Qida məhsulları laboratoriyada necə analiz olunur?
Bakı, 5 dekabr, AZƏRTAC
Sosial şəbəkələrdə və bəzi mediada vətəndaşların diqqət və marağını cəlb etmək üçün qida məhsulları qeyri-peşəkar üsullarla analiz olunur. Təbii ki, bu cür kustar üsullarla gündəlik istifadə olunan qida məhsullarının qeyri-peşəkar şəkildə, standart və tələblər gözlənilmədən müayinə olunması və “nəticələrinin” dərhal elan olunması bəzən insanlarda təəccüb və ya çaşqınlıq yaradır.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə hazırlanan “Qida gözətçisi” adlı yeni layihə məhsulların analizinin bu cür qeyri-peşəkar və absurd yollarla deyil, yalnız laboratoriya şəraitində müasir standartlara uyğun elmi əsaslarla aparılmasının vacibliyinə diqqəti çəkir.
Həmçinin videomaterialda istehlakçılara qidaların Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında analizinin necə həyata keçirildiyi və həmin laboratoriyaların fəaliyyəti barədə məlumatlar verilir.
Layihə çərçivəsində hazırlanan ilk buraxılış istehlakçıları maraqlandıran əsas mövzulardan olan suyun laborator analizi barədədir. Müayinələr AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb
- 06.10.2026 [10:57]
AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də
- 06.10.2026 [10:52]