“Qəbələ”nin baş məşqçisi Zaur Haşımov bir oyunluq cəzalandırılıb
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də AFFA-nın İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XVI turu ilə əlaqədar iclası keçirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, Premyer Liqanın XVI turunun “Sabah”-“Qəbələ” matçında meydan sahiblərinin futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. Həmin oyunun 90-cı dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə matçdan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Klub isə 800 manat cərimə olunub.
Turun digər qarşılaşmasında “Sumqayıt”-“Qarabağ” matçında meydan sahiblərinin 5, “Qarabağ”ın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib.
“Səbail”-“Zirə” matçının 81-ci dəqiqəsində meydan sahibi komandanın futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə aldığı üçün futbolçu 1 oyun cəzalanıb və klub 200 manat cərimə olunub.
“Neftçi” ilə oyunda “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]