Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları sentyabrın 20-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 3 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 4 müəssisədə nöqsanlar müəyyən olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 2, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 3 nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında https://afsa.gov.az/az/xeberler/4-ticaret-ve-ictimai-iase-muessisesinde-noqsanlar-mueyyen-olunub-20-sentyabr vasitəsilə məlumat almaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:13]
Dövlət Komitəsində Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək
- 01.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [11:18]
Ötən gün 56 cinayətin açılması təmin olunub
- 01.10.2026 [11:10]