Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirində 7 ölkədən 12 komanda mübarizə aparır
Quba, 24 avqust, AZƏRTAC
Avqustun 24-dən Qubada 2015-ci il təvəllüdlü futbolçular arasında III “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilir.
Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə ümumilikdə 7 ölkədən 12 komanda mübarizə aparır.
Yarışda Azərbaycanı “Ulduz” FA, “Zirə” FK, “Sabah” FK, “Neftçi” PFK və “Qarabağ” FK, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor” FK, Gürcüstanı “Dinamo Tbilisi”, Polşanı “Drukarz” KS, Türkmənistanı “Altın Taç” FK, Qırğızıstanı “Sduşorsi”, Qazaxıstanı isə “Kayrat” komandaları təmsil edir.
Bu gün keçirilən ilk qarşılaşmalarda “Sabah” FK-“Paxtakor” FK 0-2, “Neftçi” PFK -“Dinamo Tbilisi” 0-4, “Kayrat”- “Sduşorsi” 4-0 nəticələri qeydə alınıb.
Müxbir- Elxan Yusifli