Qlobal Tələbə Mübadiləsi Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşdirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Qlobal Tələbə Mübadiləsi Proqramı üzrə müsabiqənin qalibləri müəyyənləşdirilmişdir.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) Azərbaycan üzrə nümayəndəliyinin respublikamızda 2011-2012-ci tədris ili üçün elan etdiyi “Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD)” qatılan tələbələrdən 15-i müsabiqənin I və II mərhələlərində uğur qazanmışdır. Müsabiqənin sonuncu mərhələsində - TOEFL imtahanında onlardan 10-u seçilmişdir.
Qalib tələbələr Amerika universitetlərində və kolleclərində bir il dərəcəsiz təhsil almaq imkanı əldə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]