“Qəbələ” idman klubunun taekvondoçusu dünya çempionu olub
Bakı, 12 aprel, AZƏRTAC
Tunisin Hammamet şəhərində keçirilən gənclər arasında taekvondo üzrə dünya birinciliyinin üçüncü gününə yekun vurulub. Yarış Azərbaycan milli komandasının və “Qəbələ” idman klubunun taekvondoçusu Cavad Ağayev üçün uğurlu alınıb.
AZƏRTAC xəbər verir ki, gənc idmançımız bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına yiyələnib. Turnirdə 63 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan C.Ağayev öncə Pakistan, ABŞ, Koreya Respublikası, Efiopiyadan olan rəqiblərini yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Bu mərhələdə iranlı idmançıya qalib gələn C.Ağayev finalda italiyalı taekvondoçu ilə üz-üzə gəlib. Gərgin keçən həlledici döyüşdə də qələbə qazanan təmsilçimiz yarışın qızıl medalına sahib olub. Bununla da C.Ağayev həm dünya çempionu olub, həm də rəqibindən bir neçə gün öncə lisenziya xarakterli turnirdəki məğlubiyyətin əvəzini çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]
Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]