Qazaxıstandakı vətəndaşlarımızın Azərbaycana təxliyəsi davam edir
Nur-Sultan, 25 avqust, AZƏRTAC
Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 70 vətəndaşımız ölkəmizə təxliyə edilib.
Azərbaycanın Aktaudakı Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Həsən Əliyev” (7 nəfər), “Merkuri” (46 nəfər), “Professor Gül” (17 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşlarımızın hamısı COVID-19 testindən keçiriliblər.
Qeyd edək ki, iyulun 23-dən bəri Baş Konsulluğun qaynar xətti vasitəsilə qeydiyyatdan keçən vətəndaşlar Aktau limanından Vətənə təxliyə edilirlər.
Bu günədək ümumilikdə 459 vətəndaşımız Aktaudan gəmi vasitəsilə ölkəmizə yola salınıb.
Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşlarımızın qeydiyyatı prosesi davam etdirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]