Qida obyektlərinin təchizatına dair yeni dövlət standartı qəbul edilib
Bakı, 12 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 928:2023 “Qida obyektlərinin təşkili (planlaşdırılması) və təchizatına dair tələblər” dövlət standartı qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, dövlət standartında yeni qida obyektlərinin yerləşdirilməsi, təşkili (planlaşdırılması) və təchizatı ilə bağlı meyarlar təsbit olunub. Standart ictimai iaşə sənayesi, ərzaq məhsullarının pərakəndə satıcıları və kiçik istehsalçıları tərəfindən istismar olunan tikinti obyektlərinə (binalara) şamil edilir. Yeni standart İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]