Azərbaycan Dövlət İnformasiya Agentliyi

RESPUBLİKANIN DAXİLİ İŞLƏR ORQANLARI ÖTƏN İL ÜZƏRLƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏRİ LAYİQİNCƏ YERİNƏ YETİRMİŞLƏR

AZƏRTAC xəbər verir ki, yanvarın 30-da Daxili İşlər Nazirliyində 2005-ci ildə respublikada cinayətkarlığa qarşı mübarizəyə, onun nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsində qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu geniş islahatlar kursu Prezident İlham Əliyev tərəfindən ötən ildə də müvəffəqiyyətlə davam etdirilərək ölkəmizin iqtisadi qüdrətini əhəmiyyətli dərəcədə gücləndirmiş, beynəlxalq nüfuzunu artırmışdır. Sosial tərəqqiyə, regionların inkişafına, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına xidmət edən kompleks tədbirlər görülmüşdür.

Nazir vurğulamışdır ki, ötən il Azərbaycanda ümumi daxili məhsulun artımı 26 faiz təşkil etmişdir ki, bu da dünyada oxşarı olmayan bir göstəricidir.

2005-ci il həm də dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmlənməsi, ictimai-siyasi sabitliyin və asayişin etibarlı qorunması ilə də əlamətdar olmuşdur. Dövlət quruculuğu sahəsində ölkədə aparılan mütərəqqi islahatlar daxili işlər orqanlarının fəaliyyətinə müsbət təsir göstərmiş, nazirlikdə, onun ərazi orqanlarında və nizami hissələrində idarəçilik və təşkilatçılıq fəaliyyətinin, nəzarət mexanizminin, normativ-hüquqi bazanın müasir tələblər baxımından təkmilləşdirilməsinə xüsusi önəm verilmişdir. Daxili təhlükəsizliyin möhkəmləndirilməsi, şəxsi heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədi ilə əlavə tədbirlər görülmüş, qanunçuluğa, xidməti, icra uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq artırılmışdır.

Ramil Usubov bildirmişdir ki, daxili işlər orqanları əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, vətəndaşların əmin-amanlıq şəraitində yaşaması üçün sabitlik və asayiş etibarlı şəkildə qorunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2004-cü il iyunun 30-da qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramının yerinə yetirilməsi sahəsində tədbirlər uğurla davam etdirilmişdir. Şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə əmək haqlarının artırılması işinin davamı olaraq, Azərbaycan Prezidentinin 2005-ci il 31 avqust tarixli Sərəncamına əsasən Daxili İşlər Nazirliyinin bəzi qurumlarının əməkdaşlarının vəzifə maaşları orta hesabla 5-6 dəfə artırılmışdır. Həmin Dövlət Proqramı son illər ərzində Daxili İşlər Nazirliyi sistemində müxtəlif təyinatlı yeni obyektlərin istismara verilməsini, bir çox obyektlərin isə əsaslı surətdə yenidən qurulmasını da reallaşdırmışdır. Hesabat dövründə həmin məqsədlər üçün ayrılmış 23,4 milyard manat maliyyə vəsaitindən balans dəyəri 17,3 milyard manat olan 12 obyekt istismara verilmiş, miqrasiya xidmətinin inzibati binasının, xüsusi sığınacağın və Bərdədə hərbi hissənin tikintisi isə davam etdirilir. Ötən il vətəndaşların qəbulu və onların müraciətlərinə baxılmasına da ciddi diqqət yetirilmişdir.

Ramil Usubov daha sonra bildirmişdir ki, beynəlxalq əməkdaşlıq sahəsində çoxtərəfli, regional və ikitərəfli səviyyələrdə görülən işlər uğurlu olmuşdur. İnsan alveri, çirkli pulların yuyulması, terrorçuluq, qaçaqmalçılıq və transmilli cinayətkarlığın digər təzahürləri ilə mübarizə, habelə əməliyyat-xidməti fəaliyyətin müxtəlif yönümləri üzrə MDB və başqa xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənmişdir. Ötən il nazirliyin rəhbərliyi tərəfindən ölkəmizdəki diplomatik korpusun, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə 35-dən çox işgüzar görüş keçirilmişdir.

Daxili İşlər naziri onu da diqqətə çatdırmışdır ki, hesabat dövründə 17 min 243 cinayət hadisəsi qeydə alınmışdır. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 206 fakt olmuşdur ki, bu da MDB məkanında ən yaxşı göstəricilərdən biridir.

Cinayətlərin strukturunda qəsdən adam öldürmələr 4,5, quldurluq 3,5, hədə-qorxu ilə tələbetmələr 21,3 faiz azalmışdır. Bununla belə cinayətlərin bəzi növləri, o cümlədən böyük ictimai təhlükə törətməyən döymə hadisələri, oğurluq halları artmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi və insan alveri ilə əlaqədar daha çox cinayət aşkarlanmışdır. Cinayətlərin açılması işi 2005-ci ildə də diqqət mərkəzində saxlanılmış, mövcud vəziyyət mütəmadi təhlil edilərək zəruri tədbirlər görülmüşdür. Bu baxımdan, əməliyyat şəraitinə təsiri olan, geniş ictimai rezonans doğurmuş ağır və xüsusilə ağır cinayətlərin açılması məqsədi ilə mərkəzi aparatın müvafiq xidmətləri tərəfindən ərazi polis orqanlarına konkret əməli kömək göstərilmişdir.

Hesabat ilində daxili işlər və prokurorluq orqanlarında istintaq edilən cinayətlərin 92,3 faizinin açılması təmin edilmişdir. 2004-cü ilə nisbətən ötən il şəxsiyyət əleyhinə olan cinayətlərin, o cümlədən qəsdən adamöldürmə cinayətlərinin açılması daha da yaxşılaşmış, adamları girov götürmə və banditizim cinayətlərinin isə hamısının üstü açılmışdır.

Uğurlarla yanaşı, nöqsanlardan da danışan general-polkovnik Ramil Usubov demişdir ki, kriminogen durumun təhlili 2005-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi sahəsində əldə edilmiş nailiyyətlərlə yanaşı, ayrı-ayrı orqan və hissələrin işində çatışmazlıqlar da mövcud olmasını, cinayətlərin qarşısının alınması və açılması məqsədi ilə həyata keçirilən profilaktik və istintaq-əməliyyat tədbirləri bəzi hallarda lazımi səmərə verməmişdir.

Daxili işlər naziri, həmçinin yol-nəqliyyat qəzalarının sayının artdığını da təəssüf hissi ilə söyləmişdir.

Hesabat məruzəsinin müzakirəsində Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Naxçıvan MR daxili işlər naziri, daxili xidmət general-mayoru Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-leytenantı Məhərrəm Əliyev, Baş Dövlət Yol Polisi idarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və başqaları çıxış etmişlər.

Kollegiya iclasına yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevi əmin etmişdir ki, daxili işlər orqanlarının şəxsi heyəti ölkəmizin tərəqqisi, xalqımızın rifahının yüksəldilməsi və xoşbəxt gələcəyi naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, ictimai asayişin, hüquq qaydalarının keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO