Azərbaycan Dövlət İnformasiya Agentliyi

QMİ sədri Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Roma Papasına məktub göndərib

QMİ sədri Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Roma Papasına məktub göndərib

Bakı, 22 dekabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Roma Papası Fransiskə məktub ünvanlayıb.

İdarədən AZƏRTAC-a daxil olan məktubda deyilir: “Cənabınızı səmimiyyətlə salamlayır və Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud münasibətlərin yüksək səviyyəsindən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Bakıda və Vatikanda görüşləriniz Müqəddəs Taxt-Tacla Azərbaycan arasında bütün sahələrdə dərin əməkdaşlığın möhkəm təməlidir. Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunduğu bu il münasibətlərimiz üçün əlamətdar oldu. İlin əvvəlində ali dəvətinizlə Vatikana səfərim, Zati-müqəddəslərinizlə baş tutan görüşümüz unudulmaz və səmərəli oldu. Sizin Azərbaycana 2016-cı il həvari səfərinizdən sonra Vatikana səfərim, il ərzində Qazaxıstanda, Bəhreyndə bəşəri qardaşlıq mühitində görüşlərimiz, heç şübhəsiz, Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da möhkəmlənməsi, ümumilikdə müsəlman-xristian dialoqu prosesinə dəyərli töhfələrdir.

Zati-müqəddəsləri, Sizin dinlərarası dialoqa verdiyiniz xüsusi önəm, dünyada sülh naminə münaqişələrin aradan qaldırılması istiqamətində səyləriniz olduqca təqdirəlayiqdır. Dünyanın ən müxtəlif nöqtələrində baş verən hadisələrə hər zaman dərin məzmunlu münasibət sərgiləməyiniz dini lider olaraq üstün özəlliyinizdir və bir olan Yaradanımıza inananların ürəklərində dərin əks-səda yaradır. Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri kimi Bazar günü moizələrinizi milyonlarla insan diqqətlə izləyir. Bu əsnada, son moizənizdə Qafqaz bölgəsində baş verənlərə dair toxunduğunuz məqamla bağlı Sizi məlumatlandırmağı özümə mənəvi borc sayıram.

Zati-müqəddəsləri, Sizin Cənubi Qafqazda vəziyyətlə bağlı narahatlığınızı bölüşürəm. Həqiqətən narahatedici məqam ondan ibarətdir ki, bölgədə davamlı sülh və təhlükəsizliyin təmini ilə bağlı təhlükələr qalmaqdadır. Məlumunuz olduğu kimi, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində dünya birliyi tərəfindən tanınan, 30 ilə yaxın müddətdə qonşu Ermənistan tərəfindən işğal altında olmuş əzəli torpaqlarını azad etdi. Əldə olunmuş üçtərəfli razılaşmaya görə, Qarabağın ermənilər yaşayan hissəsində 5 illik müddətə Rusiya sülhməramlıları yerləşdirildi. Fərqindəyik ki, Zati-müqəddəslərinizi narahat edən məqam Qarabağdakı erməni azlığını Ermənistanla birləşdirən humanitar məramlı Laçın-Xankəndi yolunun guya bağlanılması ilə bağlı ermənilərin Katolikos-Patriarxı II Qareginin Cənabınıza və digər dini mərkəz və kilsə rəhbərlərinə ünvanladığı müraciətdəki, hər zamankı kimi, qeyri-səhih, qərəzli informasiyadan qaynaqlanır.

Ali diqqətinizə çatdırmaq istərdim ki, adıçəkilən yol heç bir zaman Azərbaycan tərəfindən qapadılmayıb. Bunu edən rus sülhməramlılarıdır və Azərbaycan hakimiyyəti tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan edilib ki, Azərbaycan tərəfindən Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb, yolboyu hərəkət rejimi əvvəlki qaydada davam edir, vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin təşkili Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür. Lakin Azərbaycanı dünya ictimaiyyətinin nəzərində qaralamaq, qeyri-humanist səciyyədə təqdim etmək məqsədi ilə Ermənistan tərəfi məkrli dezinformasiyalar yayır, ölkəmizə qarşı qərəzli təbliğat aparır və uydurma iddialar irəli sürür. Çox təəssüf edirik ki, erməni siyasilərinin təsiri altında Erməni Apostol Kilsəsi bu işdə xüsusi fəallıq göstərir.

