CƏMİYYƏT
“Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar keçirilir
![](/files/galleryphoto/2024/3/1200x630/1733395363480195541_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/17333953631683739178_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/3/1200x630/17333953635805847658_1200x630.jpeg)
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-6-da Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar keçirilir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda nazirliyin gənc diplomatları iştirak edirlər.
Seminar çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının müasir beynəlxalq münasibətlərdə diplomatiyanın həyata keçirilməsinə gətirdiyi dəyişikliklər, İKT-dən istifadənin riskləri və fürsətləri müzakirə olunacaq.
Seminar zamanı, həmçinin gənc diplomatlar kibertəhlükəsizlik və dezinformasiya problemləri, onların qarşısının alınması istiqamətində istifadə olunan metodlar, habelə beynəlxalq münasibətlər sistemində mövcud çağırışlarla mübarizədə cavab tədbirlərinin görülməsi yollarına yiyələnəcəklər.