Qriqori Karasin: Heydər Əliyev sözün həqiqi mənasında dahi insandır
Moskva, 11 may (AZƏRTAC). “İnsan haqqında xatirələr yaşadıqca insan özü də yaşayır. Heydər Əliyev nadir şəxsiyyət, böyük siyasətçi, Azərbaycanı sevən və Azərbaycan üçün çox işlər görmüş bir insandır”. Bu sözləri Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində təşkil edilmiş tədbirdə söyləmişdir.
Onun sözlərinə görə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev müdriklik və mərdlik mücəssəməsi idi. Rusiya xarici siyasət idarəsinin rəhbərinin müavini çıxışının sonunda demişdir: “Heydər Əlirza oğlu Əliyev sovet dövründə uzun müddət Azərbaycanın rəhbəri olmuşdur. O, ölkənin suverenliyinin təşəkkülünün ən gərgin dövründə 10 il Azərbaycana rəhbərlik etmiş, bu dönüş anında Azərbaycanı çox dramatik, faciəli hadisələrdən xilas etmişdir. O, sözün həqiqi mənasında dahi insandır. İstərdim ki, Heydər Əliyevə xas olan mərdlik, prosesləri aydın görmək qabiliyyəti Azərbaycanın indiki lideri İlham Heydər oğlunun şəxsində bu ölkənin rəhbərliyinə həmişə xas olsun. Mən Heydər Əliyevin xatirələrinə, onun nitqlərinə əsasən yaxşı xatırlayıram ki, o, Rusiya Federasiyası ilə münasibətləri həmişə xüsusi münasibətlər kimi - strateji, tərəfdaşlıq münasibətləri kimi deyil, məhz bir-birinə çox yaxın, qohum olan iki dövlətin, iki xalqın münasibətləri kimi qiymətləndirirdi”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]