RESPUBLİKA SƏHİYYƏ NAZİRLİYİ AVQUSTUN 1-DƏN 31-DƏK SANİTARİYA TƏMİZLİYİ AYLIĞI KEÇİRƏCƏKDİR
Bu məqsədlə Səhiyyə Nazirliyində qərargah yaradılmış, respublikanın tibb idarə və müəssisələrinə aylığın yüksək səviyyədə keçirilməsi barədə göstəriş verilmişdir.
Aylıq ərzində tibb idarə və müəssisələrinin abadlaşdırılması, yaşayış məntəqələrinin, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərin su təchizatında, kanalizasiya sistemlərində, yeyinti məhsullarının istehsalı və satışı sahələrində olan nöqsanların aradan qaldırılması məsələləri ön plana çəkiləcəkdir.
Səhiyyə Nazirliyi tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün idarələrin, müəssisələrin, təşkilatların, ictimai birliklərin və geniş əhali təbəqəsinin sanitariya təmizliyi aylığında fəal iştirakını xahiş edir.