Respublika Olimpiya Mərkəzində yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start verilib
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Respublika Olimpiya Mərkəzində 2003-2004-cü il təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə qızlar və oğlanlar iştirak edirlər. Yarışda 9 komandadan 95 atlet birincilik uğrunda mübarizə aparır.
Çempionatda qaçışın 6 (60, 200, 400, 800, 1500, 4x200 metr) növü üzrə yarışlar keçirilir. Bundan başqa, atletlər tullanma və nüvəitələmə yarışlarında da qüvvələrini sınayırlar. Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Yarışa fevralın 8-də yekun vurulacaq.