Azərbaycan Dövlət İnformasiya Agentliyi

REFERENDUM AKTINA HƏSR OLUNMUŞ
“DƏYİRMİ MASA”

Xəbər verdiyimiz kimi, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Konstitusiyada dəyişiklişlər edilməsi haqqında Referendum aktına həsr olunmuş “dəyirmi masa “ keçirilmişdir.

Dövlət İdarəçilik Akademiyasının və BMT-nin Qeyri-hökumət Təşkilatları Resurs və Təlim Mərkəzinin birgə keçirdikləri tədbiri akademiyanın rektoru, professor Seyfəddin Qəndilov açdı.

DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ REKTORU, PROFESSOR SEYFƏDDİN QƏNDİLOVUN ÇIXIŞI

- Akademiyaya hamınız xoş gəlmiziniz, sizi ürəkdən salamlayıram və bugünkü tədbirin müvəffəqiyyətli keçməsini arzulayıram.

Bu tədbir çox vacib bir məsələyə həsr olunmuşdur. Bu, hazırda xalqımızın, ictimaiyyətimizin çox böyük maraq göstərdiyi əhəmiyyətli bir məsələdir. Ancaq burada təəccüblü bir şey yoxdur ki, bu, respublikamızda belə böyük əks-sədaya səbəb olsun. Çünki bu, dünya praktikasında, beynəlxalq aləmdə təbii prossesdir. Dövlət başçısı Konstitusiyaya bu cür dəyişiklikləri irəli sürə bilər. Konstitusiyamızın qəbul olunduğu vaxtdan xeyli müddət keçir. Həmin müddətdə Azərbaycanda hüquqi, demokratik dövlət qurulucuğu prosesində çox böyük, əsaslı dəyişikliklər baş veribdir. Respublikamizin özünün inkişafında dəyişikliklər baş veribdir. Bunlar hamısı hüquqi cəhətdən əsaslandırılmalıdır. Konstitusiyamız özü təkmilləşməlidir. Dövrün, zamanın tələblərinə uyğun yenilikləri özündə əks etdirməlidir. Ona görə də belə bir prosses təbiidir.

Lakin bəzi siyasi qüvvələrin ajiotaj yaratması, məsələni çox şişirtməsi tələb edir ki, ətraflı fikir mübadiləsi aparılsın, bunu biz geniş dairədə izah edək. Ona görə də bugünkü “dəyirmi masa”ya mötəbər şəxslər dəvət olunmuşlar. Onların fikir və mülahizələri mətbuatda da dərc olunmalıdır ki, ictimaiyyət də tanış ola bilsin. Ona görə də bizim bugünkü tədbiri keçirməyimiz çox əhəmiyyətlidir.

Bu məsələnin ətraflı müzakirəsində “dəyirmi masa” iştirakçılarına müvəffəqiyyətlər arzulalyıram və tədbiri aparmaq üçün sözü BMT-nin Qeyri-Hökumət Təşkilatları Resurs və Təlim Mərkəzinin rəhbəri Cəfər Cəfərova verirəm.

BMT-NİN QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI RESURS VƏ TƏLİM MƏRKƏZİNİN RƏHBƏRİ CƏFƏR CƏFƏROVUN ÇIXIŞI

- Hörmətli xanımlar, cənablar!

Bu gün vacib bir məsələnin müzakirəsinə yığışmışıq. Güman edirəm “dəyirmi masa”da səmimi söhbət alınacaqdır.

Ölkə, cəmiyyət inkişaf etdikcə, onun qanunvericilik bazasının təkmilləşdirilməsinə də ehtiyac duyulduğundan, dövlətimizin başçısı Konstitusiyaya bir sıra dəyişikliklərin olunması təşəbbüsü ilə çıxış etmişdir. Bu, artıq mətbuatda, müxtəlif yığıncaqlarda da müzakirə olunmaqdadır.

Bugünkü tədbir hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilir. Müzakirə olunan məsələ barədə fikirlər də təxminən müəyyənləşdirilmişdir. Ümumən, bugünkü tədbirin əhəmiyyətini onda görürəm ki, böyük təcrübəsi olan hüquqşünasların, bilavasitə bu məsələ ilə bağlı hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi “dəyirmi masa” əhali üçün düşünməyə material verə bilər. Belə ki, əhali səsverməyə gedərkən daha hazırlıqlı, məlumatlı olar.

Burada mətbuat nümayəndələrinin iştirakını nəzərə alaraq, onlardan xahiş edərdim ki, bu müzakirəni geniş işıqlandırsınlar. Bugünkü tədbirimizdə Prezidentin İcra Aparatının, Dövlət İdarəcilik Akademiyasının, Milli Məclisin, Ali Məhkəmənin, Apellyasiya Məhkəməsinin, Konstitusiya Məhkəməsinin, Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun nümayəndələri iştirak edirlər. Bunun özü “dəyirmi masa”nın mötəbərliyini göstərir. Bu müzakirə, eyni zamanda, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar çərçivəsində demokratiyanın, plüralizmin inkişafının göstəricilərindən biridir.

PREZİDENTİN İCRA APARATININ HÜQUQ MÜHAFİZƏ ORQANLARI İLƏ İŞ ŞÖBƏSİNİN MÜDİRİ FUAD ƏLƏSGƏROVUN ÇIXIŞI

- Hörmətli sədr, hörmətli “dəyirmi masa” iştirakçıları!

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsində 7 ilə yaxın bir müddət keçmişdir. Konstitusiyamızın müddəalarında demokratik dəyərlər öz əksini tapmışdır. Burada dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olması dövlətin demokratik, hüquqi və dünyəvi xarakteri, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olması və bu kimi digər mühüm və mütərəqqi müddəalar öz əksini tapmışdır. Məhz Konstitusiyamızın qəbul olunmasından sonra ölkəmizdə demokratikləşmə prosesləri sürətlə həyata keçirildi, Konstitusiyanın müddəalarından irəli gələn yüzlərlə qanun və digər normativ aktlar qəbul edildi. Bunlar da ölkəmizdə demokratik, hüquqi dövlətin əsasını yaratdı.

Lakin cəmiyyət sürətlə inkişaf edir. Konstitusiyamız, qanunlarımız, bütövlükdə hüquq sistemi, demokratik proseslər, insan hüquqlarının müdafiəsi mexanizmi təkmilləşir.

Bu dövr ərzində ölkəmizdə yeni bir təsisat -ombudsman yaradılmışdır. İnsan hüquqlarının müdafiəsi mexanizmi təkmilləşdirilmiş, çoxsaylı digər tədbirlər həyata keçirilmişdir. Bütün bunlar qanunlarımızın təkmilləşdilməsini zəruri etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti bu il iyun ayının 14-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair təklif irəli sürmüş və rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiya Məhkəməsinin 2002-ci il 21 iyun tarixli qərarı ilə bu dəyişikliklərin Konstitusiyanın müddəalarına uyğunluğu barədə rəy verilmiş və iyunun 22-də dövlətimizin başçısı “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Fərman imzalamışdır. Referendumun keçirilməsi avqustun 24-nə təyin edilmişdir.

Referendum aktının layihəsi barədə bir neçə söz deməklə, bu məsələyə bir az sistemli şəkildə yanaşmaq istərdim. Referendum aktının layihəsində Konstitusiyanın 23 maddəsinə dəyişikliklərin edilməsi təklif olunmuşdur. Təklif edilən dəyişiklikləri şərti olaraq bir neçə qrupa bölmək olar.

Birincisi, insan hüquq və azadlıqları ilə bağlı və Avropa Şurası qarşısında Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərdən irəli gələn dəyişikliklərdir. İkincisi, məhkəmə islahatları ilə bağlı dəyişikliklər, üçüncüsü, seçki sisteminin təkmilləşdirlməsi ilə bağlı dəyişikliklər, dördüncüsü isə, hakimiyyət bölgüsü, nəzəriyyəsi və ali qanunvericilik orqanının səlahiyyətlərinə aid məsələlərdir.

Eyni zamanda, Referendum aktının layihəsində digər dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Bu, bələdiyyələrin statusunun əsasları ilə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi qaydası ilə və digər redaktə xarakterli dəyişikliklərlə bağlıdır.

Birinci qrup dəyişikliklərlə bağlı bir neçə söz demək istərdim. Buraya ilk növbədə Konstitusiyanın yaşamaq hüququ haqqında 27-ci maddəsindən “fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi” sözlərinin çıxarılması təklif olunur. Bu təklif birbaşa insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 2-ci maddəsi ilə bağlıdır. Biz bu Konvensiyaya qoşulmuşuq. Artıq onun birinci hissəsi Azərbaycan əhalisinə şamil olunubdur. Konvensiyanın bu maddəsi ilə Konstitusiyada olan maddə ziddiyət təşkil etdiyinə görə təklif olunan dəyişiklik bilavasitə fövqəladə vəziyyətlə bağlı hər hansı şəxsə qarşı silahın işlədilməsinə aiddir.

 

İnsan hüquqları ilə bağlı digər dəyişiklik Konstitusiyanın 76-cı maddəsinə aiddir. Burada “alternativ hərbi xidmətlə” sözlərinin “alternativ xidmətlə” əvəz edilməsi təklif olunur. Bildiyiniz kimi, “alternativ xidmət” hərbi xarakter deyil, mülkü xarakter daşımalıdır. Bu, ilk növbədə vicdan, əqidə, din azadlığı ilə bağlıdır. Bundan əlavə, bu dəyişikliklər Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsindən irəli gələn müddəalarla bağlıdır.

İnsan hüquqları ilə əlaqədar təklif edilən digər dəyişikliklər ölkəmizdə ombudsman təsisatının bərqərar olması ilə bağlıdır, ombudsmanın seçilməsi qaydasını müəyyən edir. Bilirsiniz ki, Milli Məclis Azərbaycan Respublikası Prezidetinin təqdimatı ilə artıq ilk ombudsmanı seçmişdir.

Konstitusiya dəyişikliklərinin digər bir müddəası da vətəndaşların, insanların, ümumi yurisdiksiyalı məhkəmələrin və ombudsmanın Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun təmin edilməsi ilə bağlıdır. Şübhəsiz ki, bu da çox mütərəqqi bir müddəadır. Konstitusiya məhkəməsinin səlahiyyətlərinin artırılması həm də ona gətirib çıxaracaq ki, insanlar onların pozulmuş hüquq və azadlıqları ilə əlaqədar məsələrlərin həlli ilə bağlı ölkədaxili prosidurlardan istifadə etmək imkanı qazanacaqlar. Şübhəsiz ki, bu, insanların konstitusiyon hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı olan çox mütərəqqi bir müddəadır. Digər tərəfdən, Azərbaycan Respublikasının Avropa Şürası qarşısında götürdüyü öhdəliklərdən biri də Konstitusiya Məhkəməsinə müraciətlə bağlı idi.

Məhkəmə islahatları ilə bağlı təklif edilən dəyişikliklər barədə bilirsiniz ki, son illər ölkəmizdə beynəlxalq standartlara üyğun məhkəmə islahatları həyata keçirilmiş, sovet dövründən miras qalmış iki pilləli məhkəmə sistemindən imtina olunmuşdur. Ona görə ki, bu sistem çərçivəsində məhkəmələrin nəzarət funksiyaları mövcud idi. Ali məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası funksiyalarını həyata keçirməklə yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna da malik idi. Sözsüz ki, bu da süründürməçiliyə, işlərə baxılmasının uzadılmasına, bir neçə dəfə baxılmasına gətirib çıxarır və insanların haqlı narazılığına səbəb olurdu.

Şübhəsiz ki, biri-birinə uyğun olmayan bu funksiyhaların Ali Məhkəmədə cəmləşməsi məhkəmə-hüquq islahatlarının konsepsiyasına və ideologiyasına tamamilə zidd idi. Elə buna görə də Referendum aktında Konstitusiyada Ali Məhkəməyə aid olan 131-ci maddənin I hissəsində Ali Məhkəmənin nəzarət funksiyasının çıxarılması və onun yalnız kassasiya instansiyasiyası məhkəməsi kimi təsbit olunması təklif edilir. Bu da həyata keçirilən islahatların mahiyyətinə tam uyğundur.

Siyasi partiyaların və ictimai birliklərin ləğv edilməsinin Konstitusiya Məhkəməsinin səlahiyyətindən çıxarılması təklif olunur. Mənim zənnimcə, bu dəyişiklik ona gətirib çıxaracaqdır ki, siyasi partiyalar və ictimai təşkilatlar Apellyasiya və instansiya məhkəmələrinə şikayət etmək hüququnu əldə edəcəklər. Dəyişiklik əsasında onların Konstitusiya Məhkəməsinə müraciət hüququ da məhdudlaşdırılmır.

Konstitusiyanın 132-ci maddəsinə təklif olunan dəyişikliklər də məhkəmə islahatları ilə bağlıdır. Yeni redaksiyada təklif edilir ki, “İqtisad Məhkəməsi” sözləri “apellyasıya məhkəmələri” ilə əvəz olunsun. Bu da onunla əlaqədardır ki, İqtisad Məhkəməsi apellyasiya instansiyası məhkəmələrindən biridir. Eyni səviyyəli məhkəmələrə hakimlərin təyin edilməsi qaydası müxtəlifdir. Əgər Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə hakimlər Milli Məclis tərəfindən təyin olunursa, digər apellyasiya məhkəmələrinə hakımlər Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin olunur. Bu təklif təyinat qaydasının uyğunlaşdırılması üçün irəli sürülübdür. İndi apellyasiya məhkəməsi hakimlərinin Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunması təklif edilir.

Digər bir məsələ prokurorluqda aparılan islahatlarla, prokurorluğun məhkəmə sistemində olması ilə əlaqədardır. Konstitusiyanın 96-cı maddəsinə təklif olunan dəyişiklik qanunvericilik təşəbbünün verilməsini nəzərdə tutur. Hesab edirəm ki, prokurorluq məhkəmə sisteminə aid olan qurumdur və Cinayət, Cinayət- Prossesual, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinin tətbiqi ilə bağlı ortaya çıxan boşluqları, çatışmazlıqları öz gündəlik fəaliyyətlərində daha tez müəyyən edə bilər. Bu baxımdan prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi, zənimcə, yalnız qanunvericiliyin inkişafına xidmət etmiş olardı.

