Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsallaşma və süni intellektin tətbiqi ölkəmizin nəqliyyat-logistika mövqeyini daha da möhkəmləndirəcək – ŞƏRH

Rəqəmsallaşma və süni intellektin tətbiqi ölkəmizin nəqliyyat-logistika mövqeyini daha da möhkəmləndirəcək –  ŞƏRH

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasına həsr edilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səslənən fikirlərdən aydın oldu ki, bu istiqamətdə proseslər uğurla davam etdirilməkdədir. Bir çox e-xidmətlərin “mygov.az” platformasına inteqrasiyası, müxtəlif istiqamətlərdə mobil tətbtiqlərdən yararlanma imkanlarının artırılması, rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar fəaliyyət planının ilkin nəticələri kimi diqqəti cəlb edir. Təbii ki, rəqəmsallaşmanın sürətlənməsi cəmiyyət və sənayeyə müxtəlif təsirlərlə xarakterizə olunur. Rəqəmsal İnkişaf Şurasının iclasında da səsləndirildiyi kimi, məqsəd milli iqtisadiyyatın inkişafına təkan verilməsi, müasir innovasiya ekosisteminin formalaşdırılması, investisiya cəlbediciliyinin yüksəldilməsidir. Hansı ki, bütün bunlar, həm də çevik nəqliyyat-kommunikasiya imkanları, yerli və xarici bazarlara çevik və asan çıxış, müasir logistik xidmətlər tələb edir. Həyata keçirilən rəqəmsallaşma nəqliyyat xidmətlərinə necə təsir edəcək? Avrasiya məkanının mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq nəqliyyat-logistik-tranzit proseslərinə rəqəmsallaşma və süni intellektin tətbiqi hansı təsirlər göstərə bilər? Rəqəmsal nəqliyyat-logistika prosesləri hansı üstünlükləri vəd edir?

AZƏRTAC xəbər verir ki, mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovun fikrincə, müasir dövrdə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı qlobal iqtisadiyyatın dayanıqlı fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

“XXI əsrdə dünya iqtisadiyyatında baş verən struktur dəyişiklikləri beynəlxalq nəqliyyat sistemlərinin fəaliyyətinə də ciddi təsir göstərib. Qloballaşma, elektron ticarətin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin genişlənməsi, yük və sərnişin daşımaları həcminin artması, qarşılıqlı əlaqələrin intensivləşməsi nəqliyyat əməliyyatlarının daha çevik, təhlükəsiz və səmərəli idarə olunmasını tələb edir. Ənənəvi idarəetmə üsulları artıq bu tələbləri tam şəkildə ödəyə bilmədiyindən rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi strateji prioritetə çevrilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının iyunun 29-da keçirilən ilk iclası zamanı səsləndirildiyi kimi: “...Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir”.

“İclasda vurğulandığı kimi: “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”. Əlbəttə, bütün bunların reallaşmasında nəqliyyat əlaqələri, nəqliyyat-logistika prosesləri xüsusi rol oynayır. Rəqəmsallaşma, yalnız informasiya texnologiyalarının tətbiqini deyil, həm də idarəetmə modelinin dəyişdirilməsini, məlumatların real vaxt rejimində emalını, avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin yaradılmasını və logistika proseslərinin optimallaşdırılmasını nəzərdə tutur. Bu prosesdə isə süni intellekt mühüm rol oynayaraq böyükhəcmli məlumatların qısa zaman kəsiyində təhlilini, tələbin daha çevik və dəqiq proqnozlaşdırılmasını, yük axınlarının optimal bölüşdürülməsini, marşrutların optimallaşdırılmasını, risklərin qiymətləndirilməsini və ümumilikdə nəqliyyat proseslərinin avtomatik idarə edilməsini təmin edə bilər”, - deyə o bildirib.

Aqil Əsədov qeyd edib ki, rəqəmsallaşma nəqliyyat sektorunda informasiya-kommunikasiya texnologiyalarının bütün idarəetmə və istehsal proseslərinə inteqrasiyası kimi xarakterizə oluna bilər: “Bu transformasiya nəticəsində sənəd dövriyyəsi elektron formaya keçir, logistik əməliyyatlar avtomatlaşdırılır, qərarların qəbulu sürətlənir və insan faktorundan yaranan səhvlər minimuma endirilir. Bildirmək istərdim ki, beynəlxalq nəqliyyat əlaqələrində rəqəmsallaşmanın əsas komponentlərinə elektron yük sənədləri (e-CMR və s.), elektron gömrük sistemləri, GPS və peyk müşahidəsi, bulud əsaslı logistik platformalar, böyük verilənlərin təhlili, əşyaların interneti (IoT), blokçeyn texnologiyaları, süni intellektəsaslı qərar qəbuletmə sistemləri daxil edilir. Hansı ki, bu texnologiyalar daşımaların şəffaflığını artırır, əməliyyat xərclərini azaldır və logistika zəncirinin bütün iştirakçıları arasında informasiya mübadiləsini sürətləndirir.

