“Qızıl top” mükafatı üçün səsvermədə mövcud olmayan jurnalistlər səs veriblər
Bakı, 8 dekabr, AZƏRTAC
İspaniyada nəşr edilən “Marca” adlı gündəlik idman qəzetində yayılmış məlumata görə, bu il “Qızıl top” mükafatı üçün səsvermədə iştirak edənlərin siyahısında bir sıra ziddiyyətlər aşkar olunub.
AZƏRTAC xəbər verir ki, Komor adalarından olan Abdu Boyn ad-soyadlı jurnalist “Pari Sen-Jermen” komandasının və Fransa yığmasının hücumçusu Kilian Mbappeyə səs verib, lakin məlum olub ki, Komor adalarında Abdu Boyn ad-soyadlı jurnalist yoxdur, guya onun təmsil etdiyi nəşr isə altı ildən çox bundan əvvəl bağlanıb.
Komor adaları Jurnalistlər Assosiasiyasının prezidenti Stefan Axamadi deyib: “Abdu Boyn haqqında heç bir məlumat yoxdur. Əgər bu jurnalist başqa bir kütləvi informasiya vasitəsini təmsil etsəydi, onda mən Fransa nəşrinin səhvini başa düşə bilərdim, lakin belə bir adam yoxdur”.
Nəşrdə Trinidad və Tobaqodan olan xanım jurnalist Lasana Liburdun belə bir bəyanatından da bəhs edilir ki, səsvermənin təşkilatçıları onun səsini düzgün hesaba almayıblar. Jurnalist xanım iddia edir ki, o, səsvermədə Lionel Messiyə birinci yeri, Antuan Qrızmanna isə beşinci yeri verib. “France Football” nəşrində dərc olunmuş cədvəldə isə bu oyunçuların yerləri dəyişik salınıb.
Jurnalistlər arasında səsvermənin yekunlarına əsasən qalib gəlmiş Luka Modriç 753 bal toplayıb. “Qızıl top” uğrunda mübarizədə ikinci yeri İtaliyanın “Yuventus” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu (476), üçüncü yeri isə İspaniyanın “Atletiko” komandasının fransalı hücumçusu Antuan Qrizmann (414) tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [10:47]
Azərbaycan klubu basketbolçusu ilə yollarını ayırıb
- 05.02.2026 [10:36]
NBA: Son çempion səfərdə uduzub
- 05.02.2026 [10:34]
Xosep Qvardiola “Mançester Siti”dən ayrılır
- 04.02.2026 [23:58]
"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb
- 04.02.2026 [23:03]
Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar
- 04.02.2026 [21:41]
Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb
Səyyar “ASAN xidmət” Ağdaşda
- [10:58]
NBA: Son çempion səfərdə uduzub
- [10:36]
Əksər ərazilərə qar yağıb
- [10:35]
Bütün nəsillərin müasiri
- [09:05]
Avrozonada inflyasiya azalıb
- [06:39]
"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb
- 04.02.2026 [23:58]
Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar
- 04.02.2026 [23:03]
Qarlı Bakı havası
- 04.02.2026 [22:51]
Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb
- 04.02.2026 [22:10]
Ərdoğan: Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatıb
- 04.02.2026 [21:59]
Nazir: Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır
- 04.02.2026 [21:55]
Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb
- 04.02.2026 [21:41]
Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub
- 04.02.2026 [20:55]
Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək
- 04.02.2026 [20:46]
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb
- 04.02.2026 [20:38]
Donald Tramp: Prezident Si ilə yaxşı münasibətlərim var
- 04.02.2026 [20:36]
Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik
- 04.02.2026 [20:12]