Qubada 100 yerlik yeni uşaq bağçası tikilir VİDEO
Quba, 4 may, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərində 100 yerlik yeni körpələr evi-uşaq bağçası tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin yanvar ayından tikintisinə başlanılan ikimərtəbəli bağçanın ümumi sahəsi 1560 kvadratmetrdir.
İş icraçısı Sahib Məmmədov bildirib ki, balacaların zövqünə uyğun qurulacaq uşaq bağçası, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün bütün lazımi inventarla təchiz olunacaq. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılacaq.
Hazırda binanın ikinci mərtəbəsi tikilir. Bağçanın bu ilin avqust ayında istifadəyə verilməsi nəzərdə tutulub.