RESPUBLİKA ÜZRƏ QEYDİYYATDA OLAN AVTOMOBİLLƏRİN SAYI 800 MİNİ ÖTMÜŞDÜR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda respublika üzrə qeydiyyatda olan avtomobillərin ümumi sayı 800 min ədədi ötmüşdür. Bu, 1993-cü ilin göstəricisindən təxminən 2,5 dəfə çoxdur. Əgər 1992-1993-cü illərdə respublikada orta hesabla hər 22 nəfərə 1 avtomobil düşürdüsə, indi bu rəqəm 11-in 1-ə nisbətindədir.
Aparılan islahatlar, həyata keçirilən tədbirlər yol hərəkəti təhlükəsizliyinin təminatına müsbət təsirini göstərmişdir.