Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Repressiya dövrünün qaranlıq səhifələrinə işıq saçan muzey VİDEO

Dövlət Sərhəd Xidmətinin inzibati binasındakı “Siyasi repressiya qurbanları muzeyi”ndən AZƏRTAC-ın reportajı

Bakı, 4 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC

Xəbər verdiyimiz kimi, mayın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.

Qeyd edək ki, 1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması bu barədə araşdırmaların aparılmasına və tarixi həqiqətlərin üzə çıxmasına imkan verilmirdi. Yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də ulu öndər Heydər Əliyevin təsdiq etdiyi “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verildi. Elə bundan sonra həmin illərdə baş verən repressiyalar barədə genişmiqyaslı tədqiqatların aparılmasına, bir neçə onillik ərzində gizli saxlanılan məlumatların üzə çıxarılmasına başlanıldı. Repressiyalar haqqında vətəndaşlarımızın, xüsusilə gənclərimizin dəqiq və dolğun məlumatlar əldə etməsi baxımından Dövlət Sərhəd Xidmətinin inzibati binasında açılan “Siyasi repressiya qurbanları muzeyi”nin əhəmiyyəti çox böyükdür.

Muzeydə yaradılan şəraitlə tanış olmaq üçün AZƏRTAC-ın çəkiliş qrupu “Siyasi repressiya qurbanları muzeyi”ndə olub.

Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirir. Buradakı ekspozisiyalarda 1920-1950-ci illərdə sovet dövlətinin yürütdüyü siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşların repressiyaya məruz qalmasını çox aydın görmək olar. Muzeyin DSX-nin inzibati binasında yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə əlaqədardır. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnmə yerləri olub. Xalqımızın tarixində ağrılı səhifə olan repressiya dövrü ilə bağlı həqiqətlərin, tarixi faktların vətəndaşlarımıza, gənclərimizə dolğun çatdırılması məqsədilə muzeyin yaradılması qərara alınıb.

Muzeyin əsas zalında “Ümid işığı” kompozisiyası zindan qapısından şölə kimi saçan işıq - repressiyaya məruz qalanların günahsız olduqlarını və əzizlərinin onların bəraət alacaqlarına ümidlənməsini, o səbəbdən insanların ümid işığına doğru can atmalarını simvolizə edir.

“Bütün yollar sonsuzluğa” kompozisiyası qatarın vaqon taxtalarının arasından çıxan əzilmiş, dırnaqsız barmaqlar - məhkum olunmuşların işgəncələrə məruz qalaraq günahlandırmalarını, tikanlı məftillərə ilişmiş protokollar, ittihamnamələr, hökmlər və sair isə məhkumların bu zamandan etibarən həyatlarının puç olaraq tikanlı məftillər arxasında keçirəcəklərini göstərir.

Növbəti “Çemodan burulğanı” kompozisiyasında repressiyaya məruz qalan insanların, sovet dönəmində haqsızlıq burulğanına düşmələrini əks etdirir.

Muzeydə çox təsiredici kompozisiyalardan biri isə “Günahsız müqəssir”dir. Burada işgəncəyə məruz qalan insanın ümidsiz vəziyyətdə boşluğa yönələn baxışları onun həyatının sona çatmasının uzaqda olmadığını simvolizə edir.

Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri yer alıb. Azərbaycanda repressiyanı “qanuniləşdirən” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərardır. Bu qərara əsasən terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kasasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

“Bataqlığa aparan yol” kompozisiyası sovet dövlətinin yazıçı, ziyalı, din xadimi, hərbçi, bir sözlə millətin öndə gedənlərini repressiyaya məruz qoyduğunu göstərir.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar - Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanının hərbçiləri - generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkillər verilib.

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə qayıdan 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.

Siyasi repressiya qurbanı olan qadınlara həsr edilən lövhədə güllələnmiş beş qadın - Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənləri”nin islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alan maraqlı faktlardandır. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.

Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilib. Təqdim edilən sənədlərdə dahi mütəfəkkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar ifadə olunub. Növbəti lövhədə Azərbaycan ziyalılarının məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri nümayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. “Deportasiya siyasəti” adlanan lövhədə yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə nəticələnən SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi, Ermənistanda yaşayan azərbaycanlıların problemlərinə kifayət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin lövhədə Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların və İran təbəəsi olan azərbaycanlıların respublikadan çıxarılmaları haqqında sənədlərin surətləri də yerləşdirilib. 1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və hökumət üzvləri olublar. Bir çox müsavatçıların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin siyasi rəqiblərinə qarşı nə qədər amansız olmalarından xəbər verir. Həmin illərdə Azərbaycanın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşkilində repressiv orqanlarda o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd edilib.

