Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – MƏHKƏMƏ

Bakı, 13 mart, AZƏRTAC

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 13-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi təqsirləndirilən şəxs Davit Babayanın suallara cavab verməsi ilə davam etdirilib.

O, təqsirləndirilən şəxslərin müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını cavablandırarkən digər təqsirləndirilən şəxs Bako Sahakyanı tanıdığını, onunla birgə işlədiyini bildirib.

Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş təqsirləndirilən şəxs David Manukyan dövlət ittihamını müdafiə edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən “Miatsum” haqqında məlumatının olmadığını deyib. O, Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar, təqsirləndirilən şəxslərin müdafiəçiləri və zərərçəkmiş şəxslərin nümayəndələri David Manukyan, Lyova Mnaksakanyan, Melikset Paşayan və Madat Babayana Ermənistan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi Qarabağda Ermənistan tərəfindən yaradılan, onun dəstəyi və rəhbərliyi altında fəaliyyət göstərən, cinayətkar birliyin özəyini təşkil edən qanunsuz silahlı birləşmələrin rəhbərləri və iştirakçıları, Ermənistanla, onun rəhbərliyi və yüksəkvəzifəli şəxsləri ilə əlaqələri, fəaliyyəti, onların bu birləşmələrin fəaliyyətində iştirakı, habelə “böyük Ermənistan” cinayətkar ideologiyası, “Miatsum” və “Qarabağ” hərəkatlarının məqsədi, hərəkatlara rəhbərlik edən şəxslər və təqsirləndirilən şəxslərlə onların əlaqələri, Qarabağda keçirilən qanunsuz mitinqlərdə təqsirləndirilən şəxslərin iştirak edib-etməmələri, həmin qanunsuz mitinqlərdə çıxış edənlər, insanların qanunsuz mitinqlərə kim tərəfindən və hansı formada cəlb edilmələrinə, yaxud dəvət olunmalarına dair suallar veriblər.

D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirərək deyib: “O, "Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi”.

Təqsirləndirilən şəxs Qarabağda Azərbaycana qarşı vuruşmuş “Daşnak” adlandırılan taborun müxtəlif dəstələrdən ibarət olduğunu bildirib.

“Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi”, - deyə o əlavə edib.

D.Manukyan 1992-ci ildə Qarabağda hərbi dəstələrin fəaliyyətinin normativ aktlarla fəaliyyət göstərmədiyini də etiraf edərək diqqətə çatdırıb: “1992-ci ildə dəstələrin fəaliyyəti “insani qanunlarla” təznimlənirdi”.

O, daha sonra müdafiə tərəfinin və zərərçəkənlərin suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan suallara cavab verərkən 1988-ci ildə qanunsuz mitinqlər keçirilən zaman İrəvanda tələbə olduğu üçün həmin aksiyalarda iştirak etmədiyini bildirib.

Təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Qarabağda keçirilən qanunsuz mitinqlərdə iştirak etdiyini deyib.

O, 1989-1990-cı illərdə sovet ordusunda hərbi xidmət keçdiyini, 1993-cü ildə isə Qarabağda yaradılmış “Əsgəran alayı”na qoşulduğunu qeyd edib.

Bundan sonra təqsirləndirilən şəxs Madat Babayan suallara cavabında Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən və Ermənistandan gətirildiyini bildirərək vurğulayıb ki, silahlı birləşmənin rəhbəri Vanik Petrosyan idi.

Daha sonra təqsirləndirilən şəxslərə cinayətkar birliyin tərkibində funksiya və vəzifələr, habelə vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Qarabağda hakimiyyətin zorla ələ keçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərmiş qondarma rejimdə inzibati ərazi bölgüsü, müxtəlif vəzifələrə təyinatların aparılması və vəzifədən çıxarma, dövriyyədə olan pul vahidi, xarici və daxili bank əməliyyatlarının aparılması, müxtəlif malların idxal və ixracı, qondarma rejimin qanunsuz iqtisadi fəaliyyəti nəticəsində istehsal olunan məhsulların üzərində istehsal yeri kimi hansı ölkənin adının qeyd edilməsi, gömrük məsələləri, qondarma rejimin fəaliyyət göstərdiyi ərazilərə səfərə gedən şəxslərə icazə və ya vizaların verilməsi, erməni sakinlərin hansı ölkənin vətəndaşları olmaları, onlara şəxsiyyəti təsdiqləyən sənədin hansı qurum tərəfindən verilməsi, büdcəyə vəsaitlərin toplanma qaydası, qeyd olunan proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair suallar ünvanlanıb.

