Qida Təhlükəsizliyi Agentliyində Ulu Öndərin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində Ulu Öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Agentliyin sədri Qoşqar Təhməzli dünya şöhrətli siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi haqqında çıxış edib, onun uzaqgörən siyasətinin ölkəmizdə yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığını diqqətə çatdırıb.
Mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin keçdiyi həyat yolu, vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edən film nümayiş olunub.
Anım mərasimi başa çatandan sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.
Ulu Öndərin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.