Qida təhlükəsizliyinə dair onlayn təlim təşkil olunacaq
Bakı, 2 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aprelin 4-də qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün "Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər" mövzusunda onlayn təlim keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompüter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür.
Azərbaycan Dövlət İqtisad Universitetinin "UNEC Extern" mərkəzinin texniki imkanlarından istifadə olunmaqla təşkil ediləcək təlimdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qida təhlükəsizliyi, bu sahədə müvafiq prosedurlar və yeniliklərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
KOBİA-nın Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Gəncə, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları tərəfindən onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcək.
Onlayn təlimlə bağlı daha ətraflı məlumatı bu linkdən əldə etmək olar:
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:56]
Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb
- 10.06.2026 [12:43]
Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb
- 10.06.2026 [12:37]
Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub
- 10.06.2026 [12:35]
Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq
- 10.06.2026 [12:32]
Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb
- 10.06.2026 [12:18]