QƏDİM OLİMPDA 2010-CU İL OYUNLARININ MƏŞƏLİNİN YANDIRILMASI MƏRASİMİ MƏŞQ EDİLMİŞDİR
Bakı, 21 oktyabr (AZƏRTAC). Oktyabrın 21-də Yunanıstanın Peloponnes yarımadasındakı Qədim Olimpda Vankuverdə keçiriləcək Qış Oyunları üçün olimpiya məşəlinin yandırılmasının baş məşqi olmuşdur.
Məşəl son onilliklər müddətində olduğu kimi, yerli vaxtla günortadan bir qədər keçmiş Günəş şüaları ilə alovlandırılmışdır. Əyinlərində qədim dövrün libası olan kahinlər mərasimi antik dövrə aid Hera məbədində keçirmişlər.
Günəş Allahı Apollona dualar oxunduqdan sonra Yunanıstan aktrisası Mariya Navpliotunun rolunu ifa etdiyi ali kahin günəşin şüalarını mərkəzləşdirən parabolik ayna vasitəsilə məşəli yandırmışdır. Bundan sonra kahinlər həmin məşəlin odunu üzərində qədim libas geymiş iki uşağın müşayiəti ilə qaçan atletin təsviri olan xüsusi çırağa keçirmiş, qədim zamanlarda Olimpiya oyunlarının keçirildiyi antik stadiona qədər onlarla metr məsafə qət etmişlər.
Ali kahin antik motivli musiqinin sədaları altında stadionun ot basmış yamaclarında rəqs etdikdən sonra çıraqla gətirilmiş odla məşəli alovlandırmış və onu Vankuverdə keçiriləcək Olimpiadanın ilk məşəl daşıyanı - dağ xizəyi üzrə Yunanıstan çempionu Vasilis Dmitriadisə təqdim etmişdir.
Məşq zamanı yandırılmış məşəlin alovundan oktyabrın 22-də əgər Olimpiada hava buludlu olarsa və məşəli günəşin şüaları ilə alovlandırmaq mümkün olmadığı halda istifadə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]