“RELİKT” TRİOSU RƏŞİD BEHBUDOV ADINA MAHNI TEATRINDA ÇIXIŞ EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rusiyanın Azərbaycandakı səfirliyinin köməyi ilə RF XİN yanında Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin Azərbaycandakı nümayəndəliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında ilkin razlılaşma əsasında təşkil ediləcək konsert Rusiya gününə həsr olunacaqdır.
Rusiyanın əməkdar artistləri Aleksandr Nikerov (tenor), Aleksey Kondratov (tenor) və Vyaçeslav Moyunovdan (bariton) ibarət “Relikt” vokal triosu tamaşaçılara rus xalq mahnılarından, qədim romanslardan tutmuş kamera musiqisi və trio üçün yazılmış klassik əsərlərədək rəngarəng repertuar təqdim edəcəkdir.
“Relikt” Rusiya mədəniyyət günləri çərçivəsində Azərbaycan, Portuqaliya, Vyetnam, Xorvatiya, Qırğızıstan, Qazaxıstan, Ukrayna və digər ölkələrdə çıxış etmişdir. Ansambl 2007-ci ilin mayında Strasburqda, Avropa Şurasında, sentyabrda isə YUNESKO-nun Parisdəki mənzil-qərargahında çıxış etmişdir. Trio onlarca solo disk buraxmış, musiqili filmlərdə çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]