Zati-müqəddəsləri, həqiqət bundan ibarətdir ki, aparılan araşdırmalara görə Qarabağın sülhməramlıların məsuliyyət daşıdığı bölgəsində “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir. Müstəqil fəallar tərəfindən bu fəaliyyətin monitorinq olunması haqqında sülhməramlılar vasitəsilə öncədən müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, ekofəallar separatçı rejim tərəfindən həmin obyektlərə buraxılmayıblar. Vətəndaş cəmiyyəti təmsilçilərinin buna etiraz olaraq bir həftədən artıq davam edən təbii sərvətlərin talanması və ekologiyaya ciddi ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiyası dinc xarakter daşıyır və Laçın-Xankəndi yoluna maneə yaratmır. Hazırda etirazçılar göstərilən yataqlara yerində baxış keçirilməsini, qanunsuz istismarın dayandırılmasını, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər. Ekofəallar dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə Ermənistan tərəfinin, özəlliklə, Eçmiədzinin iddiaları qətiyyən həqiqətə uyğun deyildir, belə ki, humanitar dəhliz fəaliyyətdədir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur. Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb. Əsl problem ondadır ki, bu humanitar dəhlizdən sui-istifadə olunaraq Qarabağdakı erməni separatçılarına silah-sursat, hərbi məqsədli yüklər, minalar daşınır. Təsadüfi deyil ki, sülhə dair üçtərəfli Bəyanatın imzalanmasından sonra üç yüzə yaxın mülki Azərbaycan vətəndaşı yeni basdırılmış minalardan zərər çəkib - ya həlak olub, ya ömürlük əlil olub. Son vaxtlar torpaqlarımızda 2021-ci il Ermənistan istehsalı olan 350 mina aşkar edilib. Ən son mina qurbanları 14 dekabr tarixində Kəlbəcər rayonunda 8 azərbaycanlı oldu.

Zati-müqəddəsləri, Siz Azərbaycanı ziyarət etmiş, çoxmillətli, çoxkonfessiyalı ölkəmizin multikultural dəyərləri və ənənələri ilə tanış olmaq, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcıları olan vətəndaşlarımızın mehriban ailə kimi yaşadıqları, öz dini-mənəvi ehtiyaclarını sərbəst şəkildə həyata keçirdiklərini, bütün dini konfessiyaların dövlətin diqqət və qayğısından bərabər şəkildə faydalandığını şəxsən müşahidə imkanına malik olmusunuz. Siz Azərbaycan dövlətinin ölkəmizdə və ölkə xaricində ənənəvi dini dəyərlərə ehtiramlı münasibətinin, diqqət və himayəsinin canlı şahidisiniz. Multikultural ölkəmizdə yaşayan 30 mindən artıq erməni kimi, bir o qədər sayda Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır və hər bir Azərbaycan vətəndaşının malik olduğu hüquq və azadlıqlardan, imtiyazlardan və ölkəmizin sərvətlərindən istifadə haqqına malikdirlər. Lakin onlar qanunsuz rejimin girovuna çevriliblər. Ermənistanın bəzi siyasi xadimlərinin ritorikası, diasporun təzyiqləri, habelə Erməni kilsəsinin revanşizm əhvali-ruhiyyəsini körükləyən bəyanatları kövrək sülhü təhdid edir. Bu cür bəyanatlar Azərbaycan hakimiyyətinin yerli etnik ermənilərlə dialoquna xidmət etmir. Halbuki Azərbaycan reinteqrasiya prosesinin başa çatması üçün belə bir dialoqda ən maraqlı tərəfdir. Biz sülh arzulayırıq, sülh quruculuğu işləri ilə məşğuluq, işğal dövründə xarabalığa çevrilmiş Qarabağın dirçəldilməsi, infrastrukturunun yenidən qurulması, vandalizmə uğramış məscid və kilsələri bərpa etmək yönündə gərgin iş aparırıq. Bu, Qarabağda yaşayan azərbaycanlıların və ermənilərin ümumi təhlükəsizliyinə və iqtisadi rifahına xidmət edən genişmiqyaslı layihələrdən bütün bölgə yararlanacaqdır. Davamlı sülh və əmin-amanlığın bərqərarı ümdə istəyimizdir.

Hər zaman bütün məsələlərə ədalət meyarı ilə yanaşan Zati-müqəddəslərinizi bu həqiqətlərlə tanış edərək Sizdən təvəqqe edirik ki, Uca Yaradanımızın buyurduğu kimi, müqəddəs sülh amalları yolunda səy göstərən bizlərə haqq işimizdə yardımçı olun. Ali nüfuzunuzla bölgəmizdə dayanıqlı sülh üçün səylərinizi və dualarınızı əsirgəməyin!

Zati-müqəddəsləri, fürsətdən istifadə edərək, Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizi - dünya katoliklərinin liderini möhtəşəm bayramınız - İsa Məsihin Mövludu - Milad münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Cənabınıza və bütün ardıcıllarınıza Uca Yaradandan xeyir-dualar diləyir, Sizə uzun ömür, möhkəm cansağlığı və dəyərli fəaliyyətinizə rəvac təvəqqe edirəm. Qoy, Bir Olan Yaradanımız Yer üzünü və bəşəri bəlalardan hifz etsin, dünyamıza sülh və rifah əta etsin! Amin!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”la maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO