Qurban Qurbanov: “Neftçi“ ilə oyunlar üçün əlavə motivasiyaya ehtiyac olmur
Bakı, 26 aprel, AZƏRTAC
“Neftçi” ilə matçlar hər zaman maraqlı keçir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIX turunda “Neftçi”yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun mətbuat konfransında deyib. O bildirib ki, start heyətini müəyyənləşdirərkən futbolçuların hazırlıq səviyyəsi əsas götürülüb: “Sıx qrafikə görə heyətdə rotasiyalar etməli olduq. Oyunçularda yorğunluq var idi. Üç gün sonra yenidən matçımız olacaq, buna görə ehtiyatlı davrandıq”.
Mütəxəssis komandanın oyuna hazırlıq prosesinə də toxunub: “Hazırlığa çox vaxtımız olmadı, cəmi bir məşq keçdik. “Neftçi”yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur. Bu rəqiblə oyunlar həmişə maraqlı və baxımlı keçir”.
Qurban Qurbanov növbəti qarşılaşmanın daha çətin ola biləcəyini vurğulayıb: “Bu qələbə futbolçularda müəyyən rahatlıq yarada bilər. Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq”.
Qeyd edək ki, xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]