RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ ABŞ-DA İŞGÜZAR SƏFƏRDƏDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər müddətində Ə.Abbasov rabitə sahəsində fəaliyyət göstərən qurumlarda görüşlər keçirəcək, ABŞ-ın Kommersiya Departamenti rəhbərinin müavini Franklin Lavinlə bu il oktyabrın 3-6-da Bakıda ölkə Prezidenti İlham Əliyevin himayəsi altında keçiriləcək XII Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisi çərçivəsində imzalanacaq Anlaşma Memorandumunun şərtlərini müzakirə edəcəkdir.
Sonra nazir Vaşinqtonda “USTDA”, “SPR”, ABŞ-ın Kommersiya Departamenti, ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə biznes-forumda və Kaliforniya ştatının San Xose şəhərində təşkil ediləcək İKT üzrə I ABŞ-Azərbaycan biznes-forumunda əsas məruzəçi kimi çıxış edəcəkdir. O, Kaliforniyada texnoparkların yaradılmasında böyük təcrübəsi olan Stenford Universitetinin Beynəlxalq Tədqiqat Mərkəzində də xüsusi iqtisadi zonaların formalaşdırılması təcrübəsi ilə yaxından tanış olacaqdır.
Daha sonra nazir Əli Abbasov “Microsoft”un Sietl şəhərində yerləşən Baş qərargahında şirkətin vitse-prezidenti cənab Stiv Barmerlə və digər rəhbər işçilərlə görüşüb “Microsoft”un Azərbaycanda yeni fəaliyyəti haqqında müzakirələr aparacaqdır.
ABŞ-da keçiriləcək tədbirlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri, həmçinin “Sinam”, “Ultra”, “Azel” şirkətlərinin prezidentləri, “HP”, “Cisko”, “Microsoft” şirkətlərinin Azərbaycan nümayəndəliklərinin rəhbərləri və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru iştirak edəcəkdir.
Səfər iyulun 17-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]