QƏBƏLƏDƏ TAXIL İSTEHSALÇILARI BOL MƏHSUL ƏLDƏ ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında aqrar sahə üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi ölkəmizdə bu sahənin dinamik inkişafında həlledici rol oynayır. Aqrar sahəyə dövlət qayğısının daim artması nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən Qəbələdə kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.
Qəbələ Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, rayon iqtisadiyyatının əsasını təşkil edən taxılçılıqda son illər xeyli irəliləyiş nəzərə çarpır. Belə ki, 2005-ci ildə 18 min 100 hektar sahədən 35 min 253 ton taxıl istehsal edilmişdirsə, bu il 20 min 317 hektar sahədən təxminən 48 min ton məhsul tədarükü gözlənilir. Hava şəraitinin qeyri-sabit və yağmurlu keçməsinə baxmayaraq, torpaq mülkiyyətçiləri bu günədək 17.800 hektar sahədə biçin aparmış və 42 min 700 ton taxıl götürmüşlər. Hər hektardan məhsuldarlıq, orta hesabla, 24 sentner təşkil etmişdir.
Taxıl biçini kampaniyası davam edir. Biçini vaxtında və itkisiz başa çatdırmaq üçün 100-ə yaxın taxılbiçən kombayn işə cəlb olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]