Qusarda universal döyüş üzrə beynəlxalq turnir keçiriləcək
Bakı, 10 may (AZƏRTAC). Mayın 13-dən 15-dək Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə beynəlxalq turnir keçiriləcəkdir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Litva, Rumıniya və Fransadan 130 idmançı bacarığını nümayiş etdirəcəkdir.
Universal Döyüş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yarışlar kişilər arasında 9, qadınlar arasında isə 7 çəki dərəcəsi üzrə keçiriləcəkdir. Azərbaycan bu yarışda 5 heyətlə təmsil olunacaqdır.
Azərbaycan yığma komandası baş məşqçi Fərhad Ocaqverdiyevin rəhbərliyi ilə Tofiq Bəhramov adına Respublika stadionunun zalında məşq edir.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir ənənəvi surətdə 2004-cü ildən keçirilir. Ötənilki turnirdə Azərbaycan yığması ümumi komanda hesabında birinci, Rusiya yığması ikinci, Rumıniya millisi isə üçüncü olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]