Ramazan Dikbaş: Azərbaycanlı qardaşlarımızın ağır günlərimizdə yanımızda olmasından qürur duyuruq
Muğla, 7 avqust, AZƏRTAC
Çox çətin günlər yaşayırıq. Artıq 7-8 gündür ki, amansız yanğın hər tərəfdən bizi mühasirəyə alıb. Küləyin tez-tez güclənməsi yanğını söndürmək istiqamətində zəhmətimizi çox vaxt heçə endirir. Alovlar bir göz qırpımında şiddətlənir. Belə ağır, çətin günlərdə azərbaycanlı qardaşlarımızın yanımızda olmasından qürur duyuruq.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Muğla vilayətinin Köyceğiz rayonundakı meşə yanğınlarının söndürülməsində iştirak edən Ramazan Dikbaş ifadə edib.
Yanğınların başladığı gündən ağır fəsadlara yol açdığını bildirən R.Dikbaş deyib: “Yanğın təkcə meşələrimizi deyil, insanların evlərini, var-dövlətini, ətrafdakı bütün canlıları məhv edir. Bu faciəni görmək çox çətin və ağrılıdır. Əlimizdən gələn hər bir şeyi edirik ki, alovlar daha çox fəsad törətməsin. Bu anlarda azərbaycanlı yanğınsöndürən və xilasedicilər ilə çiyin-çiyinə çalışmaq həqiqətən də bizim üçün fəxrdir. Bu, əsl qardaşlıq nümunəsi, yüksək insanpərvərlikdir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [12:31]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
- 17.10.2026 [12:26]
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib
- 17.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [10:49]
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]