Qubada qazıntı işləri aparan ekskavator çaya aşıb
Quba, 7 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 7-si səhər saatlarında Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində qazıntı işləri aparan ekskavator çaya aşıb.
Hadisə yerində olan kənd sakinlərinin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, aşan ekskavatora yaxınlaşdıqda sürücünün kabinədə olmadığını görüblər.
Ekskavatorçunun tapılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.