Rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasına başlanılıb
Bakı, 13 aprel, AZƏRTAC
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, ölkəmiz üçün rəqəmsal iqtisadiyyat strategiyası hazırlanmalı və təsdiq olunmalıdır. Bununla bağlı aidiyyəti qurumların iştirakı ilə müvafiq işçi qrup yaradılıb. Həmçinin beynəlxalq məsləhətçi şirkətin cəlb olunması ilə strategiyanın hazırlanmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda keçirilən tədbirdə deyib.
“Strategiyaya uyğun olaraq, rəqəmsal infrastrukturun tənzimlənməsi istiqamətində tədbirlərin müəyyənləşdirilməsi, eyni zamanda, maliyyə resurslarına çıxış nəzərdə tutulur”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir
- 06.10.2026 [11:09]