Regionlarda qadınlar üçün sosial sahibkarlıq təlimləri başa çatıb
Bakı, 31 yanvar, AZƏRTAC
Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən “Sosial sahibkarlıq laboratoriyası” proqramı çərçivəsində iki ay ərzində təşkil edilən təlimlərə müvəffəqiyyətlə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan qadınlara sosial sahibkarlıq, biznes planın və marketinq strategiyasının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları, emosional zəka, şəxsi inkişaf və s. modullar üzrə təlim sessiyaları təşkil olunub.
Təlimi uğurla başa vuran qadınların sosial sahibkarlıq üzrə biznes ideyaları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Uğur qazanan namizədlər ikinci mərhələdə fəaliyyətlərini mentorlarla davam etdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]