Qazaxıstanın nəqliyyat naziri: 2025-ci ildə Ələt limanında terminal tikintisinə başlanılacaq
Astana, 23 dekabr, AZƏRTAC
Ələt limanı, Moskva yaxınlığındakı Selyatino kəndi, Belarusun Svisloç stansiyası və Daşkənddə terminalların tikintisi məsələsi üzərində iş gedir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
“Bu obyektlərin tikintisinə gələn il başlanılacaq”, - deyə nazir bildirib. Onun sözlərinə görə, yeni terminalların ümumi gücü ildə bir milyon 200 min konteyner təşkil edəcək.
“Gələcəkdə Rumıniyanın Konstansa, Macarıstanın Budapeşt və Çinin Urumçi şəhərlərində birgə terminalların yaradılması planlaşdırılır. Nəticədə xarici terminalların tutumu 5 dəfə artacaq ki, bu da yük axınlarını formalaşdıran əsas ölkələrdən yüklərin Qazaxıstanın nəqliyyat dəhlizlərinə cəlb edilməsinə imkan verəcək”, - deyə nazir vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [21:19]
Sahil Babayev: Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir
- 26.05.2026 [21:14]
Maliyyə naziri: Büdcə proqnozlarının icrası uğurla davam edir
- 26.05.2026 [18:45]
“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək
- 26.05.2026 [18:41]
Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib
- 26.05.2026 [18:30]
Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
- 26.05.2026 [17:48]
Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər
- 26.05.2026 [17:45]