Muzeydə yer alan maraqlı kompozisiyalardan biri isə “Güllələnmə kompozisiyası” adlanır. Kompozisiya ölüm hökmü almış şəxslərin güllələnmələrini əks etdirir. Mikayıl Müşfiq, NKVD zabiti, həkim prototiplərinin yer aldığı kompozisiya həmin dövrdə güllələnmə prosesinin necə aparılması barədə təsəvvür yaradır.

“Cəhənnəm əzabından qurtuluş” qorelyefi əzablardan qovrulan insanın zindanın divarını yararaq, içəridəki cəhənnəm alovundan qurtulmasını simvolizə edir.

“Azadlığı istəmirəm zərrə-zərrə. Qram-qram...” qorelyefi on minlərlə insanın əzablarına şahid olmuş və özü də bu əzabı yaşamış məhbus son gücünü toplayaraq azadlıq yanğısını, lakin onun bu zindandan qurtuluş olmadığını da anlamasını əks etdirir. Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranışları barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə, güllələnmə otaqları orijinal görünüşdə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub.

“İşgəncə məngənəsi” qorelyefi isə işgəncələrə məruz qalan insanların əzablarını simvolizə edir.

Diqqətçəkən məkanlardan biri də məhkəmə proseslərinin aparıldığı otaqdır. Bu məkanda eyni vaxtda üç qərar birdən verilirmiş.

Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin dindirilməsini əks etdirən guşə isə çox maraqlıdır.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keçmiş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilənmiş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, siyasi repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edilməsi, qanunsuz təqib olunan şəxslərə məxsus sənədlərin və əşyaların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik-leytenant Aliyə Piriyeva bildirib ki, muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.

Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının nəvə və nəticələrindən, yaxın qohumlarından xahiş edir ki, muzeyin fondlarının zənginləşdirilməsinə töhfə verə biləcək şəkillər, sənədlər varsa təqdim etsinlər.

Qeyd edək ki, muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə edilib. Qazaxıstan “ALJİR” siyasi repressiya muzeyi tərəfindən də sənədlər təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də kömək göstərilib.

Bir sözlə “Siyasi repressiya qurbanları muzeyi” vətəndaşlarımızın, şagirdlərimizin və gənclərimizin o dövrkü repressiya haqqında dərin biliklərə yiyələnməsində də mühüm rol oynayacaq.

Repressiya dövrünün qaranlıq səhifələrinə işıq saçan muzey VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurban Qurbanov: Hər il stabilliyi qoruyub saxlamağımız böyük uğurdur

"Qalatasaray" XXIV dəfə Türkiyə çempionu olub

Türkiyədə ağır yol qəzası baş verib, çox sayda ölən və yaralanan var

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

Mehriban Ələkbərzadə: İlyas Əfəndiyevin dramaturgiyasında əvəzolunmaz iki meyar var

ADA Universitetində Müstəqillik Günü ilə bağlı sərgi və konsert təşkil edilib

İlyas Əfəndiyevin 110 illiyi münasibətilə “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sessiyasında təmsil olunur

Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti davam edir

Xəbərdarlıq: Paytaxtda küləyin sürəti saniyədə 15-20 metrədək güclənəcək

Azərbaycanın və Gürcüstanın Müstəqillik günləri Rustavidə qeyd olunub

Premyer Liqa: “Turan Tovuz” son turda “Kəpəz”i məğlub edib

Qazaxın 4 kəndinin qaytarılması Azərbaycan Prezidentinin qətiyyətinin məntiqi nəticəsidir ŞƏRH

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Azərbaycanın ilk Marketinq Zirvəsi təşkil olunub

Naxçıvanda keçirilən imtahanlarda 2300-dən çox abituriyent iştirak edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb

Turqay Hüseynov: Vəkil işləmək üçün təcrübə müddətinin üç ildən bir ilə qədər azaldılması gündəmdədir

“Jerusalem Post”: Vardanyan mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib

Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Vəkillərin İxtisas Komissiyasının sədri: Əsas məqsədimiz hüquqşünaslarımızın peşəkar olmasıdır

Leysan yağışları Ermənistanda azı iki nəfərin həyatına son qoyub

IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisi keçirilib

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası başa çatıb  YENİLƏNİB VİDEO

Kürün səviyyəsinin artması bəzi açıq sahələrdə suyun məcradan çıxmasına səbəb olub

Anar Bağırov: Əsas problemlərdən biri də dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənişin aşağı olmasıdır

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb

Lefkoşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Ombudsman Səbinə Əliyeva Əfv Sərəncamının icrası prosesində iştirak edib

