Qobu Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya keçirilib
Xırdalan, 18 oktyabr, AZƏRTAC
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Qobu Ailə Sağlamlıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tibbi aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tibbi aksiyaya uroloq, kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, cərrah, qastroentroloq ixtisası üzrə həkimlər cəlb edilib, ultrasəs (USM), elektorkardioqram (EKQ), laboratoriya və s. kimi xidmətlər göstərilib.
Aksiyada qəsəbə sakini ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətlərdən faydalanıblar.