Bilirsiniz ki, SSRİ dövründə prokurorluğun ümumi nəzarət səlahiyyəti var idi. Lakin Konstitusiya qəbul ediləndə bu səlahiyyətlər demək olar, məhdudlaşdı. Sonra prokurorluq haqqında qəbul olunan qanunda, cənab Prezidentin bir neçə Fərmanında ümumi nəzarətlə bağlı səlahiyyətlər bir qədər də məhdudlaşdırıldı. Bu gün prokurorluq, sözün əsl mənasında, insan hüquqları və azadlıqlarının müdafiəsinə xidmət edən bir quruma çevrilmişdir.

Hazırda prokurorluğun nəzarət funksiyaları yalnız ibtidai istintaqa, təhqiqata və əməliyyat-axtarış fəaliyyətinə şamil edilir. Digər ümumi nəzarətlə bağlı səlahiyyətlər mövcud deyildir. Lakin Konstitusiyada belə bir maddə mövcud idi ki, prokurorluq “qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına” nəzarəti həyata keçirir. Sözsüz ki, bu, sovet dövründən miras qalmış bir maddə idi.

Üçüncü qrup dəyişikliklər seçki sisteminin və referendum keçirilməsi qaydasının təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, Konstitusiyanın 3-cü maddəsinə təklif edilir ki, vergilər və dövlət büdcəsi, amnistiya və əfvetmə, müvafiq vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi məsələləri üzrə referendum keçirilə bilməz. Həmin təklif onunla əsaslandırılır ki, bu məsələlər sırf funksional səlahiyyətlər olub dövlət başçısına, digər icra hakimiyyəti orqanlarına və Milli Məclisə məxsusdur.

Digər bir dəyişiklik proporsional seçki sistemindən imtina edilməsi və seçkilərin majoritar sistem əsasında keçirilməsinə aiddir. Bu da Prezident üsul-idarəsi olan respublikalara xas bir dəyişiklikdir. Parlament tipli ölkələrdə proprosional sistemlə keçirilən seçkilər nəticəsində daha çox mandat qazanmış partiya təklikdə və ya digər partiyalarla koalisiyada hökumətin formalaşmasında iştirak edir.

Digər bir dəlil də gətirmək olar. Majoritar sistem üzrə seçkilər və konkret namizədə səs verilməsi vətəndaşların dövlətin idarə olunmasında iştirakının bilavasitəlik prinsipinin həyata keçirilməsinə daha dolğun imkan yaradır. Proporsional seçki sistemi üzrə isə seçicilər partiya siyahılarında göstərilən şəxslərin əksəriyyətini, bir qayda olaraq, tanımır, bütövlükdə partiya siyahısına səs verirlər.

Demək istərdim ki, majoritar sistem üzrə seçkilər Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrindən isə Fransa, Böyük Britaniya, Norveç, Bolqarıstan və digər ölkələrdə çoxdan tətbiq olunmuşdur. Hətta sırf proporsional seçki sistemli ölkələr də qarışıq seçki sisteminə keçərək, majoritar seçki sisteminə meyl edirlər. Misal üçün, İtaliya yarı majoritar seçki sisteminə keçmişdir. Türkiyə parlamentində isə bu məsələ hazırda müzakirə edilir. Yəni, Avropa ölkələrində belə bir meyl mövcuddur.

Digər bir dəyişiklik Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən səsvermə günündən sonra 7gün ərzində deyil, 14 gün ərzində rəsmən elan edilməsindən ibarətdir. Bu təklifin zəruriliyi ondan irəli gəlmişdir ki, seçkinin nəticələrindən narazı qalmış şəxslərin şikayətlərinin məhkəmələrdə baxılması hüququ daha dolğun təmin olunsun.

Dördüncü qrup təkliflər hakimiyyət bölgüsü nəzəriyyəsi və ali qanunvericilik orqanının səlahiyyətləri ilə bağlıdır. Ali qanunvericilik orqanlarının səlahiyyətləri ilə bağlı təklif olunan dəyişikliklər Milli Məclisin səlahiyyətlərini genişləndiribdir. Ombudsmanın seçilməsinin, apellyasiya məhkəmələrinə hakimlərin təyin olunmasının parlamentin səlahiyyətlərinə aid edilməsi təklif olunur. Bundan başqa, təklif edilir ki, parlament münasibət bildirilməsi zəruri olan məsələlərə dair qərarlar qəbul etsin. Milli Məclis sessiyalarının keçirilməsinin dəqiq vaxtına dair müddəaların Konstitusiyadan çıxarılması da təklif olunmuşdur.

Bu məsələ parlamentin reqlamentinə aid qanunvericiliklə tənzimlənməlidir.

Növbəti bir dəyişiklik Konstitusiyanın 105-ci maddəsinə aiddir. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə, yeni Prezident seçilənədək Prezident səlahiyyətlərinin Milli Məclisin sədri tərəfindən deyil, baş nazir tərəfindən icra edilməsi barədə təklif hakimiyyət bölgüsü nəzəriyyəsinə tam uyğundur. Azərbaycan Respublikasının Prezidenti dövlət başçısıdır, həm də Azərbaycan Respublikasında icra hakimiyyəti ona məxsusdur. Nazirlər Kabineti isə Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir. Məhz bu səbəbdən Prezident üsul-idarəsi olan ölkələrdə Prezident öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini ölkənin icra strukturunda sonra gələn ikinci şəxs icra edir. Bu qayda ABŞ, Fransa, Rusiya və bir çox digər ölkələrdə də mövcuddur. Məsələn, ABŞ-da Prezident səlahiyyətləri vitse-prezidentə keçir. Rusiya və Fransada isə həmin səlahiyyətlər hökumətin başçısına keçir.

Çıxışımın sonunda onu demək istərdim ki, təklif olunan bütün bu dəyişikliklər yalnız Konstitusiyamızın təkmilləşdirilməsinə xidmət edəcəkdir. İndi mətbuatda müxalifət qüvvələr tərəfindən müəyyən fikirlər səslənir. Hesab edirəm ki, bu məsələni hüquqi müstəvidə müzakirə etmək lazımdır. Bu, siyasi alver mövzusuna çevrilməməlidir.

MİLLİ MƏCLİSİN İNZİBATİ VƏ HƏRBİ QANUNVERİCİLİK ŞÖBƏSİNİN MÜDİRİ NİZAMİ SƏFƏROVUN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Bugünkü tədbir Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malik bir məsələyə həsr olunmuşdur. Bilirsiniz ki, bizi qarşıda referendum gözləyir. Bununla bağlı yəqin ki, hamımız referenduma çıxarılan layihənin müxtəlif məqamlarına ətraflı nəzər salacayıq.

Mən isə ümumi xarakter daşıyan bir sıra məsələlərə sizin diqqətinizi cəlb edəcəyəm. Hər bir dövlətin qanunvericiliyinin, - istər Konstitusiya qanunvericiliyi olsun, istərsə də digər qanunvericilik aktları, - inkişafını iki mühüm prinsip təmin edir. Bunlar sabitlik və dinamiklikdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixdə keçirilən referendumda qəbul olunmuşdur. Konstitusiyamızın qəbul olunmasından keçən 7 il ərzində bu hüquqi sənədə heç bir dəyişiklik və əlavə edilməmişdir. Bu fakt bizim Konstitusiyamızın sabit bir hüquqi sənəd olmasını təsdiqləyir. Şübhəsiz ki, Konstitusiyamızın sabitliyi Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi altında ölkədə bərqərar olan siyasi-iqtisadi, sosial sabitliyə əsaslanır.

Əgər bu cür sabitlik olmasaydı, ölkənin Əsas qanunu - Konstitusiyası heç vaxt sabit hüquqi sənəd ola bilməzdi.

Digər tərəfdən, Konstitusiyanın sabitliyi onun yüksək hüquqi keyfiyyətə malik bir sənəd olmasını sübut edir. Bu mənada da cənab Heydər Əliyevin rəhbərliyi altında həmin sənədi hazırlayan Komissiyanın mühüm rolu qeyd olunmalıdır. Əgər yadınızdadırsa, Konstitusiya Komissiyasına Azərbaycan Respublikasının ən tanınmış hüquqşünasları cəlb edilmişdi. Onların gərgin əməyi nəticəsində mükəmməl bir hüquqi sənəd meydana çıxmışdır. Bütün bunların nəticəsində ölkənin hüquq sisteminin özəyini təşkil edən Konstitusiya sabit hüquqi sənəd kimi çıxış edir. Digər tərəfdən, biz nəzərə almalıyıq ki, ictimai münasibətlər daim inkişafdadır. Konstitusiyamız canlı bir orqanizmdir. Onun da dəyişdirilməsinə, təkmilləşdirilməsinə ehtiyac vardır.

Fuad müəllim təklif olunan dəyişikliklərin strategiyası barədə ətraflı məlumat verdi. Mən, sadəcə, demək istərdim ki, bütün bu təkliflər ölkədə cərəyan edən ictimai münsibətlərin inkişafından doğur. Digər tərəfdən, bilirsiniz ki, beynəlxalq hüququn müstəqil subyekti kimi Azərbaycan Respublikası bir sıra beynəlxalq hüquq sənədlərinə qoşulmuşdur. Mən bu mənada xüsusilə insan hüquqlarının qorunması sahəsində mövcud olan Avropa Konvensiyasını xatırlatmaq istərdim.

Konstitusiya islahatlarının digər bir istiqaməti dövlət idarəetmə sisteminin inkişafı ilə bağlıdır. Bu da təqdim olunmuş layihədə öz əksini tapıb. Mən bir daha vurğulamaq istəyirəm ki, bizim Konstitusiya sabit bir sənəddir. Tez-tez dəyişikliklərə məruz qalan sənəd deyildir. Mövcud Konstitusiya islahatları Azərbaycanda ictimai münasibətlərin inkişafından doğur.

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN BÖLMƏSİNİN MÜDİRİ XAQANİ MƏMMƏDOVUN ÇIXIŞI

Müzakirələrlə bağlı mən daha əvvəl söz almağımın səbəbi ondan ibarətdir ki, təklif olunan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin bir qərarı var idi. Mən çıxışımda təklif olunan dəyişikliklərə Konstitusiya Məhkəməsinin verdiyi müsbət rəydə hansı prinsipə əsaslandığı barədə məlumat vermək istəyirəm.

Azərbaycan Respublikasının Prezidenti özünün Konstitusiya hüququndan istifadə edərək, 2002-ci il iyunun 14-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı Referendum aktına rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Konstitusiyamızın 153-cü maddəsində deyilir ki, Konstitusiyada dəyişikliklər edilməsinə dair təkliflə müraciət edən subyektlər əvvəlcədən bu təkliflərə dair Konstitusiya Məhkəməsinin rəyini almalıdır. Konstitusiya Məhkəməsinin 2002-ci il iyunun 21-də keçirilən iclasında adı çəkilən təkliflərə dair müsbət rəy verilmişdir. Müsbət rəy verərkən Konstitusiya Məhkəməsi hansı əsasları rəhbər tutmuşdur? Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin belə bir rəy verməsinin mahiyyəti nədən ibarətdir?

Birincisi, Konstitusiya Məhkəməsi təklif edilən dəyişikliklərin Konstitusiyanın ümumi prinsipləri və müddəalarına nə dərəcədə uyğun gəldiyini yoxlayır. Bu, Konstitusiyanın demokratiya, azadlıq və insan hüquqlarının qorunması ilə bağlı ümumi ruhunun yoxlanılması deməkdir. İkinci əsas cəhət Konstitusiyamızın 155-ci maddəsinə, yəni dəyişilməsi mümkün olmayan konstitusiya normalarına əməl edilməsi ilə bağlı məsələdir. Konstitusiya Məhkəməsində bu məsələ araşdırılarkən müəyyən olunmuşdur ki, həqiqətən, təkliflərdə Konstitusiyanın 155-ci maddəsinin normalarına əməl edilmişdir. Rəhbər tutulan digər əsas prinsip təklif olunan dəyişikliklər Konstitusiyanın mətninə daxil edilərsə, Konstitusiya normaları arasında mümkün ziddiyətlərin yaranıb yaranmaması məsələsinin aydınlaşdırılmasıdır. Konstitusiya Məhkəməsi öz qərarında onu da müəyyən etmişdir ki, bəli, bu təkliflər Konstitusiyanın mətninə daxil edilərsə, Konstitusiya normaları arasında ziddiyət yaranmır.

Bütün bu əsasları nəzərə alaraq, Konstitusiya Məhkəməsi belə bir müsbət rəy vermişdir ki, Azərbaycan Respublikası Prezidentinin Konstitusiya mətnində dəyişikliklər edilməsinə dair təklifləri Konstitusiyamızda təsbit olunmuş xalq hakimiyyəti və dövlətin əsaslarına dair ümumi müddəalarla uyğunluq təşkil edir və Konstitusiyanın 155-ci maddəsi ilə ziddiyət təşkil etmir.

Konstitusiya Məhkəməsi haqqında qanunun 74-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsinin bu rəyi Referendum aktına daxil ediləcək, hər bir vətəndaş referendumda özünün müsbət rəyini bildirəcəkdir. Bütövlükdə isə, Konstitusiya Məhkəməsi həyata keçiriləcək Konstitusiya islahatlarını hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsinə yönəlmiş addım və insan hüquqularının və əsas azadlıqlarının müdafiəsinin daha da səmərələşdirilməsinə yönəlmiş addım kimi qiymətləndirmişdir.

RESPUBLİKA BAŞ PROKURORUNUN MÜAVİNİ ELDAR NURİYEVİN ÇIXIŞI

Konstitusiyaya dəyişikliklər edilməsinin hüquqi əsasları, aspektləri və bu sahədə dünya ölkələrinin təcrübəsi barədə bir neçə kəlmə danışmaq istəyirəm.

Konstitusiya dövlətin Əsas qanunudur, digər qanunlara münasibətdə ali hüquqi qüvvəyə malikdir. Konstitusiya dövlətin və cəmiyyətin əsas cəhətlərini özündə qanunvericiliklə təsbit etdirən sənəddir. Konstitusiyalar qəbul olunma üsullarına görə bir neçə kateqoriyaya bölünür. Onlardan ən geniş yayılmışı xalq konstitusiyaları sayılır. Bu konstitusiyalar ya parlament tərəfindən ya ümumxalq səsverməsi yolu ilə, yaxud da xüsusi təşkil olunmuş deputatlar yığıncağı tərəfindən qəbul olunur. Mən hesab edirəm ki, bunlardan ən demokratiki ümumxalq səsverməsi ilə qəbul olunan konstitusiyalardır. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyası da xalqın ümumi rəyini ifadə etməklə, bu kateqoriyaya daxildir. Ona görə də bilərəm ki, 1995-ci ildə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərlik etdiyi Komissiya tərəfindən hazırlanmış Konstitusiya bütün demokratik dəyərlərə tam cavab verən bir Konstitusiyadır.

