Qazaxıstanda əcnəbi blogerlər üçün Dünya Köçəri Oyunlarının təqdimatı keçirilib
Astana, 30 iyul, AZƏRTAC
V Dünya Köçəri Oyunlarına Hazırlıq və Keçirmə Direktorluğu oyunların populyarlaşdırılması məqsədilə Astanada əcnəbi blogerlər üçün xüsusi təqdimat keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə 8 ölkə - Azərbaycan, Tailand, Malayziya, Çin, Oman, Türkiyə, Vyetnam, İtaliya və Qırğızıstandan 11 xarici bloger iştirak edib.
Tədbir çərçivəsində qonaqlar Dünya Köçəri Oyunlarında təqdim olunacaq unikal idman növləri ilə tanış olublar.
Təşkilatçıların fikrincə, əcnəbi blogerlərin tədbirdə iştirakı Qazaxıstanın mədəni və turizm potensialının geniş işıqlandırılmasını təmin edəcək.
V Dünya Köçəri Oyunları sentyabrın 8-dən 13-dək keçiriləcək. Tədbirdə 2 min nəfərin iştirakı gözlənilir. 21 idman növü üzrə 97 dəst medal oynanılacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]