A.Qukasyan qeyd edib ki, onun hakimiyyəti dövründə Laçında və Kəlbəcərdə qanunsuz məskunlaşdırma aparılıb.

O, dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev, Tuqay Rəhimli və Nəsir Bayramov tərəfindən verilən suallara cavabında qondarma rejimin “büdcə”sinin Ermənistan tərəfindən formalaşdırıldığını etiraf edib. O, qondarma rejimin “büdcə”sinə Ermənistan tərəfindən ayrılan vəsaitin “kredit” adlandırıldığını, lakin həmin “kredit”in faizsiz və müddətsiz olduğunu bildirib.

“O zaman “faizsiz kreditlər” adlandırılırdı. Yəni, yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan “ixrac olunan” və “idxal edilən” məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı “idxal” və “ixrac”la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də “faizsiz kreditlər”ə daxil idi”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs deyib ki, “Qarabağın məhsulları”nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə qondarma rejimin “büdcə”sinə ayırdığı vəsaitdən az idi.

O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə “ixrac edilən” “Qarabağ məhsulları”nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.

Bundan başqa, A.Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu da etiraf edib və deyib: “Buna görə də biz çalışırdıq ki, vahid bir iqtisadi məkan olsun. Həmçinin əməkhaqları da Ermənistan dramı ilə ödənilirdi”.

O, qondarma rejimin “müdafiə naziri” və “ordunun baş komandanı” “vəzifə”lərinə təyinatın Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə razılşadırıldığını, general-mayor rütbəsindən yuxarı rütbələrin Ermənistanda verildiyini də etiraf edib və bildirib: “Bütün təhlükəsizlik məsələləri Ermənistan rəhbərliyi ilə birgə həll edilirdi. Mən 1997-ci ildən 2007-ci ilədək olan müddətdən danışıram, sonrakı vaxtı bilmirəm”.

A.Qukasyan işğal dövründə təmas xəttində baş verən atışmalar, hadisələr ilə bağlı məlumatların ilk olaraq Ermənistan Müdafiə Nazirliyinə verildiyini bildirərək qeyd edib: “Sonra bizə də məlumat verilirdi ki, məlumatımız olsun”.

O, qondarma rejimdə yaşayan erməni sakinlərə Ermənistan pasportu verildiyini söyləyib: “Dağlıq Qarabağ” heç bir ölkə tərəfindən tanınmadığına görə pasportlarımızda “Ermənistan Respublikası” yazılırdı. Lakin orada harada yaşadığı ünvan göstərilirdi: Xankəndidirsə Xankəndi, Ağdərədirsə Ağdərə. Bu pasportlar imkan verirdi ki, insanlar Rusiyaya, Avropaya və digər yerlərə gedə bilsinlər. Ona görə də belə bir qərar qəbul olunmuşdu ki, pasportlar Ermənistanda alınsın. Ermənistan vətəndaşları və Qarabağda yaşayan erməni sakinlərinin istifadə etdikləri pasportlar xarici görünüşünə görə eyni idi. Fərq yalnız seriya nömrələrində idi. Qarabağda yaşayan erməni sakinlər üçün Ermənistan tərəfindən ayrıca seriya nömrəsi verilmişdi.

Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatının aparılmadığını bildirən A.Qukasyan qeyd edib: “Ermənistan vətəndaşlarının Qarabağa gəldikdə və Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana getdikdə qeydiyyatı aparılmırdı. Ermənistandan Qarabağa xarici vətəndaşlar gələndə və qayıdanda onların qeydiyyatı aparılırdı. Çox ölkələrdən gəlirdilər. Bir müddət bundan əvvəl “hakimiyyətdə olanlar” bu suallara cavab verə bilərlər. Çox insan - deputatlar, senatorlar, konqresmenlər və digərləri gəlirdilər”.