O ki qaldı konstitusiyaya dəyişikliklər edilməsinə, ümumiyyətlə, hüquq elmində Konstitusiyaları üç-dörd təsnifata bölürlər. Onlardan birincisi, əbədi, daimi konstitusiyalardır. Bu konstitusiyalara 1917-ci ildə qəbul olunmuş Meksika Konstitusiyasını aid etmək olar. Lakin dünyanın təxminən 200 dövləti arasında belə kontitusiyanın yalnız Meksikada olması önəmli deyil və mənə belə gəlir ki, bunu mütərəqqi bir sənəd saymaq da düzgün olmazdı.

İkinci təsnifata misal Belçika Konstitusiyasını göstərmək olar. Lakin bu Konstitusiyanın qəbul edilməsinin, zənnimcə, mənfi cəhəti ondan ibarətdir ki, burada vətəndaşların, xalqın iradəsi parlamentin maraqlarından asılı olur. Yəni buradakı prosedurda konstitusiyaya dəyişikliklər edilməsində parlamentin marağı əsas tutulur. Şübhəsiz, bu da mütərəqqi konstitusiya kimi qəbul edilə bilməz.

Üçüncü təsnifata çevik konstitusiyalar aid edilir. Dünya təcrübəsində buna Böyük Britaniyanın və Yeni Zelandiyanın konstitusiyalarını aid etmək olar. Zənnimcə, bu konstitusiyaların mənfi cəhəti ondan ibarətdir ki, bunlara dəyişikliklər olunması proseduru adi qanunlara edilən dəyişikliklər proseduru ilə eyniləşdirilibdir. Hesab edirəm ki, konstitusiya bütün qanunların əsası olduğu üçün o, adi qanunlarla eyniləşdirilmə bilməz.

Nəhayət, dördüncü təsnifat qarışıq təsnifatdır. Bunun üstün cəhəti ondan ibarətdir ki, konstitusiyalara dəyişikliklər və əlavələr prosedurunun özünün ayrı-ayrı üsul və metodları mövcuddur.

Bu baximdan Azərbaycan Respublikasının Konstitusiyası da ən mütərəqqi konstitusiyalar sırasına daxil edilməlidir. Mən konstitusiyalara dəyişikliklərlə bağlı dünya təcrübəsi ilə əlaqədar bir neçə söz demək istəyirəm. Umumiyyətlə, dünya təcrübəsində konstitusiyaya dəyişikliklər tez-tez təsadüf edilən bir haldır. Nə qədər ki, cəmiyyət inkişaf edir, ictimai münasibətlər qanunları üstələyir, o qədər də qanunların təkmilləşdirilməsi bir zərurət kimi meydana çıxır.

Məsələn, Ukrayna Respublikasının Konstitusiyasının 98-ci maddəsinə bu il yanvarın 17-də dəyişiklik edilmişdir. Eləcə də Makedoniyada son hadisələrlə bağlı həmin ölkənin parlamenti etnik albanların siyasi hüquqları ilə bağlı Konstitusiyaya dəyişikliklər etmişdir. Daha bir misal çəkmək istəyirəm. 1949-cu ildə Çin Xalq Respublikası yarandığı gündən indiyədək bu dövlətin dörd konstitusiyası qəbul olunmuşdur. Bu konstitusiyaların qəbul olunmasında əsas amil həmin ölkənin siyasi, iqtisadi, mədəni inkişaf səviyyəsi ilə bağlı baş verən dəyişikliklər olmuşdur. Bu da normal hal kimi qəbul edilməlidir. Konstitusiyaya dəyişikliklərin edilməsi labüd bir zərurətdir.

Bir fikrimi də nəzərinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə, Konstitusiya xalqın iradəsini ifadə edir. Onu hazırlayanlar da insanlardır. İnsan öz fəaliyyəti etibarilə daim inkişaf edir, təkmilləşir, zaman keçdikcə onun şüuru, dünyaya baxışları, davranışı, vərdişləri də dəyişir. Onun düzəltdiyi maşınlar da, ayrı-ayrı mexanizmlər də, vasitələr də hamısı yeniləşir. İnsanların yaradıcılıq məhsulu olan Konstitusiya da istisna deyil. O da təkmilləşdirilməli, yeniləşdirilməlidir. Cəmiyyət inkişaf etdikcə, ictimai münasibətlər dəyişdikcə, reallıq özü Konstitusiyanın təkmilləşdirilməsini zəruriləşdirir. Bu baxımdan cəmiyyətdə baş verən kollektiv dəyişiklikləri, o cümlədən referendum keçirilməsini mən yalnız alqışlaya bilərəm. Fikrimi məşhur Ferdenand Lassalın sözləri ilə tamamlamaq istəyirəm. O, vaxtilə Konstitusiyaya dəyişikliklər edilməsinin təşəbbüskarlarından biri olub. Onun fikrincə, işlək Konstitusiya o Konstitusiya sayılmalıdır ki, mövcud reallıqla uyğunlaşdırılmış olsun, reallığın tələbatlarına cavab vermiş olsun.

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI FORUMUNUN PREZİDENTİ AZAY QULİYEVİN ÇIXIŞI

Hörmətli sədr!

Hörmətli tədbir iştirakçıları!

Bu gün müzakirə edilən vacib məsələ ətrafında danışmaq üçün mənə söz verdiyinizə görə, icazə verin, sizə öz təşəkkürümü bildirim.

Təbiidir ki, ümumxalq səsverməsi kifayət qədər ciddi ictimai-siyasi hadisədir. Bu gün məhz bu toplantının həmin mövzuya həsr olunması təbiidir. Hüquqşünaslar, xüsusilə Fuad müəllim konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı burada kifayət qədər ətraflı məlumat verdi. Fürsətdən istifadə edib, mən də iki əsas məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm.

Bunlardan biri mojaritar seçki sisteminin tam şəkildə bərqərar olmasıdır. İkincisi isə, Prezident hər hansı bir səbəbdən öz səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə həmin səlahiyyətlərin digər icra, orqanının nümayəndəsi olan baş nazirə verilməsi ilə bağlıdır. Hesab edirəm ki, yerdə qalan iki blok dəyişiklik hüquqşünasların xalis müzakirə obyektidir. Burada da kifayət qədər maraqlı və ətraflı məlumat, daha doğrusu dəyişiklik var. Xüsusilə, müəyyən konstitusiya dəyişiklikliyi, yaxud da qanunvericilik sahəsinin prokurorluq orqanlarına verilməsi və məhkəmə islahatları ilə bağlı olan digər müddəalar vardır.

Azərbaycan Prezident idarə üsulu ilə idarə olunan ruspublika olduğuna görə, konstitusiyada bu dəyişikliyin edilməsi təbiidir. Bunun da bir neçə izahı var. Mənim fikrimcə, ən böyük izahı onunla əlaqələndirilməlidir ki, Prezident səlahiyyətlərinin bu gün məhz Milli Məclisin sədrinə verilməsində praktik çətinliklər, boşluqlar var. Bu da konstitusiyada dəyişikliklər aparılmasının məntiqi olduğunu söyləməyə əsas verir.

Milli Məclis qanunvericilik orqanıdır. Hakimiyyətin bir qolu olaraq məhz icra fəaliyyətinə cəlb olunmayıbdır. Onun əsas funksiyası Azərbaycanın qanunvericilik bazasının möhkəmləndirilməsi və qanunların qəbul edilməsi ilə bağlı olduğuna görə, baş nazirin Prezident səlahiyyətlərini icra etməsi, praktik baxımdan düzgündür və təqdirəlayiqdir.

Baş nazir digər orqanların fəaliyyətini əlaqələndirməklə yanaşı, respublikada cari fəaliyyətlə də məşğul olur. Hər hansı arzuolunmaz hal yarandıqda, - mən fövqəladə halları nəzərdə tuturam, - məhz baş nazirin belə səlahiyyətə malik olması vacibdir.

Baş nazirin səlahiyyətlərinin hansı formada artırılmasından söhbət gedərsə, bu səlahiyyətlərə bir də baxıla bilər və onları genişləndirmək mümkündür. Bu səlahiyyətlərin genişləndirilməsi məqsədə müvafiqdir. Baş nazir həmin üç aylıq dönəmdə Prezidentin səlahiyyətlərini icra edən zaman, söz yox ki, bu vəzifəni yerinə yetirməyə sözün əsl mənasında, hazır olmalıdır.

İkinci çox vacib məsələ Azərbaycanda birpilləli seçki sisteminin tətbiqi ilə bağlıdır. Söhbət proporsional sistemdən mojaritar sistemə keçməkdən gedir. Bilirsiniz ki, proporsional seçki sistemində hər hansı bir partiyanın namizədləri seçkilərdə iştirak edirlər.

Açığını deyim ki, bəzən elə olubdur ki, mən bir vətəndaş və həm də seçici kimi hər hansı bir partiyada müəyyən şəxsə səs vermək istəməmişəm. Tutalım ki, 25 nəfərlik bir siyahı verilib. Lakin partiyanın siyasi xətti, onun liderinin fəaliyyəti, partiyanın sosial-iqtisadi platforması seçicini qane etmirsə, həmin partiyanın təqdim etdiyi namizədlərə necə səs vermək olar. O da sirr deyildir ki, partiyanın təqdim etdiyi siyahıda adları göstərilən namizədlərin heç də hamısı bütün ictimaiyyəti, vətəndaşları qane edə bilməz. Bu vətəndaşlara əlavə bir seçim imkanı verilməsi və ali qanunvericilik orqanına fərdi qaydada seçkilər aparılması, düşünürəm ki, vətəndaşlar tərəfindən rəgbətlə qarşılanmalıdır. Hər hansı bir vətəndaşın mojaritar üsulu ilə deputat seçilməsini, deputat mandatına sahib olmasını daha üstün hesab edirəm.

Referendumla bağlı, yəqin ki, gələcəkdə də belə diskussiyalar keçiriləcəkdir. Avqustun 24-ə təyin olunmuş referendumda qeyri-hökumət təşkilatlarının vəzifəsi və görəcəyi işlər ictimaiyyəti tam məlumatlandırmaqdan, bu dəyişikliklərlə bağlı əhalidə tam təsəvvür yaratmaqdan ibarətdir. Bu işdə kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Aparılacaq dəyişikliklər barədə aydın izahat verilərsə, adamlarda çaşqınlıq yaranmaz.

Bu gün Milli Qeyri-Hökumət Təşkilatları Forumunda 354 təşkilat birləşir. Hər rayonda bizim əlaqələndirmə qurumumuz var. Biz də qeyri-hökumət təşkilatları arasında bu cür tədbirlərin keçirilməsi ilə bağlı fəaliyyət göstərəcəyik. Bu dəyişikliklərlə bağlı alternativ fikirlər söyləmək istəyənlər də həmin tədbirlərdə iştirak etməlidir, bu fikirlər əsaslandırılmalıdır. İnanıram ki, kifayət qədər əsaslı və məntiqli fikirlər cəmiyyətimiz tərəfindən qəbul ediləcək və referendum uğurla həyata keçiriləcəkdir.

Bizim fikrimizi öyrənmək üçün buraya dəvət etdiyinizə görə sizə təşəkkürümü bildirirəm.

MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU MƏSƏLƏLƏRİ DAİMİ KOMİSSİYASI SƏDRİNİN MÜAVİNİ ƏLİ HÜSEYNOVUN ÇIXIŞI

- Belə bir tədbirin keçirilməsini mən yüksək qiymətləndirirəm. Təbiidir ki, belə mühüm bir sənəd cəmiyyətdə müzakirə olunmalı idi və olunur da. Yəni, biz bunu cəmiyyətə izah etməliydik və bu, bizim qarşımızda duran vəzifədir. Ancaq bu müzakirə ona görə xüsusi əhəmiyyət kəsb edir ki, son günlər müxalifət mətbuatında bu sənədin üzərinə kölgə salmaq cəhdləri göstərilir. Tədbirin bu cür, belə səviyyədə, bu tərkibdə, Azərbaycanın tanınmış hüquqşünaslarının, ictimai xadimlərinin iştirakı ilə keçirilməsi, düşünürəm ki, əhəmiyyətlidir.

Cənab Prezidentin Fərmanının preambulasında referendum keçirmək zərurəti qeyd olunubdur. Yəni, bu, bizim hamımız üçün aydın olmalıdır. Ancaq, eyni zamanda, hesab edirəm ki, bu zərurət həm də son illər cəmiyyətimizdə baş verən ictimai-siyasi proseslərlə birbaşa bağlıdır.

Tez-tez sual edirlər ki, bu akt nə üçün belə qısa müddət ərzində, konstitusiyanın qəbulundan qısa vaxt ötdükdən sonra qəbul olunur? Bu sualın cavabı var. Məsələ burasındadır ki, Azərbaycan özünün hüquqi dövlət quruculuğunu çox qısa zaman çərçivəsində həyata keçirir. MDB dövlətləri ilə müqayisə etsək, görərik ki, biz çox qısa zamanda, özü də böyük problemlərimiz olduğu halda, hüquq islahatlarımızı sürətlə həyata keçirmişik. Heç bir dövlət torpaqları işğal olunsaydı, bir milyondan artıq qaçqını olsaydı, belə vəziyyətdə bu islahatları sürətlə həyata keçirə bilməzdi.

Mən parlamentdə təmsil olunduğum üçün, istərdim ki, bu sənəddə mojaritar seçki sisteminə keçidlə bağlı, bunun əhəmiyyəti ilə əlaqədar fikirlərimi bildirim. Bu, nə üçün əhəmiyyətlidir? Biz beynəlxalq təcrübəyə istinad edə bilərik. Deyək ki, Avstriya, Böyük Britaniya, İtaliya və Amerika Birləşmiş Ştatlarını nümunə göstərə bilərik. Ancaq hesab edirəm ki, beynəlxalq təcrübə bizim üçün heç də həmişə əsas olmamalıdır. Əsas o olmalıdır ki, bizim xalqımız, insanlarımız üçün daha əlverişli olanı hansı sistemdir. Əlbəttə ki, istənilən seçki üçün mojaritar sistem daha əhəmiyyətlidir. Nə üçün? Çünki seçici belə vəziyyətdə seçdiyi deputatla birbaşa təmasda olur. Seçici bilir ki, kimə səs verir və kimdən nəyi soruşacaq. Məhz bu baxımdan müxalifət partiyaları nümayəndələrinin bu məsələyə başqa don geydirməsi bizə aydındır.