Süni intellekt (AI) nəqliyyat sektorunda da ən perspektivli texnologiyalardan biri hesab olunur. AI alqoritmləri yol sıxlığı, hava şəraiti, sərhəd-keçid məntəqələrində gözləmə müddəti, yanacaq sərfi və digər amilləri nəzərə alaraq ən optimal marşrutu müəyyən edir. Bu isə daşınma müddətini və beləliklə də logistika xərclərini azaldır. Eyni zamanda, anbarlarda robot sistemləri sifarişlərin hazırlanmasını, çeşidlənməsini və yüklənməsini avtomatlaşdırır. AI proqramları yükün yerləşdirilməsini optimallaşdıraraq nəqliyyat vasitələrinin tutumundan maksimum istifadə olunmasını təmin edir. Eləcə də, AI vasitəsilə daşıma vasitələrinin texniki vəziyyətinin monitorinqi, mümkün nasazlıqların öncədən müəyyən edilməsi də mümkündür. Bu texnologiyalar nəticəsində yükün hərəkəti tam izlənilə bilir və logistika zənciri daha şəffaf olur”.

Şöbə müdirinin fikrincə, rəqəmsallaşma və süni intellektin tətbiqi nəqliyyat xidmətlərində də uzunmüddətli perspektivlər vəd edir.

“Bu baxımdan da, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı, Orta Dəhlizin inkişafında əhəmiyyətli tərəf olan Azərbaycanda rəqəmsal nəqliyyat sistemlərinin inkişafına xüsusi diqqət yetirilməsi zəruridir. Bu, həm qlobal çağırışlardan irəli gələn zərurətdir, həm də Avrasiya məkanında Azərbaycanın nəqliyyat-tranzit-logistika qovşağı kimi formalaşmış mühüm mövqeyinin daha möhkəmləndirilməsinin vacib şərti kimi çıxış edir. Ölkəmizdə uğurla reallaşdırılan “ASAN xidmət” və elektron hökumət sistemlərinin inkişafı, rəqəmsal gömrük platformalarının tətbiqi, logistika mərkəzlərinin avtomatlaşdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, dəmir yolu daşımalarının elektron idarə olunması, nəqliyyat məlumat bazalarının inteqrasiyası və s. kimi tədbirlər rəqəmsal nəqliyyat-logistika xidmətlərinin də inkişafına öz töhfəsini verəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsinin modernləşdirilməsi, Zəngəzur dəhlizinin istifadəyə hazırlanması və ümumilikdə Orta Dəhlizin inkişafı fonunda rəqəmsal logistika həllərinin tətbiqi Azərbaycanın beynəlxalq tranzit imkanlarını daha da artıracaq.

Beynəlxalq təcrübədən də məlum olduğu kimi, rəqəmsallaşma yüksək investisiya tələbi, kibertəhlükəsizlik riskləri, zəruri hüquqi bazanın formalaşdırılması, müxtəlif ölkələrin informasiya sistemlərinin inteqrasiyasında yaranan problemlər, ixtisaslı kadr çatışmazlığı, məlumatların məxfiliyinin qorunması kimi bır sıra problemlərlə də qarşılaşa bilər. Bununla belə, rəqəmsallaşma və süni intellektin tətbiqi yaxın gələcəkdə tam avtomatlaşdırılmış logistika mərkəzləri, sürücüsüz yük və sərnişin avtomobilləri, dron daşımaları, blokçeynəsaslı beynəlxalq yük sənədləşməsi, yaşıl logistikanın rəqəmsal idarə olunması, daşımaların çevik optimallaşdırılması ilə rəqəmsal nəqliyyat əməliyyatlarını cəmiyyət və sənayenin gündəlik həyatının ayrılmaz hissəsinə çevirəcək.

Beləliklə, nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması qlobal iqtisadiyyatın inkişafının əsas istiqamətlərindən biridir. Süni intellekt texnologiyalarının tətbiqi logistika əməliyyatlarının optimallaşdırılmasına, nəqliyyat xərclərinin azaldılmasına, təhlükəsizliyin artırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Dünyada formalaşan rəqəmsal logistika ekosistemi göstərir ki, gələcək rəqabət üstünlüyü innovativ texnologiyaların tətbiq səviyyəsindən asılı olacaq. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu nəzərə alınmaqla rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının geniş tətbiqi ölkənin tranzit potensialını daha da gücləndirəcək, beynəlxalq yükdaşımaların səmərəliliyini artıracaq və regionun mühüm logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək”, - deyə A.Əsədov qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Xırdalanda yaşayış kompleksində yanğın baş verib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO