MƏDƏNİYYƏT
“Qəribə adam” İrəvan Teatrının səhnəsində
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 24-də İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi rayon Mədəniyyət Mərkəzində görkəmli türk şairi, yazıçı-dramaturq Nazim Hikmətin “Qəribə adam” əsəri əsasında hazırlanan yeni tamaşanın premyerasını təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmirulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]