Əlbəttə, iqtidar partiyası - Yeni Azərbaycan Partiyası həm mojaritar, həm də proporsional sistemlə seçkilər zamanı 2000-ci ilin parlament seçkilərində ən çox yer tutubdur. Yəni, bizim üçün prinsip etibarı ilə hər iki sistem əlverişlidir. Bu, partiyamızın nüfuzundan irəli gəlir. Ancaq biz onu etiraf edirik ki, partiya siyahısı ilə seçilənlər seçicilər qarşısında birbaşa məsuliyyət daşımlr. Məhz bu məsuliyyət baxımından müxalifət partiyalarının nümayəndələri bu sistemi dəstəkləmirlər.

Əlbəttə ki, bir neçə görüş keçirib, sonra parlamentdə və yaxud mətbuatda seçicilərin, cəmiyyətin problemləri barədə pafosla çox şey danışmaq olar. Ancaq seçicilərin problemləri ilə birbaşa məşğul olmaq ciddi məsuliyyət tələb edir. Bu məsələ insan hüquqları baxımından, əhalinin maraqlarının birbaşa təmin olunması baxımından çox əhəmiyətlidir. Əminəm ki, referendum zamanı xalqımızın böyük əksəriyyəti buna yekdilliklə səs verəcəkdir. Çox sağ olun.

RESPUBLİKA PROKURORLUĞU HÜQUQİ TƏMİNAT ŞÖBƏSİNİN RƏİSİ AZƏR CƏFƏROVUN ÇIXIŞI

-Hörmətli sədr!

Hörmətli tədbir iştirakçıları!

Konstitutsiyaya təklif edilən dəyişikliklər haqqında mən də fikirlərimi sizinlə bölüşmək istəyirəm. Konstitusiyanın 96-cı maddəsinə təklif edilən əlavə Azərbaycan Respublikasının Baş Prokurorluğuna qanunvericilik təşəbbüsü hüquqi verilməsini nəzərdə tutur. Bu əlavənin qəbul edildiyi təqdirdə, şübhəsiz ki, prokurorluq qanunvericilik təşəbbüsü hüququna, başqa sözlə, Milli Məclisin müzakirəsinə qanun layihələri təqdim etmək hüququna malik olacaqdır.

Hörmətli Fuad müəllim bu məsələ ilə əlaqədar məlumat verdi. Müzakirələrdən də görünür ki, ümumiyyətlə, bu məsələ yaxşı qarşılanır, elə bir əsaslı fikir ayrılığı yoxdur. Ancaq bəzi hallarda belə fikirlər də səslənir ki, prokurorluq məhkəmə hakimiyyətinə daxildir və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü hüququ var, ona görə prokurorluğa da belə hüquq verilməsinə bir o qədər ehtiyac yoxdur. Biz hesab edirik ki, bu fikirlər əsassızdır, Konstitusiyaya əlavələr edilməsi vacibdir və xüsusilə də, ölkəmizdə hüquqi islahatların intensiv aparıldığı dövrdə çox əhəmiyyətlidir.

Prokurorluq Konstitusiyada nəzərdə tutlmuş qaydada qanunların icrasına və tətbiqinə nəzarəti həyata keçirərkən, cinayətkarlığın və digər hüquqpozmaların vəziyyətini müəyyənləşdirərkən, bir sıra hallarda, ümumiyyətlə, cinayətkarlığı doğuran səbəb və şəraiti araşdırarkən hüquq normalarındakı uyğunsuzluqları, onların ayrı-ayrı müddəalarının bir-birinə uyğun gəlməməsini, bəzilərinin köhnəlməsini və praktikanın obyektiv tələblərinə cavab verməməsini aşkar edirlər, hüquqi tənzimləmədəki boşluqları müəyyənləşdirirlər. Bütün bunlar, şübhəsiz ki, qanunvericiliyin təkmilləşdirilməsini tələb edir.

Digər tərəfdən, prokurorluqda əvvəllər həmişə qanunvericilik təşəbbüsü hüququ olmuş və bu hüquqdan istifadə edilmişdir. Göstərilən hüququn olmadığı son dövrlərdə də prokurorluq qanunvericiliyin təkmilləşdirilməsi prosesindən kənarda qalmamış və belə hüquqa malik orqanlar vasitəsilə bu prosesdə yaxından iştirak etmişdir.

Yəqin sizə məlumdur ki, son vaxtlar qəbul olunmuş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında”, “Prokurorluq işçilərinin fərqlənmə nişanları, geyim forması haqqında” və digər qanunlar, habelə respublikamızın Cinayət-Prosessual, Cinayət, İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklər edilməsi haqqında qanunların hazırlanmasında prokurorluğun da iştirakı olmuşdur.

Biz belə fikirdəyik ki, bu Konstitusiyaya ediləcək əlavə, doğrudan da, respublikada qanunvericiliyin təkmilləşdirilməsi işini xeyli asanlaşdıracaq, onu daha da səmərəli edəcəkdir.

Toxunmaq istədiyim digər məsələlər Konstitusiyanın 95, 109, 125-ci maddələrinə təklif edilən dəyişikliklərlə əlaqədardır. Hörmətli Fuad müəllim bu məsələ ilə də əlaqədar da fikrini bildirdi. Müzakirə və söhbətlərdən belə görünür ki, həmin məsələ ilə də bağlı müəyyən şərhlərdə səhvlərə yol verilir. Bəziləri belə düşünürlər ki, “İqtisad Məhkəməsi” sözlərinin, “apellyasiya məhkəmələri” sözləri ilə əvəz edilməsi, ümumiyyətlə, iqtisad məhkəmələrinin fəaliyyətinə xitam verilməsi, onun fəaliyyətinin digər yerli məhkəmə orqanlarına verilməsi deməkdir. Məsələ bundadır ki, Konstitusiya qəbul edildikdən iki il sonra Azərbaycan Respublikasının məhkəmə sistemi, o cümlədən əvvəllər mövcud olmayan Apellyasiya Məhkəməsi yaradılmış və 1997-ci il iyulun 10-da bu sistemi əks etdirən məhkəmələr və hakimlər haqqında qanun qəbul olunmuşdur. Yeni qəbul olunmuş qanuna əsasən, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi yerli iqtisadi məhkəməsində baxılan işlər üzrə yuxarı məhkəmə orqanı olub apellyasiya məhkəməsi funksiyasını həyata keçirir. Hazırda İqtisad Məhkəməsi ilə yanaşı mülki, cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə apellyasiya məhkəməsi fəaliyyət göstərir. Bu, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi adlanır. Bu iki apellyasiya instansiyasından biri Konstitusiyada Azərbaycan Respublikasının İqtisad Məhkəməsi kimi əks olunduğu halda, digəri öz əksini tapmamışdır.

Hesab edirəm ki, bu boşluğu aradan qaldırmaq üçün hər iki məhkəmənin Konstitusiyada bir məhkəmə adı altında - Azərbaycan Respublikasının Apellyasiya Məhkəmələri adı altında göstərilməsi məntiqə uyğundur. Onu da qeyd etmək lazımdır ki, bununla Azərbaycan Respublikası İqtisad Məhkəməsinin Konstitusiyanın 132-ci maddəsində təsbit olunmuş apellyasiya fəaliyyəti ilə bağlı səlahiyyətlərinə heç bir xələl gəlmir. Diqqətinizə görə sağ olun.

ƏDLİYYƏ NAZİRLİYİ YANINDA HÜQUQ-TƏDRİS MƏRKƏZİNİN DİREKTOR MÜAVİNİ İLHAM ABBASOVUN ÇIXIŞI

-Hörmətli sədr!

Hörmətli tədbir iştirakçıları!

Ölkəmiz böyük ictimai-siyasi hadisə qarşısındadır. Respublikamızın Prezidenti cənab Heydər Əliyevin iyunun 22-də verdiyi Fərmanı ilə Konstitusiyaya dəyişikliklərin edilməsi barədə referendum təyin edilmişdir.

Burada deyildiyi kimi, dünya təcrübəsi göstərir ki, Konstitusiya, bir qayda olaraq, uzun müddət üçün qəbul olunur. Lakin həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyada da dəyişiklikləri zəruri edir.

Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını götürək. O, 215 il bundan əvvəl qəbul olunub və bu günədək cəmi 27 dəyişiklik edilibdir. Lakin nəzərə alaq ki, bu dəyişikliklərin 10-u dörd ildən bir olmuşdur. 1791-ci ildən başlayaraq, dörd ildən bir dəyişiklik edilmişdir. Biz bunu təbii sayırıq. Əgər hər hansı dəyişiklik demokratiyanın daha da inkişafına xidmət edirsə, bunu yalnız alqışlamaq lazımdır.

Konstitusiyada göstərilir ki, yalnız iki məsələ referendum yolu ilə ola bilər. Bu, sərhəd məsələsinə və Konstitusiyada dəyişiklik edilməsinə aiddir. Vergi, büdcə məsələsi ali qanunvericilik orqanının - Milli Məclisin səlahiyyətinə aid edilmişdir. Təbii ki, bu, operativ həll olunmalıdır.

Konstitusiyanın 133-cü maddəsinin I hissəsindən “eyni cür və dürüst” sözlərinin çıxarılması təklifi də tamamilə haqlıdır. Ona görə ki, yeni qanunda prokurorluğun ümumi nəzarət fəaliyyəti nəzərdə tutulmamışdır və bunun Konstitusiyada qalması çaş-başlıq əmələ gətirir. Çünki ümumi nəzarət fəaliyyəti sovet dövründən qalan bir metod idi. İndi ölkəmizdə özəlləşdirmə proqramı həyata keçirilir, xüsusi mülkiyyət mövcuddur. Bu şəraitdə prokurorluğa belə bir səlahiyyətin verilməsinə heç bir ehtiyac yoxdur.

Biz prokurorluğa qanunvericilik təşəbbüsünün verilməsini alqışlayırıq. Çünki qanun yaradıcılığı fəaliyyəti böyük fəaliyyətdir. Bu bir çox mərhələdən - qanunvericilik təşəbbüsü, qanun layihəsinin müzakirəsi, qəbulu, elan olunması və qüvvəyə minməsi mərhələlərdən keçir. Belə bir şəraitdə prokurorluğa belə funksiyanın verilməsini müsbət hesab edirik. Nəzərə alsaq ki, 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra ölkəmizdə 900-dən artıq normativ hüquqi akt, qanun qəbul edilmişdir. Ona görə prokurorluğa belə bir səlahiyyətin verilməsi ümumi işimizə heç də mane olmur.

Vaxtınızı çox almaq istəmirəm. Bizim, hüquq ictimaiyyətinin vəzifəsi Referendum aktını əhali arasında düzgün izah etməkdir. Nəzərdə tutulan dəyişikliklər ölkəmizdə demokratiyanın inkişafına, qanunvericiliyin təkmilləşdirilməsinə və başlıcası, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edəcəkdir.

AZƏRBAYCAN MEA İNSAN HÜQUQLARI İNSTİTUTUNUN DİREKTORU RÖVŞƏN MUSTAFAYEVİN ÇIXIŞI

-Hörmətli cənab sədr!

Mən belə fikirdəyəm ki, hazırda bu formada keçirilən diskussiyalara böyük maraq göstərməli və bu işə dəstək verməliyik. Çünki bunlar ictimai diskussiyalardır və demokratik inkişafın yeni mərhələsidir.

Azərbaycanda yeni Konstitusiya yaranıbdır. Ola bilsin ki, bizim sosiologiya elmimiz hələ buna diqqət verməyibdir. Artıq dövlət əhəmiyyətli məsələlər, proseslər meydanlarda yox, siyasi piketlərdə yox, məhz belə auditoriyalarda, qəzet səhifələrində, tele-debatlarda müzakirə olunur. Zənnimcə, bu, çox vacib mərhələdir. Çünki etiraf edək ki, ifrat dərəcədə, sırf siyasətləşmiş cəmiyyət bəzən xəstə cəmiyyət olur. Onun sağlamlığının əsas dərmanı ictimai fikrin, ictimai rəyin genişlənməsindədir. Mən bu mənada belə diskussiyalara böyük maraq göstərirəm və möhtərəm cənab Prezidentimizin son addımlarını çox yüksək qiymətləndirirəm.

Burada deyildi, ölkəmizdə qısa müddətdə hüquqi islahatlar aparılmışdır və nəticə kimi bəyan edə bilərik ki, Azərbaycan artıq Konstitusiya sahəsində islahatlara başlayır. Bu, çox vacib mərhələdir və bu məsələlərə ucuz siyasi qimət vermək, sadəcə, qeyri-vətəndaş mövqeyi olardı. Ona görə istərdim, bizim bugünkü tədbirimiz sonuncu olmasın. Biz bunu regionlarda da keçirməliyik və ekspert kimi hər kəs ictimaiyyətə məlumat çatdırmalıdır.

İnsan Hüquqları İnstitutunun direktoru kimi mən bir-iki məsələyə toxunmaq istəyirəm. Mən Konstitusiyanın 27-ci maddəsinin məğzini açmaq fikrində deyiləm. Bilirsiniz ki, Konstitusiyada belə bir norma var ki, fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin əmri yerinə yetirilərkən silah işlədilməsinə yol verilir. Azərbaycan 1983-cü ildə qüvvəyə minmiş 6-cı Protokola qoşulmuşdur. Ona görə də təbii ki, bu norma Konstitusiyamızda dəyişilməli idi. Ən maraqlısı ondan ibarətdir ki, 6-cı Protokolda da 2-ci maddəyə uyğun olaraq bu norma yoxdur. Hətta 6-cı Protokolun 2-ci maddəsində yazılıb ki, hansısa bir fövqəladə vəziyyətdə, yaxud müharibə vəziyyətində dövlətin marağını təmin etmək üçün ölüm cəzasını tətbiq etmək olar. Yəni Avropa Konvensiyası özü belə bir imkan yaradır.

