Respublika Elmi-Texniki Kitabxanasının informasiya bülleteni nəşr olunub
Bakı, 12 fevral, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) fondlarında elm və texnikanın bütün sahələrini əhatə edən yerli və xarici nəşrlər, o cümlədən kitab, jurnal, qəzet və digər çap nümunələri qorunub saxlanılır.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bir əsrlik tarixi olan kitabxananın fondları hər il müxtəlif dövlət müəssisələrindən, nəşriyyatlardan, şirkətlərdən daxil olan, həmçinin müəlliflər və oxucular tərəfindən hədiyyə edilən kitablar, dünyanın 35 ölkəsinin beynəlxalq patent idarələrinin 27 dildə sənədləri hesabına yenilənir.
Bu günlərdə RETK tərəfindən ilk dəfə olaraq informasiya bülleteni hazırlanaraq oxuculara təqdim olunub. İnformasiya bülleteni 2025-ci ildə kitabxananın fondlarına müxtəlif dillərdə daxil olmuş mənbələr əsasında tərtib edilib.
Bülletenin ilk nömrəsində mütəxəssislər elm və texnikanın müxtəlif sahələri, informatika, metrologiya, riyaziyyat, təbiət elmləri və s. üzrə həm bütün regionlar üçün ümumi olan mövzuların, həm də ayrı-ayrı ölkələrə xas olan problemlərin öyrənilməsinə həsr edilmiş araşdırmalarla tanış ola biləcəklər. Son illər kitabxananın fonduna daxil edilmiş xeyli sayda yeni nəşrlər texnika, kənd təsərrüfatı, inşaat, memarlıq, tarix, coğrafiya sahələrində çalışan mütəxəssislər və tədqiqatçılar üçün bir sıra elmi problemlərin öyrənilməsində etibarlı mənbə rolunu oynayacaq.
Redaksiya heyəti tərəfindən informasiya bülleteninin hər il yeni buraxılışlarının hazırlanması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [14:12]
Məktəblər üçün PISA tədqiqatı başa çatıb
- 12.02.2026 [12:29]
İstedadlı təhsilalanlar üçün eksternat imtahanın nəticələri açıqlanıb
- 12.02.2026 [12:21]
“Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri davam edir
- 12.02.2026 [11:50]
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya çap olunub
- 12.02.2026 [11:39]