Qranit Caka: "Qarabağ" bizə qarşı möhtəşəm mübarizə apardı - EKSKLÜZİV
Bakı, 8 mart, AZƏRTAC
"Çox dramatik oyun keçdi".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniyanın "Bayer" komandasının futbolçusu Qranit Caka UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
32 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın bu matçda möhtəşəm mübarizə apardığını bildirib: "Rəqib ilk hissədə çox yaxşı təzyiq göstərdi və bunun qarşılığında iki qol vurmağı bacardı. İkinci yarıda oyunun taleyini dəyişdirməliydik. Ən vacibi matça köklənməyimiz idi. Oyun ərzində buna nail ola bilməsək də, geri dönüş etməyi bacardıq. İndi Almaniyadakı görüşə ciddi hazırlaşmalıyıq. Məqsəd turnirdə daha da irəli getməkdir".
İsveçrə millisinin üzvü Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarını dolduran azarkeşlərə də təşəkkür edib: "Möhtəşəm atmosfer var idi. "Qarabağ"la bu arenada ikinci dəfədir qarşılaşırıq, ancaq bu matçdakı azarkeş dəstəyi tam başqa idi. Hər şey fantastik idi".
Qeyd edək ki, "Qarabağ" "Bayer"lə cavab qarşılaşmasını martın 14-də Leverkuzendə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]