Gördüyümüz kimi, möhtərəm Prezidentimizin təklif etdiyi yeni norma daha demokratikdir və daha demokratik səslənir. Biz öyrəşmişik ki, yeni ideyalar ya Moskvadan gəlməlidir, ya da Strasburqdan. Yəni beynimiz hələ ki, “böyük qardaş” axtarışındadır. Ona görə mən Əli müəllimlə bu mənada şərikəm ki, biz dünya təcrübəsini mənimsəməliyik və bunu öncə özümüz üçün etməliyik, əvvəlcə öz xalqımızı, vətəndaşlarımızı yüksək tutmalıyıq.

Ümumiyyətlə, belə hesab edirəm ki, bizim cəmiyyətimizdə mifoloji konsepsiyalar inkişaf tapmışdır. Biz vətəndaş cəmiyyəti qurmaq fikrindəyiksə, bunu ediriksə, sırf kooperativ maraqlara əsaslanan cəmiyyət qurmalıyıq. Ona görə belə politoloji formalar olmamalıdır. Yəni seçkilərlə əlaqədar köhnəlmiş üçdə iki söhbəti olmamalıdır. Görünür, bu, sovet təfəkkürünün məhsuludur. Yeni şəraitdə isə 50 faiz, üstəgəl bir formulu daha realdır.

Burada söhbət ya müxalifətdən, ya da iqtidardan getməməlidir. Bu, sırf ekspert məsələləridir və bu çərçivədə çıxış etməliyik. Əsasən, 158-ci maddəyə uyğun olaraq, bəzi opponentlərimiz söyləyirlər ki, Prezidentimizin həmin təkliflərlə çıxış etməyə hüququ yoxdur. Ola bilsin, burada hansısa bir hüquqi patologiya özünü büruzə verir. Prezidentimiz isə yeni təşəbbüslə çıxış edib və zənnimcə, burada hüquqa zidd heç nə yoxdur. Çox sağ olun.

 

MİLLİ MƏCLİSİN DÖVLƏT QURUCULUĞU ÜZRƏ QANUNVERİCİLİK SÖBƏSİNİN MÜDİRİ LƏTİF HÜSEYNOVUN ÇIXIŞI

-Hörmətli sədr!

Mən olduqca mühüm və yüksək səviyyədə təşkil olunmuş tədbirə görə BMT-nin Resurs Mərkəzinə və Dövlət İdarəetmə Akademiyasına və onun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.

Məndən əvvəl deyilmiş belə bir fikrə şərik çıxıram ki, bu cür müzakirələr olduqca vacibdir və xalqa təqdim edilmiş bu layihə barədə öz fikirlərimizi böyük məmnunluq hissi ilə bildiririk. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan xalqı bu sənəd barəsində öz sözünü deyəcəkdir. Bu, cənab Prezident tərəfindən təqdim olunmuş dəyişkliklər layihəsidir və şübhə yoxdur ki, Azərbaycan xalqı müdriklik nümayiş etdirərək, hər bir insanın hüquqlarına və həyati maraqlarına tam uyğun gələn bu dəyişiklikləri dəstəkləyəcək və referendum aktını qəbul edəcəkdir.

İnsan hüquqları ilə bağlı nəzərdə tutulan dəyişkliklər barədə fikrimi bölüşmək istəyirəm. Mən vaxtilə Konstitusiya Komissiyasının işçi qrupunun üzvü olmuşam və onda sonrakı müddətdə həmişə xüsusi olaraq vurğulamışam ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarına dair nəzərdə tutulan müddəalar olduqca demokratikdir və başqa ölkələr üçün nümunə ola bilər. Bu gün müzakirə etdiyimiz layihə Konstitusiyanın insan hüquqları ilə bağlı bir sıra müddəaları daha da demokratikləşdirir və insan hüquqlarının doğrudan da daha səmərəli təmin olunmasına yönəldilmişdir.

Cənab Prezidentin Fərmanında göstərildiyi kimi, insan hüquqları ilə bağlı irəli sürülən təkliflər əsas etibarilə Azərbaycan Respublikasının qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarından irəli gəlir. Müxalifət düşərgəsindən bəzi hüquqşünaslar belə sual verirlər ki, əgər Azərbaycan Respublikasının Konstitusiyası öz hüquqi qüvvəsinə görə istənilən beynəlxalq müqavilədən, o cümlədən Avropa Konvensiyasından üstündürsə, biz nəyə görə bu prosesi aparmalıyıq, Konstitusiyanı Konvensiyaya uyğunlaşdırmalıyıq?

Əlbəttə, bu tamamilə doğrudur və biz onu tam şüurlu surətdə düzgün qeyd etmişik ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qoşulduğu istənilən beynəlxalq müqavilədən üstündür. Amma biz nəzərdə tutmalıyıq ki, Konstitusiya da daxil olmaqla, bizim bütün qanunvericilik sistemimiz Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin düzgün və vicdanla yerinə yetirilməsinə mane olmamalıdır. Biz üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklərə sadiqliyimizi dəfələrlə nümayiş etdirmişik. İnsan hüquqları ilə bağlı təklif edilən dəyişikliklər də məhz bu prinsipə, bu sadiqliyə əsaslanır.

Biz göstəririk ki, bütün qanunvericilik sistemimiz, praktikamız beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə yönəlibdir. Beynəlxalq birliyin tam hüquqlu üzvü kimi elə etməliyik ki, praktikada atdığımız hər hansı addımımız bu öhdəliklərin yerinə yetirilməsinə mane olmasın. Ona görə hesab edirəm ki, bu, həm Avropa Şurası Tərəfindən, həm də digər beynəlxalq qurumlar tərəfindən çox müsbət qarşılanacaqdır.

İnsan hüquqları ilə bağlı nəzərdə tutulan dəyişikliklər müsbət qarşılanacaqdır. Konstitusiyanın 155-ci maddəsinə dəyişiklik edilərək dəqiqləşdirmə aparılır ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarını nəzərdə tutan müddəalar beynəlxalq müqavilələrdə müəyyən olunmuş həddən artıq məhdudlaşdırıla bilməz. Bu, olduqca mühüm dəqiqləşdirmədir, dəyişiklikdir və insan hüquqlarının ideyasına uyğun gələn bir haldır.

Biz bu yaxınlarda Milli Məclisdə birinci səsvermədə insan hüquqları ilə bağlı çox mühüm bir Konstitusiya Qanunu qəbul etdik. Prosedura uyğun olaraq, o, 6 aydan sonra ikinci dəfə səsverməyə çıxarılacaqdır. Həmin Konstitusiya Qanunu Avropa Şurasının adını çəkdiyim Konvensiyasının müddəalarını Azərbaycan Respublikasının qanunvericiliyinə gətirilməsini nəzərdə tutur. Çox təəssüf ki, vaxtilə Avropa Şurasının Konvensiyasını dəstəkləyənlər, onu müsbət qarşılayanlar və ona yekdilliklə səs verənlər sonra siyasi məqamları əldə rəhbər tutaraq, həmin Konstitusiya Qanununun, Avropa Şurasının Konvensiyasının, ümumiyyətlə, insan hüquqları ideyasının əleyhinə çıxmaqdadırlar. Əlbəttə, bu, məni bir hüquqşünas kimi təəccübləndirmədi. Əgər siyasət qabağa keçirsə, siyasi mülahizələr qabağa keçirsə, onda heç vaxt insan hüquqlarından danışmaq olmaz. Ümumiyyətlə, insan hüquqlarını siyasətlə yox, hüquqla qorumaq lazımdır.

27-ci maddəyə çox mühüm bir dəyişiklik edilməsi nəzərdə tutulur. Məsələ bundadır ki, insana qarşı silah işlədilməsi, - söhbət insan ölümünə gətirib çıxara bilən silah işlədilməsindən gedir, - halları qanunda dəqiq göstərilməlidir. Düzdür, biz 1995-ci ildə Konstitusiyanı yazanda Avropa Şurasının adını çəkdiyim Konvensiyasını əsas götürməmişdik. Biz əsas etibarilə və tamamilə düzgün olaraq, İnsan Hüquqları Bəyannaməsinin müddəalarını və 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında Aktı əsas götürmüşdük. Həmin iki sənəddə insana qarşı silah işlədilməsi halları dəqiq müəyyən edilməmişdir.

Avropa İnsan Hüquqları Konvensiyasında bu hallar dəqiq məlumdur və buna uyğun olaraq, insanın yaşamaq hüququnu daha real təmin etmək üçün biz bu halları məhdudlaşdırırıq və fövqəladə vəziyyət şəraitində səlahiyyətli şəxsin əmrinə əsasən insana qarşı silah işlədilməsi müddəasını həmin maddədən çıxarırıq. Çünki belə hesab olunur ki, Avropa Konvensiyasının müddəalarına, Avropa Məhkəməsinin praktikasına əsasən, belə bir hal insanın yaşamaq hüququnun pozulması kimi qiymətləndirilə bilər. Ona görə də 27-ci maddə düzgün olaraq dəqiqləşdirilir.

Layihədə alternativ hərbi xidmət əvəzinə alternativ xidmət təklif edilir. Başa düşürük ki, orduda xidmət etmək hər bir Azərbaycan vətəndaşının Konstitusiya borcudur. Amma eyni zamanda insanın vicdan, din azadlığı var. Əgər o, öz əqidəsinə, öz dininə görə əlinə silah almaq istəmirsə, hərbi xidmət keçmək istəmirsə, onun bu hüququ təmin olunmalıdır. Bu, Avropa İnsan Hüquqları Konvensiyasında, daha doğrusu, Avropa Məhkəməsinin praktikasında dəfələrlə təsdiq edilmişdir. Təbii ki, biz bu prinsipə sadiq olmalıyıq. Ona görə də həmin maddəni Konstitusiyamızda dəqiqləşdirmək istəyirik. Göründüyü kimi, bu dəyişikliklərin hamısı insan hüquqlarının daha da səmərəli təmin edilməsinə, insanın hüquqlarının müdafiəsinə görədir.

Bundan əlavə, partiyaların və ictimai birliklərin ləğv edilməsi məsələsi ümumi hüquqda dəyişdirilməli sahədir. Mövcud Konstitusiyaya görə, bu məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. Cənab Prezident tamamilə düzgün olaraq xalqa müraciət edir və belə təklif edir ki, bu məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətindən çıxarılsın. Çünki Konstitusiya Məhkəməsinin dövlət mexanizmində yerini, təyinatını nəzərə alsaq, o, siyasi proseslərə qoşulmamalıdır. Siyasi partiyaların ləğvi də siyasi məsələdir və Konstitusiya Məhkəməsinin bu məsələyə baxması məqsədəuyğun olmazdı.

Konstitusiya məhkəməsinin şəxslərdən şikayət qəbul etmək səlahiyyəti də mütləq orada əks olunmalıdır. Əks halda, sistemlilik pozular, bütün Konstitusiya texnikası pozular. Həm də insan hüquqlarının konstitusiya xarakterli prinsipi pozular. Çünki bu, insanlar üçün olduqca mühüm bir təminatdır. Onlar öz pozulmuş hüquqlarını Konstitusiya Məhkəməsi vasitəsilə müdafiə edə bilirlər. Ona görə də çox düzgün olaraq təklif edilir ki, ombudsmanın səlahiyyəti ilə bağlı məsələlər, Konstitusiya Məhkəməsinin səlahiyyəti ilə bağlı məsələlər Konstitusiyanın mətnində göstərilsin.

Burada digər məsələlər, 71-ci, 76-cı maddələrlə bağlı dəyişikliklər və s. də var. Bu haqda geniş danışmaq istəmirəm. Burada oturanlar tanınmış hüquqşünaslardır. Mən fikrimi yekunlaşdıraraq demək istəyirəm ki, Azərbaycan xalqı bu dəyişikliklərə səs verəcəkdir. Güman edirəm ki, bununla da Azərbaycan xalqı və dövləti özünün insan hüquqlarına və beynəlxalq öhdəliklərə sadiq olduğunu bir daha nümayiş etdirəcəkdir. Diqqətinizə görə sağ olun.

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI FORUMU DİASPOR MƏRKƏZİNİN SƏDRİ RAUF ZEYNİYEVİN ÇIXIŞI

-Hörmətli tədbir iştirakçıları!

Təklif olunan dəyişikliklərin, əlavələrin hüquqi və ictimai mahiyyəti haqqında kifayət qədər fikirlər söylənildi. Hələ təcrübədən məlumdur ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın keçid müddəalarında şəhər və rayon sovetlərinin ləğv edilməsi və onların səlahiyyətlərinin yerli icra hakimiyyətlərinə verilməsi göstərilmişdir. Lakin bunun ictimai və hüquqi mahiyyəti ictimaiyyətə kifayət qədər izah edilməmişdi. Çünki bu, o vaxtkı vəziyyətdən irəli gəlirdi. Ancaq bu gün, hesab edirəm ki, təklif olunan dəyişikliklərin hüquqi və ictimai mahiyyəti haqqında kifayət qədər izahlar verildi. Bu izahların geniş ictimaiyyətə çatdırılması, o cümlədən Azərbaycandan kənarda yaşayan soydaşlarımıza bu hüquqi islahatların həm hüquqi mahiyyətinin, həm də referenduma qədər və referendumdan sonrakı ictimai mahiyyətinin, vətəndaşlarımız üçün əhəmiyyətinin düzgün çatdırılması son dərəcə mühümdür.

Heç kimə sirr deyil ki, Azərbaycan əhalisinin, vətəndaşlarının informasiya almaq imkanları ilə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın informasiya almaq imkanları eyni deyildir. Bu baxımdan, hesab edirəm ki, təklif olunan dəyişikliklərin müsbət əhəmiyyəti və mahiyyəti haqqında geniş informasiyanın istər elektron vasitələrlə, istərsə də birbaşa vasitələrlə yayılması vacibdir və müsbət nəticələr verə bilər.

Bu gün istər kütləvi informasiya vasitələri ilə, istərsə də digər vasitələrlə bu islahatlara kölgə salmağa cəhdlər olur və bu islahatların mahiyyəti beynəlxalq ictimaiyyətə heç də birmənalı şəkildə, düzgün çatdırılmır. Ona görə də hesab edirəm ki, həm qeyri-hökumət təşkilatlarının, həm hökumət təşkilatlarının, o cümlədən diaspor təşkilatlarının referenduma qədər bu məsələlərə cəlb olunması, yəni bütün imkanlardan səmərəli istifadə edilməsi məsələyə yüksək aydınlıq gətirə bilər. Təcrübə göstərir ki, hər hansı hüquqi islahatların, hər hansı bir referendumun keçirilməsi ilə bağlı ictimaiyyətə düzgün izahat verilməsi, məsələlərin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması öz müsbət nəticəsini verir. Bu halda heç bir siyasi qüvvənin, bu məsələlərə mənfi münasibəti olan qüvvələrin apardığı təbliğat öz nəticəsini vermir. Mən hesab edirəm ki, qeyri-hökumət təşkilatları da respublikamızda, eyni zamanda, xaricdə yaşayan soydaşlarımız arasında belə “dəyirmi masa”lar təşkil etsələr, referendum çox yüksək səviyyədə keçirilə bilər.

