QAZAXISTANIN “JAİK” ADLI İLK HİDROQRAFİK GƏMİSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Xəzərdə özünün “Jaik” adlı ilk hidroqrafik gəmisini istifadəyə vermişdir.
Həştərxanda hazırlanmış bu gəmi Aktauda qeydiyyata düşmüşdür. Xəzər dənizinin dibini və axınını tədqiq edəcək gəmi ən müasir avadanlıqla təchiz olunmuşdur.
Qazaxıstan Hərbi Dəniz Qüvvələri Baş Qərargahının rəisi Jandarbek Janzakov jurnalistlərə demişdir ki, fırtınalar hələ sovet dövründə qoyulmuş hidroqrafik işarələri məhv etmişdir və biz digər Xəzəryanı ölkələrin mütəxəssisləri ilə dənizin yeni xəritəsinin çəkilməsi və bu işarələrin bərpa edilməsi ilə məşğul olacağıq.
Hərbi hidroqrafların hazırladıqları xəritələrdən neftçilər, ekoloqlar və sərhədçilər istifadə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]