Respublika Seysmoloji Xidmət Mərkəzində Ramiz Yusifovun 75 illik yubileyi qeyd olunmuşdur
Bakı, 16 may (AZƏRTAC). AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) bu qurumun keçmiş baş geoloqu, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü Ramiz Yusifovun 75 illik yubileyi qeyd olunmuşdur.
Tədbirdə RSXM-in baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli Ramiz Yusifovun Azərbaycanda seysmoloji xidmətin yarandığı gündən bu qurumda çalışdığını bildirmişdir. Onun böyük həyat yolu keçdiyini qeyd edən baş direktor R.Yusifovun Azərbaycan seysmologiyasının inkişafındakı rolunu vurğulamışdır. Geologiya və seysmologiya sahəsindən başqa, R.Yusifovun həm də gözəl idmançı olduğunu deyən natiq yubilyara 75 illiyi münasibətilə xoş arzularını çatdırmış, ona RSXM-in adından diplom və hədiyyə təqdim etmişdir. Həmçinin baş direktor bu günlərdə mərkəzin 60 yaşı tamam olmuş əməkdaşı Rövşən Rzayevi də mükafatlandırmışdır.
Tədbirdə RSXM-in əməkdaşları T.Əliyev, A.Rzayev, Ş.Balakişibəyli, L.Şahmalıyeva, R.Kərəmova, T.Məmmədli çıxış edərək hər iki yubilyara ürək sözlərini və təbriklərini çatdırmışlar.
Sonda Ramiz Yusifov həmkarlarının ona göstərdiyi diqqəti yüksək qiymətləndirmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]