ƏDLIYYƏ NAZIRLIYINİN BƏLƏDIYYƏLƏRLƏ İŞ VƏ BƏLƏDİYYƏLƏRƏ METODOLOJI YARDIM MƏRKƏZININ MÜDIRI NAMİQ ƏLİYEVİN ÇIXIŞI

Mənim və həmkarlarımın fikri belədir ki, həmin layihə, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanın inkişafı deməkdir. Azərbaycanda qanunvericiliyin, demokratiyanın, ümumiyyətlə, dövlətin və cəmiyyətin inkişafı deməkdir. Çalışacağam ki, fikrimi əsaslandırım.

Birincisi, bu, məntiqi dəyişikliklərdir. Biz dövlət və hüquq nəzəriyyəsi tarixinə diqqət yetirsək, görəcəyik ki, tarix konstitusiyanın qəbul olunmasından, dəyişməsindən və yeni konstitusiyaların qəbul edilməsindən ibarətdir. Praktiki olaraq, hər bir dövlət öz tarixində bir neçə konstitusiyaya və onlara bir neçə dəfə edilən dəyişikliklərə malikdir. Yəni dövlətin, cəmiyyətin, qanunvericiliyin və demokratiyanın inkişafı həmişə konstitusiyanın qəbul olunması ilə, konstitusiyada edilən dəyişikliklərlə, konstitusiya qanunvericiliyinin inkişafı ilə bağlıdır. Bu baxımdan, haqqında söhbət gedən dəyişikliklər layihəsi məntiqidir.

İkincisi, layihə kifayət qədər genişdir: insan hüquqları, seçki sistemi, məhkəmə islahatı və sair.

Nəhayət, üçüncüsü, bu dəyişikliklər məqsədli inkişaf deməkdir. Yəni biz Azərbaycanın son illərdəki tarixinə fikir versək, görəcəyik ki, məhkəmə islahatları, hüquq islahatları qanunvericilikdən başlamışdır və ilk növbədə qanunların qəbul edilməsi, 1995-ci ildə referndum yolu ilə Konstitusiyanın qəbul olunması, ondan sonra geniş islahatların aparılması, müvafiq qanunların qəbul edilməsi - bunların hamısı Azərbaycanda demokratiyanın inkişafı deməkdir.

Bugünkü dəyişikliklər ondan irəli gəlir ki, artıq biz o islahtların ekvatorunu çoxdan keçmişik və hazırda müəyyən yekun vururuq. Təcrübənin göstərdiyi kimi, inkişafınmıza mane olan hüquqi normaları aradan götürmək, eyni zamanda, gələcək inkişaf və islahatlar üçün yeni normalar yaratmaq ərəfəsindəyik. Mən əminəm ki, müzakirə etdiyimiz layihə Azərbaycanın gələcəyinə, inkişafına, Azərbaycan dövlətinin varlığına xidmət edəcəkdir.

PREZİDENTİN İCRA APARATININ QANUNVERİCİLİK VƏ HÜQUQ EKSPERTİZASI MƏSƏLƏLƏRİ ŞÖBƏSİ MÜDİRİNİN MÜAVİNİ NİYAZİ SƏFƏROVUN ÇIXIŞI

-Hörmətli sədr,

Hörmətli müzakirə iştirakçıları,

Mən sizin vaxtınızı çox almayacağam, diqqətinizi bir neçə məsələyə yönəltmək istəyirəm. Fuad müəllim bu sənədin hüquqi, siyasi və ictimai əhəmiyyətini dolğun şəkildə açdı. Mən qeyd etmək istəyirəm ki, belə bir böyük əhəmiyyətə malik olan sənədin müzakirəsi, əlbəttə, hisslərə əsaslana bilməz. Bu qəbildən olan sənəd hansısa şəxslərin öz fərdi mülahizələrinə əsasən də müzakirə edilə bilməz.

Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən təqdim edilmiş layihə olduqca dərin nəzəri təhlilə əsaslanır. Mən bu məsələni xüsusilə qeyd etmək istəyirəm.

Layihədə Konstitusiyanın 105-ci maddəsinə də dəyişikliklər təklif edilir. Bu dəyişikliklər, sadəcə, Prezidentin vəzifədən getdikdə onun səlahiyyətlərinin icra olunmasının növbəliliyinin dəyişməsi ilə əlaqədər deyildir. Burada çox düzgün qeyd olundu ki, bu məsələnin həllinin əsasında hakimiyyət bölgüsü prinsipi durur. Bu məsələni dərk etmək üçün öncə həmin prinsipin mahiyyətini aydınlaşdıraq. Məlumdur ki, hakimiyyət üç müstəqil qoldan ibarətdir- qanunverici hakimiyyət, icra hakimiyyəti və məhkəmə hakimiyyəti. Bunların hər biri müstəqil səlahiyyətə malikdir, öz sahəsində müstəqil fəaliyyət göstərir.

Məlumdur ki, müasir dövrdə hər bir hakimiyyətin fəaliyyət sahəsi o qədər mürəkkəbləşmişdir ki, bu fəaliyyət sahəsində böyük peşəkarlıq, böyük təcrübə və bilik tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının Prezidenti dövlət başçısıdır və icra hakimiyyəti ona mənsubdur. Ümumiyyətlə, hakimiyyətin icra hakimiyyəti qolu çox böyük inkişaf yolu keçmişdir və bu fəaliyyət sahəsi olduqca mürəkkəbdir. Prezidentin hər hansı səbəbdən öz səlahiyyətlərini icra edə bilməməsinə görə onun səlahiyyətlərinin məhz baş nazirə həvalə olunmasını təsadüfi hesab etmirəm. Birincisi, biz burada hakimiyyət bölgüsü prinsipini ardıcıl şəkildə gözləmiş oluruq. İkincisi, Prezidentin səlahiyyətlərinin baş nazirə həvalə edilməsi, eyni zamanda, hakimiyyət bölgüsündə hakimiyyətlərin qarşılıqlı fəaliyyətini və onların tarazlığını təmin etmiş olur.

Sizin diqqətinizi digər bir məsələyə də yönəltmək istərdim. Layihəyə görə, Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndirilir. Bu həm insan hüquqlarının müdafiəsi ilə, eyni zamanda, Konstitusiya Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır. Ancaq burada bir məsələ müzakirələr zamanı gərək xüsusilə diqqət mərkəzində olsun. Məlumdur ki, konstitusiya ədalət mühakiməsi sahəsində Amerika modeli və Avropa modeli mövcuddur. Amerika modelinə əsasən, konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanların səlahiyyətləri qanunvericilikdə kifayət qədər əks olunmur və həmin səlahiyyətlər ali məhkəmə tərəfindən həyata keçirilir. Avropa modelində isə konstitusiya ədalət mühakiməsinin xüsusi orqanlar tərəfindən həyata keçirilməsi mövcuddur. Bu səlahiyyətlərin Konstitusiyada belə dəqiqliklə göstərilməsi Azərbaycan Respublikasında məhz Avropa modelinin mövcud olmasından irəli gəlir.

Avropa modelinə xas olan xüsusiyyətlərindən biri də odur ki, konstitusiya ədalət mühakiməsini həyata keçirən xüsusi orqanların səlahiyyətləri dəqiqliyi ilə konstitusiyada göstərilir. Mənim bu iki qeydim onu göstərir ki, bu sənəd indiki vəziyyətə çatdırılanadək nə dərəcədə işlənilmişdir. Demək istəyirəm ki, dərin hüquqi, nəzəri təhlil bu sənədin məhz mükəmməl olmasına dəlalət edir.

PREZİDENTİN İCRA APARATININ İCTİMAİ-SİYASİ ŞÖBƏSİNİN SEKTOR MÜDİRİ RÜSTƏM MƏMMƏDOVUN ÇIXIŞI

- Hörmətli cənab sədr!

Hörmətli “dəyirmi masa” iştirakçıları!

Belə tədbirlər lazımdır, çünki ictimai fikrin formalaşdığı ən mühüm yerlərdən biri də məhz hüquqşünasların yığıncağıdır. Məhz hüquqşünaslar Azərbaycan dövlətinin hüquqi dövlət formasında inkişafını təmin edən insanlardır. Hüquqşünasların fikri Azərbaycan xalqı və dövləti üçün bu gün xüsusilə vacibdir.

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonrakı proseslər yaxşı yadımdadır. Yəqin ki, bu çoxlarının xatirində qalıbdır. O zaman bizim Konstitusiyamızı, doğrudan da Heydər Əliyev Konstitusiyası deyilən bir Konstitusiyanı tənqid edənlər çox idi. Nədənsə, müxalifət kütləvi informasiya vasitələrində ona irad tutmağa çalışırdı. Lakin o zaman bizim Konstitusiyamız MDB dövlətlərinin konstitusiyaları içərisində Avropa Şurasında daha çox müsbət ekspert rəyi alanlar sırasında idi. Düzdür, onlar qeyd edirdilər ki, dünya və Avropa standartlarına tam, yüz faiz cavab verməsə də, ancaq müəyyən mənada digər ölkələrdən yüksək idi və standartlara 70-80 faiz cavab verirdi. Bu, doğrudan da Azərbaycan xalqının böyük nailiyyəti idi. Lakin o zaman bizim Konstitusiyanı tənqid edirdilər, özü də mahiyyətinə varmadan tənqid edirdilər.

Konstitusiyanın təkamülünə yönəlmiş bir akta da müəyyən tənqidlər meydana çıxır. Bu tənqidlər heç də hüquqi məna kəsb etmir. Çünki hüquq elmi və praktikası ilə uyğun gəlməyən fikirlərdir. Buna müəyyən mənada çox aktual don geyindirməyə çalışan qüvvələr başa düşmürlər ki, belə meyarlar Azərbaycan xalqının xeyrinə deyildir. Əksinə, Azərbaycan dövlətçiliyi bu gün böyük uğurlar əldə edib, dünya miqyasında müxtəlif qurumlarda özünə layiqli yer tuta bilib və bunun müqabilində Azərbaycan dövlətinə və xalqına münasibət çox müsbətdir. Bu isə öz növbəsində bu gün dövlətçiliyimiz və xalqımız qarşısında duran problemlərin bir çoxunun avtomatik həlli deməkdir. Bu yolla getməyimiz həm xalqımızın vəziyyətini yaxşılaşdırmağa, ölkəmizin inkişafına, həm də dünya dövlətləri sırasında layiqli yer tutmağımıza gətirib çıxaracaqdır. Məhz buna görə də mən bu məsələyə, yəni sırf hüquqi akta siyasi qiymət verilməsinə çox ciddi yanaşmağı təklif edirəm.

İnanıram ki, Azərbaycan ictimaiyyəti və xüsusilə hüquqşünaslar bu məsələdə çox ardıcıl olacaqlar. Ən vacib amillərdən biri də odur ki, biz Konstitusiyadan danışırıq və nədənsə, aramızda elələri var ki, Prezidentin səlahiyyətlərinə müəyyən qədər etinadsızlıq göstərmək istəyirlər. Azərbaycan Respublikasının Prezidentinin tam səlahiyyəti var ki, o, konstitusiya qanunvericiliyinə mütəmadi surətdə təkliflər versin, onun yeniləşdirilməsinə nail olsun. Bu, həm də dövlət başçısının öhdəliyidir ki, yeniləşən dövrə, meydana çıxan yeni meyarlara ölkənin qanunvericiliyini uyğunlaşdırsın. Əgər Prezidentimiz bu təkliflə çıxış etməsəydi, onda nə deyəcəkdilər? Bu nöqteyi-nəzərdən buna çox ciddi reaksiya verilməlidir. Yəni Prezident bu gün inkişaf edən Azərbaycanın yeni mərhələsində yeni təşəbbüslə çıxış edib və təşəbbüsü ancaq müdafiə etmək lazımdır. Özü də ona görə ki, bizim Konstitusiyamız elə əvvəldən də insan hüquqları müdafiəsi baxımından çox qabaqcıl Konstitusiyadır. Bu gün bu meyar bir qədər də artırılır.

Əgər Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya Məhkəməsinə birbaşa şikayət etmək hüququ əldə edirlərsə, bu təklifə nə irad tutmaq olar? Yaxud dahi Monteskyönün hakimiyyətin bölünməsi nəzəriyyəsindən irəli gələn funksiyanın Azərbaycan Respublikasında da ardıcıl surətdə həyata keçirilməsinə doğru yönəlmiş bir addıma irad tutmaq olar. Burada nə siyasi, nə hüquqi, nə də digər iradlar tutula bilməz. Çünki icra hakimiyyəti icra hakimiyyətidir, qanunverici hakimiyyət də qanunverici hakimiyyətdir. Bizim ölkəmizdə vitse-prezident təsisatı yoxdur. Əslində, baş nazir faktiki olaraq həmin funksiyanı yerinə yetirir. Ona görə də icra hakimiyyətinin birinci şəxsi Prezidentdirsə, ikinci şəxsin baş nazir olmasını normal hal kimi qəbul etmək lazımdır. Bu, müəyyən mənada qanunvericilik hakimiyyətinin üzərinə əlavə yükün salınmasının qarşısının alınmasına yönəldilibdir. Burada nə təhlükəli problem var, niyə buna siyasi don geyindirməyə çalışılır?

Bilirsiniz ki, mən həm də Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasının müdiriyəm. Bizim kafedramızda xarici ölkələrin dövlət hüququ fənni tədris olunur. Bu sahədə də nailiyyətlərimiz var. Bir sıra dövlətlərin universitetlərinin alimləri ilə təmasdayıq, onlarla disskusiyalar aparırıq. Sizə açığını deyirəm, buraya xaricdən gələn alimlərin böyük əksəriyyəti Azərbaycan qanunvericiliyinin hüquqi nöqteyi-nəzərdən dünya standartlarına ciddi surətdə uyğunlaşdırıldığını bildirir.