O, Ermənistan rəhbərliyi tərəfindən “Maarifçi Qriqori” ordeni ilə təltif edildiyini, qondarma rejimin “prezidenti” “vəzifə”sindən ayrıldıqdan sonra 9 il Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsini tutduğunu da diqqətə çatdırıb.

Daha sonra ittihamının hakimiyyətin zorla ələ keçirilməsinə dair hissəsinə aid sənədlərin tədqiqinə başlanılıb.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın dəmir yolu sisteminin inkişafı barədə məlumatlandırılıblar

Nicat İsmayılov: Dövlətimizin başçısı dini liderlərlə görüşdə Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

Budəfəki hərracda 13 avtomobil, 1 gəmi satılıb

® “AccessBank” QSC Cyberark PAM tenderi elan edir

İcraçı direktor: Türk dünyasının böyük potensialını hərəkətə keçirmək lazımdır

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs həbs olunub

“Azərkimya” “Azerfloat”a hidrogen qazının satışına başlayacaq

Hovard Universitetinin müəllimi: Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnu dəstəkləyirik

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib

Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir

Sədr: Auditin süni intellekt texnologiyalarından istifadə etməklə keçirilməsi istiqamətində işlər aparılır

Azərbaycanın sülh və həmrəylik çağırışı - ŞƏRH

Rektor: Türkiyə-Azərbaycan Universiteti elm və texnologiya mərkəzinə çevriləcək

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

“Corriere dello Sport”un baş redaktoru: “Sabah”ın Avropadakı uğuru ölkədə idmana göstərilən diqqətin nəticəsidir – EKSKLÜZİV

Bu saata olan əsas xəbərlər

AK Parti sədrinin müavini: Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Hakan Fidan TÜRKPA-nın fəaliyyətinə dəstək ifadə edib

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Nuriddin Xoliknazar: Özbəkistan və Azərbaycan xalqları əbədi dostdur

Taksi sürücüləri sabah imtahan verəcəklər

Ermənistanda hələ də xəstə və revanşist təfəkkürlə yaşayanlar var – RƏY

Elm və təhsil nazirinin Yardımlıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Azərbaycanın stolüstü tennisçiləri Belçikanın açıq çempionatında mübarizə aparacaqlar

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

Bilal Dündar: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm geosiyasi körpüdür

Emin Hüseynov: Dağıdılmış məscidin bərpası həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

46-cı Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmalarının rəqibləri və heyəti açıqlanıb

Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

“OpenAI”, “Anthropic” və “Google” süni intellekt risklərinə nəzarət üçün yeni qurum yaradır

Bu ilin səkkiz ayında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

"Sənət inciləri" layihəsi yenidən Üzeyir Hacıbəyli festivalı çərçivəsində təqdim olunacaq

TESAM rəhbəri: Azərbaycanın dünya ticarətindəki əhəmiyyəti qat-qat artır

QMİ sədri: İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət alıb

Kamerasız ağıllı eynək təqdim ediləcək

AK Parti sədrinin müavini: Orta Dəhliz üzrə daşınan yüklərin həcmi qarşıdakı dövrdə üç dəfəyə qədər arta bilər

Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir - ŞƏRH

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Azərbaycan Dillər Universitetində “ADU Radio” fəaliyyətə başlayıb

YAP Səbail rayon təşkilatının XII konfransı keçirilib

Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə Fəxri xiyaban ziyarət olunub

“Mən gedirəm, şair, yaşa…”: Üzeyir Hacıbəyli və Səməd Vurğun dostluğu haqqında xatirələr

Qəzzada binanın çökməsi nəticəsində 8 nəfər ölüb

Kubanıçbek Ömüralıyev: İqtisadi potensialımızı dayanıqlı inkişafa çevirmək əsas məqsədimizdir

