Qusarda sərnişin mikroavtobusu "Mercedes"lə toqquşub
Qusar, 9 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 9-da Qusar rayonunda "Hyundai" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191-ci kilometrliyində baş verib.
Qəza nəticəsində Qusar-Xudat marşrutu üzrə hərəkət edən mikroavtobusun qadın sərnişini Şükufə Abdullayeva və "Mercedes"in sürücüsü Fuad Fərzəliyev xəsarət alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bədəninin müxtəlif nahiyələrində sınıqlar olan Fuad Fərzəliyevə müvafiq tibbi yardım göstərilib. Avtobusun sərnişini Ş.Abdullayeva isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]