Bəli, bu gün Azərbaycan Respublikası təkcə öz milli şüuruna və milli əxlaqına əsaslanmır, həm də dünya şüuruna əsaslanır. Çünki biz dünya xalqları içərisində yaşayırıq. Bu mənada atılan hər yeni addım Azərbaycan dövlətçiliyinə qürur hissi gətirə bilər. Ombudsman təsisatının bu səviyyəyə qaldırılması təkcə Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması deyil, həm də Azərbaycanda insan hüquqlarına olan münasibətin nümunəsidir. Mən inanıram ki, bu qanunvericilik prosesi mütəmadi olaraq yeniləşəcəkdir. Referendum aktının dəstəklənməsi, sadəcə olaraq, dövlətin atdığı addımın deyil, Azərbaycan xalqının mənafeyinin dəstəklənməsidir, Prezidentimizin səlahiyyətlərinin, onun təşəbbüsünün dəstəklənməsidir. Əgər biz Azərbaycan Respublikasında sabitliyin tərəfdarıyıqsa, Azərbaycan xalqının inkişafına nail olmağa çalışırıqsa, öz ciddi sözümüzü deməliyik. O cümlədən kütləvi informasiya vasitələrində.

AZƏRBAYCAN DEMOKRATİK İSLAHATLAR FONDUNUN HƏMSƏDRİ RAZİ NURULLAYEVİN ÇIXIŞI

Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər haqqında, onun hüquqi tərəfləri haqqında müəyyən dəyərli fikirlər söylənildi. Vaxtın azlığını və hamının çıxış etmək imkanını nəzərə alaraq, fikirlərimi çox qısa şəkildə ifadə edəcəyəm.

Hesab edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ətrafında siyasi möhtəkirlik etmək, müəyyən siyasi oyunlar aparmaq, hər kəsin söz demək xatirinə söz deməsi və bütün bunların mətbuatda yer alması yolverilməz haldır. Azərbaycan Prezidentinin bu dəyişikliklər barədə təklif vermək səlahiyyətinin olmamasına dair fikirlər tamamilə yanlışdır. Beynəlxalq təcrübəyə əsaslanaraq, qəti şəkildə deyə bilərəm ki, bu təkliflər tam qanunidir.

Bəzi cəhətləri də nəzərinizə çatdırmaq istərdim. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilən zaman ölkəmiz bir çox beynəlxalq konvensiyalara qoşulmamışdı. Lakin Azərbaycan Respublikası həmin sənədlərə imza atdıqdan, Avropa Şurasına üzv seçildikdən sonra Konstitusiyanın müəyyən maddələrində edilən dəyişikliklərə lüzum yarandı. Şahidi olmuşuq ki, bir çox beynəlxalq tədbirlərdə Azərbaycan Konstitusiyasının Avropadakı çox konstitusiyalardan daha demokratik olduğu vurğulanmışdır. Bildiyiniz kimi, Azərbaycanda hər hansı bir hadisə baş verən zaman və yaxud mitinq keçiriləndə və yaxud digər məsələlər yer alan zaman hər bir tərəf Konstitusiyada insan azadlığı və hüquqları barədə olan maddələrə istinad etməyə çalışır. Bu baxımdan, zənnimcə, ediləcək dəyişikliklər həmin anlaşılmazlıqları aradan qaldırmağa xidmət edəcəkdir.

Eyni zamanda, təklif edilən dəyişikliklərin strateji əhəmiyyəti vardır. Bu, nədən ibarətdir, Bildiyiniz kimi, Azərbaycanda demokratik islahatlar və eyni zamanda iqtisadi və siyasi islahatlar yer almaqdadır. Bu baxımdan indiki zamanda Konstitusiyaya edilən dəyişikliklər yolveriləndir. Ona görə ki, indi Azərbaycan yeni bir dövrə qədəm qoymuşdur.

ALİ MƏHKƏMƏNİN HAKİMİ BAĞIR ƏSƏDOVUN ÇIXIŞI

- Möhtərəm seminar iştirakçıları! Bugünkü tədbirdə Referendum aktının nəzəri-təcrübü və hüquqi məsələləri ətraflı araşdırıldı. Mən deyilənləri təkrarlamamaq məqsidi ilə bir cəhətə toxunmaq istəyirəm. Hər bir şeydən əvvəl qanunvericilikdə, o cümlədən Konstitusiyada dəyişikliyin edilməsi, bir-biri ilə üzvü əlaqədə olan üç məqamla şərtləndirilir. Birincisi, problemin mövcud olması, inkicisi, bu problemin həllinin mümkünlüyü və üçüncüsü, həmin poblemin həllinin cəmiyyət, dövlət və xalq üçün nə dərəcədə əhəmiyyətli olmasıdır.

Çıxış edən yoldaşlar Referendum aktının problem cəhətlərinə toxundular. Mən öz təcrübəmdən bir misala müraciət etmək istəyirəm. Bu, da Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə təklif olunan dəyişikliklə əlaqədardır. Bildiyiniz kimi, 130-cu maddəyə görə vətəndaşların bilavasitə Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqları yoxdur. Mövcud qaydaya görə, vətəndaşlar məhkəmələrdə iddia tələbləri ilə əlarqədar olaraq iş başlamışsa, həmin məhkəmələr vasitəsilə Ali Məhkəməyə müraciət etməlidirlər. Ali Məhkəmə isə plenumda müzakirələr apardıqdan sonra bu məsələni Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarmalıdır. Təcrübə isə göstərir ki, vətəndaş bilavasitə Konstitusiya Məhkəməsinə müraciət edir ki, bu və ya digər normativ akt mənim hüquqlarımı pozur, məhdudlaşdırır, mənafeyimə xələl gətirir və bu normativ aktın Konstitusiyaya uyğun olmaması barədə qərar qəbul olunmasını xahiş edir. Qanunvericilikdə buna imkan verilmədiyinə görə, təbii ki, Konstitusiya Məhkəməsi vətəndaşın ərizəsini, şikayətini icraata qəbul etmir.

Bundan sonra vətəndaş Ali Məhkəməyə müraciət edir ki, Ali Məhkəmənin Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ var və bu məsələ Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarılsın. Məhkəmələr və hakimlər haqqında qanuna müvafiq olaraq, Ali Məhkəmə vətəndaşın şikayəti əsasında məsələnin müzakirəsini o hallarda Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarır ki, vətəndaşın iddiası ilə əlaqədar olaraq yerli məhkəmələrdə iş başlanmış olsun. Deməli, Ali Məhkəmə də bilavasitə vətəndaşın müraciətinə əsasən məsələni Konstitusiya Məhkəməsinə çıxara bilmir. Vətəndaş müraciət edir rayon məhkəməsinə, rayon məhkəməsi də müvafiq qərar qəbul etdikdən sonra bu sadaladığım mərhələlərdən keçməklə vətəndaşın iradı Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarılır.

Göründüyü kimi, bu problem mövcuddur və Referendum aktında da çox düzgün olaraq, 130-cu maddədə bu problemin sadələşdirilməsi, vətəndaşların bilavasitə Konstitusiya Məhkəməsinə müraciət etməsinə imkan verilməsi təklif edilmişdir. Ümumiyyətlə isə, qanunvericilik texnikası, hüquq nəzəriyyəsi baxımından müəyyən problemin həlli üçün iki yol fərqləndirilir: qanunvericilik aktlarının qəbul edilməsi ilə həlli və ictimai münasibətlərin inkişafını nəzərə almaqla həlli. Təbii ki, Konstitusiyamızın qəbul olunmasından keçən müddət ərzində ictimai münasibətlər dəyişib, bu münasibətlər hüquq normalarından xeyli irəli gedibdir. Ona görə də Refendum aktı layihəsi münasibətlərin dəqiq tənzim edilməsi üçün böyük əhəmiyyətə malikdir.

PREZİDENTİN İCRA APARATININ İCTİMAİ-SİYASİ ŞÖBƏSİNİN SEKTOR MÜDİRİ ƏRƏSTUN MEHDİYEVİN ÇIXIŞI

-Hörmətli dəyirmi masa iştirakçıları!

Burada aparılan müzakirələr referendum keçirilməsinin, Konstitusiyaya dəyişikliklər edilməsinin zəruriliyini bir daha təsdiq etdi. Bir daha göstərdi ki, təklif olunan dəyişikliklər Azərbaycanın ictimai-siyasi həyatında baş verən böyük proseslərlə bağlıdır. Azərbaycanın siyasi-ictimai həyatındakı demokratik proseslərin dərinləşməsi ilə bağlı olduğu üçün aktual əhəmiyyətə malikdir.

Mən vaxtınızı çox almadan bir neçə məsələ barədə fikirlərimi bildirmək istəyirəm. Əvvəla deyim ki, təklif edilən dəyişikliklərlə bağlı mətbuatda bir sıra mübahisəli fikirlər söylənilir və belə geniş dəyişikliklər edilməsinə qarşı müəyyən iradlar bildirilir. Guya dəyişikliklərin çoxluğu, küll halında referenduma çıxarılması hansısa problemlər, çətinliklər yaradacaq və bunların geniş ictimaiyyət tərəfindən aydın dərk olunmasına maneçilik törədəcəkdir.

Guya həmin dəyişiklikləri hissə-hissə, müəyyən zaman kəsiyində etmək daha məqbul olardı.

Lakin bu dəyişikliklərin mahiyyətinə varanda aydın olur ki, əgər bu gün Azərbaycanın ictimai-siyasi maraqları, dövlətin maraqları bunu tələb edirsə, həmin dəyişiklikləri etmək lazımdır.

Təklif edilən dəyişikliklərdən o da aydın olur ki, burada hansısa mürəkkəb mexanizmdən, dəyişikliklərin çoxluğundan və onların hansısa problemlər yaradacağından söhbət gedə bilməz. Çünki bu təkliflərin çoxu mahiyyət etibarilə mürəkkəblik kəsb etməyən məsələlərdir. Maddələrə diqqətlə baxdıqda görünür ki, 101-ci maddənin IV hissəsində yalnız bir söz - “sadə” sözü çıxarılır, yaxud 102-ci maddədə “7” rəqəmi “14” rəqəmi ilə əvəz edilir. Bu kimi təkliflər digər maddələrdə də var. Məsələn, 71-ci maddənin III hissəsindən bir söz - “yalnız” sözü çıxarılır, 76-cı maddənin II hissəsində “alternativ hərbi xidmət” sözü “alternativ xidmət” sözü ilə əvəz olunur, yəni təkcə “hərbi” sözü çıxarılır. Bunlar dəyişikliklər təklif olunan dəyişikliklərin mahiyyətinin başa düşülməsində elə bir mürəkkəblik yaratmır. Onları dərk etmək, qavramaq, mənə elə gəlir ki, çətin deyildir.

Digər tərəfdən, müəyyən fikirlər səslənir ki, guya Azərbaycanın demokratik inkişaf yolunun hələ ilk mərhələsində yaşadığı bir dövrdə, partiyalaşma dövrü yaşadığı bir mərhələdə, deyək ki, majoritar seçki sisteminə üstünlük verilməsi, proporsional seçki sisteminin aradan qaldırılması ictimai-siyasi proseslərə, partiyaların formalaşmasına mənfi təsir edəcəkdir. Mənə elə gəlir ki, əksinə, təklif olunan bu dəyişiklik, bəlkə də, bu prosesi sürətləndirəcək, onun hardasa müsbət, səmərəli istiqamət almasına təsir göstərəcək və yaxşı mənada üstünlüklərini bir daha təsdiq edəcəkdir. Belə ki, majoritar seçki sistemində insanların deputatlığa namizədə fərdi qaydada öz münasibətini bildirməsi üçün daha geniş imkanlar açılır. Bu, həm irəli sürülən namizədi vətəndaşların qiymətləndirməsi baxımından, həm də seçiləcəyi təqdirdə deputatın özünün məsuliyyətinin daha da artması baxımından müsbət hal ola bilər. Bundan əlavə, məhz majoritar seçki sisteminin tətbiqi partiyaların özlərinin formalaşmasına müsbət təsir göstərə bilər. Deyək ki, onları bir neçə şəxsin və ya hər hansı məhdud qrupun təsirindən uzaqlaşdırıb, ölkə miqyasında səmərəli, sağlam baza üzərində formalaşmasına yaxşı təsir göstərə bilərdi. Partiyalar öz imkanlarının genişləndirilməsi, sağlam bünövrə üzərində formalaşmaq üçün qüvvələrini səfərbər etməli və respublika miqyasında öz sıralarına daha sanballı, yerlərdə tanınan, sağlam düşüncəli, hörməti, nüfuzu olan insanları cəlb etməlidir ki, majoritar qaydada seçkilərdə onların namizədliyini müdafiə edərək, seçicilərin də gözündə onların nüfuzunun olmasını sübut etsinlər.

 

Bununla da, təbii ki. bütün potensialından istifadə edərək, öz namizədlərini məhdud regionda yox, bütün respublika miqyasında müdafiə etməklə onların seçilməsinə nail ola bilər. Beləliklə, partiyaların formalaşması, inkişaf etməsi üçün yeni bir stimul yaranır, perspektiv açılır.

Mən hesab edirəm ki, Referendum aktı layihəsi siyasi alver obyektinə çevrilməməlidir. Konstitusiyaya təklif olunan dəyişikliklik ölkəmizdə ictimai-siyasi proseslərə öz müsbət təsirini göstərəcəkdir. Mən fikirlərimi ancaq bu maddələrlə bağlı bildirmək istədim. Çünki hesab edirəm ki, digər maddələr barədə hüquqşünaslar öz fikirlərini bildirdilər və daha geniş diskussiyalarda yenə də bildirəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.

ƏDLİYYƏ NAZİRLİYİNİN BEYNƏLXALQ HÜQUQ ƏMƏKDAŞLIĞI İDARƏSİ RƏİSİNİN MÜAVİNİ FAİQ QURBANOVUN ÇIXIŞI

- Hörmətli görüş iştirakçıları, xanımlar və cənablar!

