƏ ALMANİYA ŞİRKƏTLƏRİNİ DAHA GENİŞ CƏLB ETMƏYƏ HAZIRDIR
Görüşdə N.Nazarbayev demişdir ki, onun ölkəsi Almaniya şirkətlərini Qazaxıstanın neftçıxarma sənayesinin xidmət sektorunun yaxşılaşdırılmasına cəlb etməyə hazırdır. Onun sözlərinə görə, maşınqayırma, neft kimyası, tikinti, nəqliyyat və kommunikasiya, avtomobilqayırma sahəsində infrastruktur obyektlərinin inkişafı üzrə müştərək müəssisələr yaradılması üçün Almaniya-Qazaxıstan iqtisadi münasibətlərinin yaxşı perspektivləri var.
Görüşdə Nursultan Nazarbayev və Gerhard Şröder beynəlxalq siyasətin aktual problemlərinə, o cümlədən beynəlxalq terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə və qeyri-leqal miqrasiyaya qarşı mübarizə məsələlərinə dair fikir mübadiləsi də aparmışlar.