Qəbələ şəhərinin daxili küçələrinə asfalt döşənir
Qəbələ, 9 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda şəhərdaxili küçələrin asfaltlaşdırılması işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq, Qəbələ şəhər Bələdiyyəsi tərəfindən Məhəmməd Hadi, Babək və Nəsimi küçələrinin asfaltlaşdırılması işləri artıq başa çatıb, ümumilikdə, 3400 kvadratmetr sahəyə asfalt örtüyü vurulub.