İDMAN
“Qəbələ” klubunun Avroliqa yarışlarında Kiprind “Apollon” komandası ilə görüşünün vaxtı müəyyənləşib
Bakı, 25 iyul, AZƏRTAC
UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Apollon” (Kipr) - “Qəbələ” (Azərbaycan) qarşılaşmasının vaxtı müəyyənləşib.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, “Qəbələ” klubunun səfər qarşılaşması iyulun 30-da Kiprin Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Azərbaycan klubu Kipr təmsilçisini cavab oyununda doğma meydanda avqustun 6-da qəbul edəcək.
Tarixində ilk dəfə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə yüksələn “Qəbələ” komandası əvvəlki təsnifat mərhələlərində Gürcüstanın “Dinamo” və Serbiyanın “Çukariçki” klublarını məğlub edərək mübarizədən kənarlaşdırıb.