Aramsız yağışlar Qazaxda çaylarda selə səbəb oldu -  FOTO

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

Uqanda Respublikasının Prezidenti Yoveri Kaquta Musevenidən

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda intellektual oyun üzrə çempionat keçirilib

G7 ölkələri Rusiya aktivlərinin gəlirlərini Ukrayna üçün istifadə etmək istəyir

Gəncədə müasir regional vəkil kompleksinin açılışı nəzərdə tutulur

Şəkidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları on bir mərkəzdə aparılıb

Avstriyanın Baden şəhərində Azərbaycan etnocaz konserti keçirilib VİDEO

Anar Bağırov: İşğaldan azad olunmuş ərazilərdə vəkil büroları yaratmaq niyyətindəyik

Neftçalada Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Xaçmaz və Qubada 2115 abituriyent biliklərini sınayıb

Vəkillər Kollegiyasının sədri: Bu il imtahan suallarının seçimində müəyyən dəyişikliklər etmişik

“Azərbaycan uşaqlarının əsərlərində bolqar qızılgülü” sərgisi Karlovo Qızılgül Festivalında təqdim edilib

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Əfqanıstan vətəndaşı: Əfv Sərəncamına görə Prezident İlham Əliyevə minnətdaram

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Hortadan

Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq

Xalq yazıçısı İlyas Əfəndiyevin məzarı ziyarət olunub

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azadlığa buraxılan məhkum: Əfv Sərəncamı bizim üçün böyük motivasiyadır

Prezidentin Sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub

Azərbaycanın Müstəqillik Günü ərəfəsində Ukraynanın Poltava şəhərində tədbir keçirilib

67 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan intellektual yarışma keçirilib

İmtahan rəhbəri: 163 nömrəli məktəbdə təşkil olunan imtahanda heç bir qayda pozuntusu qeydə alınmayıb

17 saylı cəzaçəkmə müəssisəsindən 4 xarici vətəndaş azadlığa buraxılıb

ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri regional məsələləri müzakirə edəcək

Anar Bağırov: Əsas hədəfimiz ölkədə vətəndaşların sayına düşən vəkillərin sayını artırmaqdır

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuanidən

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Azərbaycan nümayəndələri NATO PA-nın sessiyasında iştirak edirlər

Xidmət rəisinin müavini: Əfv Sərəncamı müstəqillik tarixindəki əhəmiyyətli əfv aktlarından biridir

Cənubi Koreya vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Əfv Sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsindən 8 məhkuma şamil olunub

“Neftçi” Miodarq Bojoviç ilə yollarını ayırıb

Sabah bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir

Qardaş xatirəsinə tikilən və memarın yadigarı olan 67 yaşlı qeyri-adi ev...

FHN: Ziya Bünyadov prospektində qəza nəticəsində avtomobildə qalmış vətəndaş xilas edilib

Əfv Sərəncamının icrası Yevlax rayonunda da yerinə yetirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debonodan

DİM-də vəkilliyə qəbulla bağlı test imtahanı keçirilib

Havada toz müşahidə olunur

Səbinə Əliyeva: Əfv edilən vətəndaşlar onlara göstərilən bu yüksək etimadı doğrultmalıdırlar

Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır

Xarkovda hipermarketə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb

DİM: Bugünkü imtahanlarda ən yaşılı abituriyent 1965-ci, ən gənc abituriyent 2009-cu ildəndir

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

Mərakeşin Kralı VI Məhəmməddən

Gürcüstanda Müstəqillik Günü qeyd olunur

Müstəqillik Günü ərəfəsində hərbi hissədə “Açıq qapı” günü keçirilib VİDEO

4 saylı cəzaçəkmə müəssisəsindən 4 qadın azadlığa buraxılıb

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

Dövlət Xidməti çimərlik mövsümünə hazırlaşır - AÇIQLAMA

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub

Ankarada Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli konsert keçirilib

Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 110 il ötür

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 90 minə çatıb VİDEO

Qlobal araşdırmalar internetin insanlar üçün faydalı olduğunu müəyyənləşdirib

“Mitsubishi” elektrik avtomobilləri istehsal edəcək

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Luiziana ştatındakı bataqlıqlar tamamilə quruya bilər

“İsmət” adlı səssiz Azərbaycan filminin bu il 90 yaşı tamam olur

Türkiyənin Qabar dağında neft hasilatı artır

Aİ Şurası yenilənmiş Şengen sərhəd məcəlləsini təsdiq edib

Fransa dövləti ona çevrilmiş silahı Azərbaycana qarşı istifadə edə bilməyəcək ŞƏRH

Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub

"Bayer" Almaniya Kubokunun qalibi olub