Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərb bölgəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü müxtəlif tədbirlərlə qeyd olunub

Tovuz, 31 mart, Famil Quliyev, AZƏRTAC 

Tovuzda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov açaraq, ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilən soyqırımından danışıb.

Çıxışlarda bildirilib ki, erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni ideoloqlarının uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918-1920-ci illərdə daha geniş yayılıb. Onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla, vəhşicəsinə qətlə yetiriblər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci il martın 31-də törədilib. Həmin il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını Xəzər dənizindən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qəddarlıqla həyata keçirilən qırğınlar kütləvi hal alıb, silahlanan erməni əsgərləri dinc əhalini vəhşicəsinə qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 10 mindən çox, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı amansızlıqla qətlə yetirilib, yaşayış binaları, məscidlər və məktəblər yandırılıb. Lakin təəssüflər olsun ki, bu soyqırımına hüquqi-siyasi qiymət verilməyib. Yalnız ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında həmin hadisələrə hüquqi-siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığı ilk dəfə rəsmi olaraq bildirilib.

Ermənistanın 1988-ci ildə başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də ona bitişik yeddi rayon işğal edilib, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Bildirilib ki, Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa ediləcək, qaçqın və məcburi köçkün ailələri öz doğma yurdlarına qayıdacaqlar.

X X X

Bakı Dövlət Universitetinin Qazax filialında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Filialın akt zalında keçirilən tədbirdə professor və müəllim heyəti, tələbələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, filialın direktoru, professor Vüsət Əfəndiyev konfransı açaraq, tarixboyu imperialist qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımları həyata keçirdiyini diqqətə çatdırıb. Belə qanlı olaylardan birinin də 1918-ci ildə erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilən 31 mart soyqırımı olduğunu bildirən V.Əfəndiyev bu qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın qətl və amansız işgəncələrə məruz qaldığını vurğulayıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verildiyini bildirən natiq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Konfransda 31 mart soyqırımından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra BDU-nun müəllimi Ülviyyə Bayramova məruzə ilə çıxış edərək zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı hadisələrindən söz açıb.

Filialın müəllimləri Hikmət Yusifov, Balabəyim Qədimova, tələbə Jalə Bayramova çıxışlarında ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğulayıblar.

X X X

Şəmkirdə də mart soyqırımı qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Şəhidlər xiyabanında təşkil olunan anım tədbirinə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyəti qatılıb.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xiyabanda ucaldılmış soyqırımı abidəsinin önünə tər çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Tədbir 31 Mart - Azərbaycanlıların soyqırımı faciəsinin ildönümünə həsr olunmuş əbədi-bədii kompozisiyaya baxışla yekunlaşıb.

X X X

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü YAP Şəmkir rayon təşkilatında da qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq, soyqırımı qurbanlarının xalqımız tərəfindən hər zaman böyük ehtiramla yad edildiyini bildirib.

Fəxrəddin Vəliyev soyqırımının mahiyyəti haqqında geniş məlumat verib və bildirib ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərə məruz qalıb. Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınların və soyqırımı aktlarının bir məqsədi olub: nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və “böyük Ermənistan” yaratmaq. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi.

Ermənilərin əsrlərdir davam edən antitürk siyasəti və həyata keçirdikləri terrorçuluq əməllərindən danışan Fəxrəddin Vəliyev qeyd edib ki, azərbaycanlıların kütləvi şəkildə qırğınını ötən əsrdə dünya tarixinin ən faciəvi səhifələrindən biri hesab etmək olar. 1918-ci ildə həyata keçirilmiş soyqırımı aktı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törədiblər. 1905-ci və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınların ardınca 1920-ci ildə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə, 1988-ci ildə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi.

Tədbirdə Şəmkir rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP fəalı Tural Əliyev azərbaycanlılara qarşı törədilən soyqırımla əlaqədar geniş məruzə ilə çıxış edib. T.Əliyev bildirib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir.

Daha sonra YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov çıxış edərək deyib ki, gənclər tariximizi dərindən öyrənməlidirlər. Çünki gələcəkdə də belə faciələrin baş verməməsi üçün tariximizi öyrənmək və yaşatmaq vacibdir.

X X X

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarına həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü barədə ətraflı məlumat verib. Qeyd edib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək erməni daşnakları tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanıb. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri, tarixi abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib. Soyqırımı nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb