Qubada toyu olan Vətən müharibəsi qazisi üçün yeni evin təməli qoyulub
Quba, 10 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 10-da Qubada Vətən müharibəsi iştirakçısı, III qrup əlil Elgün Nəsrullayev üçün təntənəli toy mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni ailə quran qazinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə tikilən evin təməli də qoyulub.
Vətən müharibəsi iştirakçısının toy mərasimində çıxış edənlər yeni ailə quran gənclərə xeyir-dua verib, həmçinin Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar.
Qəhrəman döyüşçünün toyunda onun yaxınları, ailə üzvləri ilə bərabər, silahdaşları, qazilər, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.