İlk növbədə mən bu mötəbər tədbirin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm. Bu tədbir aktual bir məsələyə həsr edilmişdir. Azərbaycan Respublikasının demokratik Konstitusiyasının qəbul edildiyi vaxtdan ötən 7 il ərzində ölkəmizdə olduqca mütərəqqi proseslər getmişdir. Azərbaycanda ardıcıl olaraq demokratik, hüquqi islahatlar həyata keçirilir. Respublika ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, beynəlxalq aləmdə layiqli yerini tutmuşdur, beynəlxalq təşkilatlarla, xarici ölkələrlə əlaqələrini sıxlaşdıraraq dünya birliyinə fəal inteqrasiya edir. Bu dövr ərzində Azərbaycan Respublikasının nüfuzlu beynəlxalq müqavilə-hüquq bazası yaradılır. Bütün bu proseslər Azərbaycanda müsbət dəyişikliklərin, vətəndaş cəmiyyətinin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş proseslərdir. Eyni zamanda bu proseslər və islahatlar nəticəsində Azərbaycan Respublikasının tarixində ilk dəfə üçpilləli məhkəmə sistemi bərqərar olmuşdur. Azərbaycan dövlətində müstəqil məhkəmə hakimiyyətinin təşəkkül tapmasında mühüm addım atılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi özü müsbət və mütərəqqi haldır. Bu onu göstərir ki, cəmiyyətimizdə inkişaf var və o, ölkəmizin Əsas qanununda təsbit olunmalıdır. Əgər Azərbaycan Konstitusiyasında bu dəyişikliklərin edilməsi barədə təkliflər olmasaydı, müəyyən qüvvələr hiddətlə bəyan edəcəkdilər ki, nəyə görə Konstitusiyada dəyişikliklər edilmir? Bu da bir həqiqətdir, bunu da nəzərə almaq lazımdır.

Dünya təcrübəsinə biz nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə konstitusiyada referendum yolu ilə hər hansı dəyişikliklərin edilməsi təbii haldır. Beynəlxalq normalara və beynəlxalq təcrübəyə uyğun olaraq, ardıcıl surətdə həyata keçirilir. Mən hörmətli tədbir iştirakçılarına xatırlatmaq istəyirəm ki, referendum qədim tarixə malikdir, onun tarixi 1439-cu ildən sayılır. Onun vətəni İsveçrədir. XX əsrdə bir çox inkişaf etmiş ölkələrdə ümummilli məsələlərin həllində referendum geniş tətbiq olunmuşdur. Ötən əsrdə Avropada 101, Afrika və Asiya ölkələrində 54, Amerikada 25 referendum keçirilmişdir. Bütövlükdə 21 ölkədə referendum keçirilərək, 74 məsələyə baxılmışdır. Təbii ki, bu məsələlər sırasında konstitusiyaya dəyişikliklərin edilməsi əsas məsələlərdən biri olmuşdur. Bu prosesi alqışlamaq lazımdır. Bir daha təkrar edirəm ki, bu, cəmiyyətdə və dövlətdə mütərəqqi proseslərin olmasını sübut edir və bütün bu proseslər ölkənin əsas qanununda öz əksini tapmalıdır. Onu da deyim ki, referendum vasitəsilə konstitusiyaya dəyişiklərin edilməsi bir çox ölkələrin tarixinə mühüm hadisə kimi daxil olmuşdur. Məsələn, 1946-cı ildə İtaliyada keçirilmiş referendum nəticəsində ölkədə respublika quruluşu bərqərar olunmuş, 1971-ci ildə İsveçrədə keçirilmiş referendumla qadınların seçici hüquqları genişləndirilmişdir və onlar seçkilərə buraxılmışdır.

Bu proseslərdən bəzi qüvvələr siyasi alver mərsədi ilə istifadə edə bilərlər. Mən hesab edirəm ki, Azərbaycan xalqı hər zaman olduğu kimi, yenə müdrikliyini nümayiş etdirərək öz qərarını verəcəkdir. İnanırıq ki, heç bir qüvvə buna qarşı dura bilməyəcəkdir.

Azərbaycan Respublikası beynəlxalq təşkilatlara üzv olaraq bir çox mühüm, əhəmiyyətli konvensiyalara qoşulub və bunların ən önəmlilərindən biri də insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasıdır. Azərbaycanın hələ Avropa Şurasına üzv olmamışdan öncə öz qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində bir çox mühüm işlər görümüşdür. Bundan əvvəl də müstəqil ekspertlər bizim qanunvericiliyimizin Avropa konvensiyalarına uyğunluğunun müqayisəli təhlili sahəsində iş aparırdılar.

Mən fərəhlə qeyd etmək istəyirəm ki, Avropa Şurasının tövsiyəsi liə bu iş Ədliyyə Nazirliyi tərəfindən əlaqələndirilirdi və artıq bu prosesin birinci mərhələsi, demək olar ki, başa çatıb. Bu proses daim inkişaf etdirilir. Cəmiyyət inkişaf edir, irəliyə gedir, mühüm addımlar atılır. Bunların hamısını alqışlamaq lazımdır. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti və əsl Azərbaycan vətəndaşı bu prosesi alqışlamalı, bu işə öz mühüm töhfəsini verməlidir. Müəyyən qüvvələr də vardır ki, onlara layiqli cavab verilməlidir. Mən əminəm ki, bu, belə də olacaq. Təşəkkür edirəm.

X X X

APELLYASİYA MƏHKƏMƏSİ HƏRBİ MƏHKƏMƏLƏRİN İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ KOLLEGİYASININ SƏDRİ ŞAHİN YUSİFOVUN ÇIXIŞI

-Xanimlar və cənablar!

Əvvəla, belə bir möhtəşəm tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi vaxtdan yeddi il keçir. Sözsüz ki, bu yeddi il ərzində həm ictimai həyatda, həm də digər sahələrdə böyük dəyişikliklər baş verib. Ən başlıcası ölkəmizdə hüquqi islahatlar daha da intensiv aparılır. Bu gün aparılan islahatların tərkib hissəsi kimi məhkəmə islahatlarının aparılmasını da qeyd etmək lazımdır. Bu islahatların əsası 10 iyun 1997-ci il tarixdə məhkəmələr və hakimlər haqqında qanunun qəbul edilməsi ilə qoyulmuşdur. Sonradan digər qanunlar qəbul edilmişdir. Məhkəmələr və hakimlər haqqında qanunda da, hüquqi münasibətləri tənzimləyən digər qanunlarda da Azərbaycan Respublikasının məhkəmə sisteminin, konkret olaraq məhkəmə hakimiyyətinin hansı məhkəmələr tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

Konstitusiyamızda məhkəmə hakimiyyətinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, İqtisad Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələr tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Gördüyünüz kimi, bu maddədə, yəni Konstitusiyanın 125-ci maddəsində, ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi barədə bir söz də yazılmamışdır. Halbuki, qeyd etdiyim məhkəmələr və hakimlər haqqında qanunda apellyasiya instansiyası məhkəməsi məhkəmə sistemində öz müstəsna yerini tutur. Bu müstəsnalıq nədən ibarətdir? Əvvəla, apellyasiya instansiyaları məhkəmələri ümumi və ixtisaslaşdırılmış məhkəmələr tərəfindən qəbul edilmiş qərarlardan, qətnamələrdən, hökmlərdən verilmiş şikayət və apellyasiya proseslərinə baxırlar.

Eyni zamanda, məhkəmə baxışı zamanı toplanmış birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla kifayətlənmir, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə və yaxud tərəflərin vəsadəti əsasında yeni sübutlar tələb edə bilər. Bununla birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış qərarlara münasibət bildirməklə, mahiyyətcə ondan fərqlənən yeni qərarlar qəbul etmək hüququna malikdir. Məhz bu baxımdan apellyasiya instansiyası məhkəməsinin yuxarı instansiya məhkəməsi olması reallıqdır.

Konstitusiyanın 132-ci maddəsinin yeni redaksiyada verilməsi də artıq zamanın tələbidir.

İkinci qeydimi nəzərinizə çatdırmaq istərdim. Apellyasiya məhkəmələri dedikdə bəziləri, yəni hüquq elmindən anlayışı olmayan şəxslər yalnız Bakı şəhərində fəaliyyət göstərən apellyasiya məhkəmələrini nəzərdə tuturlar. Bu, sözsüz ki, belə deyil. Apellyasiya İnstansiyası məhkəməsi dedikdə, apellyasiya məhkəməsi ilə yanaşı İqtisad Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi nəzərdə tutulmalıdır. Çünki Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi ümumi, hərbi məhkəmələr tərəfindən baxılmış işlər üzrə çıxarılan qərarlardan, hökmlərdən verilən şikayətlərə baxırsa, iqtisad məhkəmələri eyni qaydada yerli və beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəmələri tərəfindən çıxarılmış qətnamələrdən verilmiş şikayətlərə baxırlar.

Eyni ilə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi muxtar respublikanın ərazisində yerləşən rayon məhkəmələri tərəfindən çıxarılmış hökmlərdən, qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə baxırlar.

Əvvəllər, qanunvericiliyə uyğun olaraq prokurorluq orqanları məhkəmə proseslərində tərəf kimi bütün işlərdə iştirak edə bilərdilər. İstər cinayət işlərinə baxılarkən, istərsə də iqtisadi və mülki işlər üzrə mübahisələrə dair işlərə baxılarkən totalitar rejimə xas olan bir sıra xüsusiyyət, sözsüz ki, yeni qanunvericiliyin qəbul edilməsi ilə əlaqədar aradan qaldırılmışdır. Lakin konstitusiyada həmin müddəa dəyişilmədən saxlanılmışdır. Dövlətin nümayəndəsi kimi prokurorluğun iki tərəfin mübahisəsinə müdaxilə etməsi, sözsüz ki, demokratiyanın şərtlərinə heç cür uyğun gələ bilməz və heç cür qəbul edilə bilməz. Bu baxımdan konstitusiyaya dəyişikliklər edilməsi haqqında referendum layihəsində prokurorluq orqanlarının yalnız cinayət-mühakimi icraatında tərəf kimi, yəni dövlət ittihamını müdafiə edən tərəf kimi iştirakı nəzərdə tutulmuşdur.

Digər tərəfdən, Fuad müəllim Ali Məhkəmənin digər məhkəmələr üzərində nəzarət funksiyasi barədə fikrini öz çıxışında qeyd etdi. Həmin hal da keçmiş SSRİ-dən qalan bir miras idi ki, o da bizim qanunlarımızla aradan qaldırılmışdır. Hər məhkəmə müstəqildir və Ali Məhkəmə də, sözsüz ki, digər məhkəmələr üzərində heç bir nəzarət funksiyasına malik deyil. Qanunlarla Konstitusiyada olan ziddiyyətin aradan qaldırılması üçün edilən dəyişikliklərdə Ali Məhkəmənin yalnız kassasiya məhkəməsi kimi ədalət mühakiməsini həyata keçirməsi nəzərdə tutulmuşdur.

Çıxışımın sonunda əmin olduğumu bildirmək istəyirəm ki, xalqımız hörmətli Prezident cənab Heydər Əliyevin referendum haqqında layihəsində göstərilən dəyişiklikləri anlayacaq və onları qəbul etməklə, həmin dəyişikliklər Konstitusiyada öz yerini tapacaqdır. Diqqətinizə görə sağ olun.

X X X

VƏKİLLƏR KOLLEGİYASININ VƏKİLİ SÜNBÜLƏ ƏLİYEVANIN ÇIXIŞI

-Hörmətli forum iştirakçıları!

Mən öz fikrimi sizin nəzərinizə çatdırmaq istəyirəm. Burada verilmiş təkliflər barəsində lazımınca danışıldı. Xüsusən də Fuad müəllim və Bağır müəllim bu təkliflər barəsində öz fikirlərini ətraflı açıqladılar. Mən, ümumiyyətlə, hesab edirəm ki, bu təkliflər çox zəruridir. Azərbaycan xalqının hüquqlarının müdafiəsinə yönəlmiş təkliflərdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin artırılması ilə əlaqədar Azərbaycan vətəndaşlarının hüquqları genişlənir. Azərbaycan Respublikasının vətəndaşları öz hüquqlarının müdafiəsi üçün son olaraq Ali Məhkəməyə müraciət edirdilər. Indi isə Konstitusiya məhkəməsinə müraciət etmək hüququ əldə ediblər. Biz hamımız əminik ki, bu, vətəndaşlar üçün geniş imkanlar yaradacaq və pozulmuş hüquqlarının bərpasına böyük kömək olacaq.

Mən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi haqqında bir təklif vermək istərdim. Həqiqətən də, çox gülünc bir vəziyyət yaranırdı. Yazırdıq Azərbaycan Respublikası İqtisad Məhkəməsinə, sonra isə başlıqda gedirdi apellyasiya şikayəti. Bu, nə dərəcədə uyğun idi. Mən sizin vaxtınızı almaq istəmirəm. Çox sağ olun.

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI RESURS VƏ TƏLİM MƏRKƏZİNİN RƏHBƏRİ CƏFƏR CƏFƏROVUN VEKUN SÖZÜ

Hörmətli dəyirmi masa iştirakçıları. Hesab edirəm ki, bu gün bir çox faydalı, peşəkar və əhəmiyyətli söhbət aparıldı. Ən əsas, vacib şərtlərindən biri odur ki, bu, hüquqi çərçivədə olan fikir mübadiləsi idi. Güman edirəm ki, bu cür müzakirələr bir neçə cəhətdən əhəmiyyətlidir. Həm hüquqşünasların və bu işlərə aidiyyatı olan dövlət strukturları nümayəndələrinin fikir mübadiləsi aparmaları və ayrı-ayrı məqamları özləri üçün daha da dəqiqləşdirmələri, həm də cəmiyyətşünasların, alimlərin, ikinci sektorun nümayəndələrinin bu məsələ ilə bağlı fikir aydınlığının hasil olması çox əhəmiyyətlidir. Mənə belə gəlir ki, bu işlər daha da genişləndirilə bilər. Bu, artıq hüquqi maarifçilik, hər hansı bir ideyanın yayılması sahəsində atılan mühüm addımdır. Burada televiziyanın, mətbuatın, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə oluna bilər. Məsələlər barədə fərqli fikirlər də ola bilər, bu da demokratiyanın və inkişafın bir təzahürüdür. Ən əsası odur ki, fikirlər bugünkü kimi sivil formada dəlillərlə bildirilsin.

Bu yığıncağı aparmağı mənə həvalə etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Mən Dövlət İdarəçilik Akademiyasının rəhbərliyinə bu işin təşkilinə göstərdiyi köməyə görə təşəkkür etmək istəyirəm. Bütün çıxış edənlərə və iştirakçılara minnətdaram. Güman edirəm, bizim söhbətimiz faydalı oldu. Hüquqşünas olmamağıma baxmayaraq, mən bu gün özüm üçün çox vacib məqamları aydınlaşdırdım. Güman edirəm, hamı üçün də faydalı oldu. Sağ olun. Minnətdaram.

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “oteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur