Qrant müsabiqəsinə sənəd qəbulu yekunlaşıb
Bakı, 3 aprel, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə sənəd qəbulu mərhələsi yekunlaşıb. Bu il ilk dəfə olaraq müsabiqəyə sənəd qəbulu prosesi elektron qaydada www.grants.edu.az portalı vasitəsilə həyata keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 11-dən başlanılan prosesdə 1018 pedaqoji işçi və 270 ümumtəhsil müəssisəsi portalda qeydiyyatdan keçib. Onlardan 678 nəfər pedaqoji işçi və 200 ümumtəhsil müəssisəsi müsabiqəyə öz layihə təklifini göndərib. Layihə təkliflərinin statusları haqqında məlumat müraciət edənlərin şəxsi kabinetinə göndərilib.
Hazırda layihə təklifləri ekspert qrupu tərəfindən qiymətləndirilir. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra müsabiqənin nəticələri ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]
AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]