UEFA Avropa Liqası: Əsas mərhələyə bu gün start verilir

Vüsal Qasımlı: Türk dünyasında ortaq sərhədi olan ölkələr arasında ticarət 1,55 faiz daha yüksəkdir

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 103 gəminin istiqamətini dəyişdiriblər

Matild Pano: Nə olursa-olsun hökuməti senzuradan keçirəcəyik

Deputat: Bu gün türk xalqlarının əməldə, fikirdə birliyi formalaşıb

Amerikalı basketbolçu: “Neftçi”yə gəlmək karyeram üçün əla seçim oldu - MÜSAHİBƏ

Baş katib: 180 milyonluq əhali bizim iqtisadi potensialımızın miqyasını göstərir

Vüsal Qasımlı: Türk dünyasında iqtisadi inteqrasiya dərinləşir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır

® “Ziraat Bank Azərbaycan” çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!

İğdırda Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının üçüncü tədqiqat mövsümü başa çatıb

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdamda

Paytaxtın və ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir VİDEO

Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir VİDEO

Azərbaycan nefti 128 dollara satılır VİDEO

Azərbaycan nefti 128 dollara satılır VİDEO

Aİ: Bu il üzv ölkələrdə meşə yanğınları nəticəsində təxminən 700 min hektar ərazi yanıb

Çinin “Gravity-1” kommersiya raketi 9 peyki orbitə yerləşdirib VİDEO

Çinin “Gravity-1” kommersiya raketi 9 peyki orbitə yerləşdirib VİDEO

Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür

Kayrat Osmonaliyev: 2035–2040-cı illərdə TDT Avrasiyanın ən mühüm geoiqtisadi mərkəzlərindən birinə çevrilə bilər

Pekində 13-cü Syanşan Forumu keçirilir

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CBS: Los-Ancelesdə helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ kosmosdan hərbi istifadəni normallaşdırmağa çalışır

Media: Seul ABŞ-dən zənginləşdirilmiş urana çıxış əldə etmək istəyir

Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı nəzərdən keçirir

WP: ABŞ İsrailə 2,8 milyard dollar dəyərində ağır bombalar satmağı planlaşdırır

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

Almaniya və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirir

İsrail ordusu HƏMAS briqadasının komandirinin öldürüldüyünü açıqlayıb

Messi vida matçı üçün Argentina millisinə çağırılıb

Vens: ABŞ-nin İranla münaqişəsi yaxın aylarda “başqa bir mərhələyə” qədəm qoyacaq

Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib

BMT: Süni intellektlə bağlı risklər təcili tədbirlər görülməsini tələb edir

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb VİDEO

Fransa borc bataqlığında: artan faizlər ölkənin maliyyə yükünü ağırlaşdırır

Pentaqon: İranla müharibə ABŞ-yə 42 milyard dollara başa gəlib

Mənsum İbrahimov: Milli musiqimizin Qarabağ torpaqlarında yenidən səslənməsi qürurvericidir

“Brent” markalı neftin qiyməti 109 dolları ötüb

Beynəlxalq təşkilat Əlcəzair hakimiyyətini ölüm hökmünü tətbiq etməməyə çağırıb

Mətin Məmmədli: “Baku Research Institute”da dərc olunan məqalə qərəzli və əsassız narrativlərin təkrarıdır

Almaniya Kansleri: Biz yeni ticarət tərəfdaşları qazanmalı və asılılıqları məqsədyönlü şəkildə azaltmalıyıq

Gürcüstan mediası Azərbaycan Prezidentinin bəyanatlarını geniş işıqlandırıb

ABŞ, İsrail və ərəb ölkələrinin hərbi rəhbərləri Almaniyada gizli görüş keçiriblər

Oğuzda aqrar sahənin inkişafına yönəlmiş layihələr yeni iş yerlərinin artmasına səbəb olacaq

® Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında VİDEO

® Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında VİDEO

AMEA-da “Tağıyev” filminə baxış və Azərbaycan geyim mədəniyyətinə dair sərginin açılışı olub

Nazir: Azərbaycanın yaşıl enerji potensialı İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır